2-1[102]-1602/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1602/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Saatlı rayon filialına qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək fəaliyyəti dövrünün

arxiv arayışına əsasən sosial sığorta stajına daxil edilməsi, kolxozda iş

stajının hesablanması

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
iddiaçı İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə,

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Saatlı rayon filialına qarşı

02.12.

1973 - 21.10.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və

1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki
müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı
tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə
qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati
Kollegiyasının 2-1(106)-212/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarından cavabdeh
tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq
məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.
2. Azərbaycan Respublikası X1 filialı tərəfindən verilmiş 07.08.2020-ci il tarixli, 255

nömrəli və 09.01.2020-ci il tarixli 05 nömrəli arxiv arayışlarına əsasən, iddiaçı 1972-1973
və 1976-1998-ci illərdə Saatlı rayonunun “Ukrayna” adına kolxozunda işləmişdir.

3. İddiaçı 02.12.1973-cü ildən 21.10.1976-cı ilədək hərbi xidmətdə olmuşdur.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə

müraciət etmiş, cavabdeh 15 sentyabr 2020-ci il tarixli, **********0 saylı məktubla
müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 25 il sığorta stajı
olmadığından ona yaşa görə əmək pensiyası təyin edilə bilməz.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a)birinci instansiya məhkəməsindəki icraat
5.  İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

02.12.1973-21.10.1975-ci il tarixlərdə hərbi xidmətdə olmasını, 1972, 1973, 1976-cı ildən
1998-ci ilədək Saatlı rayonunun “Ukrayna” adına kolxozunda işləməsini iş stajı kimi
müəyyən edərək cavabdehin üzərinə ona yaşa görə əmək pensiya təyin edilməsi
öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək

02.12.1973-21.10.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və
1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki
müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı
tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə
qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsində göstərmişdir ki, pensiya yaşına çatmasını və 25 ildən artıq

sığorta stajı olmasını nəzərə alaraq pensiya təyinatı üçün cavabdehə müraciət etmiş,
cavabdeh onun sığorta stajının 25 ildən az olmasına istinad edərək müraciətini təmin
etