2-1[102]-1595/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1595/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçın qızı Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: torpaq sahəsindən istifadə məhdudlaşdırıldığına görə kompensasiya

ödənilməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
cavabdehin vəkili X4 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, 

İddiaçın qızının cavabdeh Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinə

(Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) qarşı maddi və mənəvi

zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati
Kollegiyasının 2-1(104)-05/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qərarından cavabdeh və
üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin
binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. Xanlar rayon Balçılı Bələdiyyəsinin 01.12.2004-cü il tarixli, 16 saylı qərarı ilə

iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədi ilə 0.20 ha torpaq sahəsi satılmış, 06.12.2014-cü il
tarixli RX seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə
verilmişdir. Sonra iddiaçı daşınmaz əmlakın texniki pasportunun verilməsi üçün
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərazi idarəsinin
mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilmiş, torpaq sahəsindən
Şəmkir su Kanalı keçdiyi üçün torpaq sahəsinin iki hissəyə bölündüyü, torpaq sahəsinin su
kanalının mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur.

2.

İddiaçı kompensasiya ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 13

noyabr 2015-ci il tarixli, M/7-555 saylı məktubla müraciətin təmin olunmasından imtina
edərək bildirmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq daşınmaz əmlakın hüquqi sənədi tam,
yəni “torpaq sahəsinin plan və ölçüsü” də təqdim olunduqdan sonra həmin məsələyə
əlaqədar təşkilatlar tərəfindən baxılıb qaldırılmış məsələnin həllinə qərar veriləcəkdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə

müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Şəmkir çayı
üzərində Dəryaçayın tikintisi kompleksinə daxil olan sağ sahil Şəmkirçay magistral
kanalının altına düşmüş, iddiaçıya məxsus olan Göygöl rayonu, Balçılı kəndində yerləşən
0.20 ha torpaq sahəsinin əvəzi olaraq ona 120000 manat maddi və 50000 manat mənəvi
zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Balçılı kəndində

yerləşən 0.20 ha torpaq sahəsi onun mülkiyyətindədir. Şəmkir çayı üzərində Dəryaçayın
tikintisi kompleksinə daxil olan sağ sahil Şəmkirçay magistral kanalının tikintisi zamanı
iddiaçıya məxsus olan torpaq sahəsinin 0.6 ha hissəsi tikinti altına düşmüşdür. Bunun
nəticəsində ona məxsus olan torpaq sahəsi iki hissəyə ayrılaraq istifadəsi qeyri-mümkün
vəziyyətə düşmüşdür. Belə ki, o, Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Ərazi
İdarəsinə müraciət edib ona məxsus olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.20
ha torpaq sahəsi ilə bağlı çıxarış almış, həmin vaxt torpağın yerində müayinəsini həyata
keçirən əməkdaşlar torpağın bir hissəsinin Şəmkir çayı üzərində Dəryaçayın tikintisi
kompleksinə daxil olan sağ sahil Şəmkirçay magistral kanalının altına düşdüyünü, bunun
nəticəsində ona məxsus olan torpaq sahəsinin iki hissəyə ayrılaraq istifadəsinin qeyri-
mümkün olduğu bildirilmişlər. Lakin bununla bağlı onunla razılıq əldə edilməmiş, ona hər
hansı kompensasiya ödənilməmişdir. Bu səbəbdən də, 10 noyabr 2015-ci il tarixdə
cavabdehə müraciət edərək Şəmkir çayı üzərində Dəryaçayın tikintisi kompleksinə daxil
olan sağ sahil Şəmkirçay magistral kanalının tikintisi altına düşmüş, mülkiyyətində olan
Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.20 ha torpaq sahəsinin əvəzi olaraq ona
kompensasiya

ödənişinin

həyata

keçirilməsini

xahiş

etmişdir.

Lakin

cavabdeh

kompensasiyanın ödənilməsindən imtina etmişdir. Onun mülkiyyətində ümumilikdə 0.20 ha
torpaq sahəsi vardır. Su kanalının çəkilməsi ilə torpaq sahəsi zəbt edilmiş və yararsız
vəziyyətə düşmüşdür. Torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlı olsa da, məqsədli
istifadə növü kimi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu sahibkarlıq fəaliyyəti

olduğundan həmin zəbt edilmiş torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edib gəlir əldə
etmək olardı.

5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1443/2016 saylı, 18 fevral

2016-cı il tarixli qərardadı ilə (hakim: E.Q.Məmmədov) iş ərazi aidiyyəti üzrə baxılması
üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

6. X7-İqtisadi Məhkəməsinin icraatında olarkən iddiaçı iddia tələbinin dəyişdirilməsi

barədə ərizə vermiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-10/2017 saylı, 19
dekabr 2017-ci il tarixli qərardadı ilə əvvəlki iddia tələbi Şəmkir çayı üzərində Dəryaçayın
tikintisi kompleksinə daxil olan sağ Şəmkirçay magistral kanalının tikintisi altına düşmüş,
iddiaçıya məxsus olan Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.20 ha torpaq sahəsinin
əvəzi olaraq ona 240.000 manat maddi və 100.000 manat mənəvi zərərin ödənilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dəyişdirilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
8.Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-01/2018 saylı, 19 yanvar 2018-ci il

tarixli qərarı ilə (hakim: R.Z.Mamedov) iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş
maddi ziyana görə 86.000 manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi qərara
alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "Daşınmaz

əmlakın qiymətləndirilməsinə dair" 15 noyabr 2017-ci il tarixli, 012-03/17 nömrəli rəyin
məzmunundan görünür ki, Göygöl rayonu, Balçılı kəndində yerləşən 0.20 ha torpaq
sahəsinin Şəmkirçay magistral kanalının tikintisi altına düşən 0.0716 ha hissəsinin 01
noyabr 2017-ci il tarixə bazar dəyəri 86000 manat təşkil etmişdir. Belə olan halda
məhkəmə hesab edir ki, iddia tələbi 240000 manat maddi zərərin ödənilməsi hissəsində
qismən, yəni 86000 manat məbləği həcmində təmin edilməlidir.

10. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki,

iddiaçı tərəfindən mənəvi ziyanla bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən
həmin hissədə iddia əsaslı sayıla bilməz.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən

apelyasiya şikayətləri verilmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-

237/2018 nömrəli iş üzrə 18 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ş.M.Əliyeva,
hakimlər: R.Ş.Muradov və Ə.İ.Məmmədov) apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə
İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-01/2018 saylı, 19 yanvar 2018-ci il tarixli qərarı
dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs

tərəfindən kassasiya şikayətləri verilmişdir.

c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-

1(102)-1566/2018 saylı, 25 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev,
hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayətləri qismən təmin edilmiş,
Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-237/2018
nömrəli iş üzrə 18 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün
apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə

ziddiyyətli məqamları aydınlaşdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi
iddiaçıya məxsus torpaq sahəsinin adıçəkilən magistral su kanalının altında həqiqətən
yerləşib-yerləşmədiyini araşdırmamaqla, başqa bir mühüm məsələni, yəni torpaq
sahəsinin magistral su kanalının altında yerləşdiyi halda, orada qonşuluqda mövcud olmuş
və alqı-satqı predmetinə çevrilmiş analoji torpaq sahələrinin mülkiyyətçilərinə ödənilmiş pul

məbləğlərinin miqdarını tədqiq etməmişdir. Halbuki, işin bu halı iddiaçıya məxsus torpaq
sahəsinin real qiymətinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

c) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-5/2021 nömrəli

iş üzrə 13 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.V.Bayramov, hakimlər:
A.H.Hüseynzadə və Ə.G.Abdullayev) apelyasiya şikayətləri təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs

tərəfindən kassasiya şikayətləri verilmişdir.

KASSASİYA

ŞİKAYƏTLƏRİNİN

ONA

QARŞİ

ETİRAZİN

DƏLİLLƏRİ,

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətlərinin dəlilləri

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti:
20. Həmin kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin İnzibati

Kollegiyasının 2-1(104)-5/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarının ləğv
edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi
xahiş edilir.

21. Şikayət müəllifi qeyd edir ki, sonuncu məhkəmə araşdırması aparılan dövrdə

məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin su kanalının tikintisi altına düşüb-
düşməmədiyinin müəyyən edilməsi üçün təkrar tikinti-texniki ekspertizası, mübahisəli
ərazidə torpaq sahəsinin real bazar dəyərinin müəyyən edilməsi üçün isə qiymətləndirmə
ekspertizası təyin edilmişdir. Hər iki ekspertiza rəyinin gəldiyi nəticələr (halbuki, həmin
rəylər də iş materiallarında olan mötəbər sübutlara ziddiyyət təşkil etsə də) işdə olan
əvvəlki rəylərdən köklü sürətdə fərqlənsə də, nədənsə işin hüquqi nəticəsinin (ən azı
dəymiş ziyanın məbləğinin azaldılması hissəsində) dəyişməsinə səbəb olmamışdır. Belə
ki, 12.04.2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin
ümumilikdə, 0.0716 ha hissəsi su kanalının tikintisi altına düşür. İş üzrə 10.02.2020-ci il
tarixli təkrar ekspert rəyinə əsasən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin RX
seriyalı, ******* nömrəli çıxarışa dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib
edilməmiş, həmin torpaq sahəsi JN-1088 saylı Dövlət Aktı əsasında mülkiyyətə verilmişdir.
Ekspertiza rəyi də həmin dövlət aktına əsasən aparılmış və müəyyən edilmişdir ki,
iddiaçıya məxsus olan 0,20 ha torpaq sahəsinin 143 kv metr hissəsi su kanalının ərazisinə
düşmüşdür (burada qeyd etmək lazımdır ki, bu ekspertiza rəyi də tamamilə əsassızdır).
Belə ki, Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya
və X3 Müdiriyyətinin 07 iyul 2014-cü il tarixli, M/7-416 nömrəli məktubu ilə Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1
məsələnin araşdırılması tələb olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz
Əmlakın Kadastrı və X2 15 iyul 2014-cü il tarixli, **********02 nömrəli cavab məktubunda
JN-1088 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına və Xanlar rayonu Balçılı
bələdiyyəsinin yerqurluşu planından çıxarışa əsasən İddiaçın qızına məxsus torpaq
sahəsinin sağ sahil Şəmkirçay magistral kanalının layihə xəttindən 5 metr kənarda
yerləşdiyi və sağ sahil Şəmkirçay magistral kanalının tikintisi altına düşmədiyi bildirilmişdir.
Buna görə də ekspertin JN-1088 saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktını
əsas götürdüyü halda nəyə görə mübahisəli torpaq sahəsinin su kanalı altına düşməsi
barədə rəy verməsi başa düşülən deyil və iş materallarında olan yuxarıda qeyd edilən
əsas sübuta ziddir.

22. Şikayətdə daha sonra qeyd edilir ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin

"daşınmaz əmlakın qiymətləndirilməsinə dair" "xxxx" MMC-nin 15.11.2017-ci il tarixli 012-

03/17 nömrəli rəyinə əsasən 86.000 (səksən altı min) manat təşkil edilməsi müəyyən
edilmişdir. Məhkəmənin təşəbbüsü ilə mübahisəli torpaq sahəsi yenidən qiymətləndirilmiş
və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti
Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsi
tərəfindən verilmiş 23.12.2020-ci il tarixli rəyə əsasən, Gəncə-Şəmkir magistral yolunun
kənarında yerləşən kənd təsərrüfatı sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsinin 0.01
hektarının bazar dəyəri 4500 manat müəyyən edilmişdir. Rəyə də qeyd edilir ki,
qiymətləndirmə aparılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövriyyədən
keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli
Qeydiyyat Sistemində və Xidmətin 3 saylı Gəncə Ərazi İdarəsinin arxivində saxlanılan
məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən
əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Qiymətləndirmə zamanı
daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan
parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq
edilmişdir. Lakin bu qiymətləndirilmə əsaslı sayıla bilməz.

Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti:
23. Həmin kassasiya şikayətində Gəncə Apelyasiya Məhkəməsinin İnzibati

Kollegiyasının 2-1(104)-5/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qərarının ləğv
edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

24. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinin 23 dekabr 2020-ci il
tarixli rəyinə istinad edilərək göstərilir ki, Göygöl rayonu, Balçılı kəndində 0.01 ha kənd
təsərrüfatlı əkin üçün yararlı torpaq sahəsinin 21 dekabr 2020-ci il tarixə bazar dəyəri 50-
100 manat, kənd təsərrüfatlı sahibkarlıq məqsədi ilə verilmiş Gəncə-Şəmkir magistral
yolunun kənarında yerləşən torpaq sahəsinin real bazar dəyəri 4500 manat təşkil edir.
Lakin bu olduqca yüksək və şişirdilmiş qiymətdir və respublikanın bu sahədə hazırda olan
qanunvericilik aktlarına, habelə analoji işlər üzrə məhkəmə təcrübəsinə və hazırki bazar
qiymətlərinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri - yaşayış sahələri üçün
kompensasiyanın məbləğinə tamamilə ziddir. Həmçinin, məlum olduğu kimi, iddiaçıya
məxsus torpaq sahəsi örüş təyinatlı olub, yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün
verilmişdir. Örüş torpağı olduğuna görə onun qiyməti məhkəmə tərəfindən müəyyən edilən
məbləğdən xeyli aşağı olmalıdır. Eyni zamanda, həmin torpaq sahəsi icra olunan
layihədən kənarda yerləşdiyi üçün kompensasiyanın hesablanması məqsədəmüvafiq
deyil.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini

müdafiə edərək onun təmin olunmamasını xahiş etdi.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna
baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün
hesab etmişdir. Belə ki, iddiaçı təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak
etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə
xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13.
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə

olunur.

İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola

bilər.

İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin

mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

 Maddə 29.

İ. Hər kəsin mülkiyyət hüququ vardır.
İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi

mülkiyyət hüququ qanunla qorunur.

İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti
ilə yol verilə bilər.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs

ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və
ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa

etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya
əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki
dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.     

Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız

«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya
xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı
mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi,
dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır.

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi

kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət
tərəfindən tanınan və qorunan hüququdur.

Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da

daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə
qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda
mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində
əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

Maddə 246. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin

dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı
(Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir.

Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq

icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra

hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.

Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu

Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim
günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin
tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir.

Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu

maddədə göstərilən müddətləri dəyişə bilər.

Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları

üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya

yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil
edilir.

31.

“Torpaqların

dövlət

ehtiyacları

üçün

alınması

haqqında”

Azərbaycan

Respublikasının Qanunu

Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz

torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən,
torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz
qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş
yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da
yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs
alınmanın təsirinə məruz qalan şəxs hesab edilir

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan

Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:

kənd təsərrüfatı təyinatlı torpaqlar;
yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin)

torpaqları;

sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
xüsusi qorunan ərazilərin torpaqları;
meşə fondu torpaqları;
su fondu torpaqları;
ehtiyat fondu torpaqları.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati

orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində
vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır.

Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati

aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə
həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində
vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün
hesab edilmişdir.

35. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi

üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətinə onun razılığı olmadan

cavabdeh tərəfindən müdaxilə edilmiş və nəticədə iddiaçı mülkiyyətindən məhrum
olmuşdur.

37. Hazırda iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə edən inzibati orqan və

üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarını
mübahisələndirirlər.

38. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin

Şəmkirçay magistral kanalının tikintisi altına düşən hissəsi ilə bağlı ekspertiza rəyləri
arasında fərqlər olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır.

39. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, mübahisələndirilən bu

məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı olaraq araşdırılmış və
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.02.2020-ci
il tarixli, 18777 saylı ekspertiza rəyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 30.12.2019-
cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göygöl rayonu, Balçılı kəndindən
keçən su kanalının 143 kv.m hissəsi İddiaçın qızma “Torpağa mülkiyyət hüququna dair”
JN-1088 saylı Dövlət Aktı əsasında mülkiyyətə verilmiş 0.20 ha torpaq sahəsinin üzərinə
düşdür.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki ekspertiza rəyinin şübhə altına

alınması üçün heç bir hüquqi əsas yoxdur.

41. Həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərində

təyin edilən kompensasiyanın məbləği mübahisələndirilir. Bununla əlaqədar olaraq
məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ərazidə torpaq sahəsinin real bazar
dəyərinin müəyyən edilməsi üçün işə təkrar apelyasiya instansiyası məhkəməsində
baxılarkən qiymətləndirmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3
saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 23.12.2020-ci il tarixli, **********44 saylı rəyi
ilə Göygöl rayonu, Balçılı kəndində 0.01 ha kənd təsərrüfatlı əkin üçün yararlı torpaq
sahəsinin 21 dekabr 2020-ci il tarixə bazar dəyəri 50-100 manat, kənd təsərrüfatlı
sahibkarlıq məqsədi ilə verilmiş Gəncə-Şəmkir magistral yolunun kənarında yerləşən
torpaq sahəsinin real bazar dəyərinin 4500 manat təşkil etdiyi müəyyən edilmişdir.

42. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, bu

məbləğ hazırkı vəziyyətdə həmin əmlakın yerləşdiyi ərazi və digər kriteriyaları nəzərə
almaqla, ağlabatandır.

43. Bundan əlavə üçüncü şəxs qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi örüş

təyinatlı olub, yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Ona görə də
təyin edilmiş kompensasiya daha aşağı məbləğdə olmalı idi.

44. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu arqumentinin də heç bir

hüquqi əsası yoxdur. Əvvəla, iddiaçıya verilmiş RX seriyalı, ******* saylı çıxarışda qeyd
edilən torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaq olduğu
göstərilmişdir. (cild 1, iş vər 116) İkinci isə qüvvədə olan torpaq qanunvericiliyində
ümumiyyətlə Azərbaycan Respublikasındakı torpaqların kateqoriyasında örüş təyinatlı
torpaq mövcud deyildir.

45. Beləliklə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə

razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətləri təmin
edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayətləri təmin edilməsin.
Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-05/2021 saylı iş

üzrə 13 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.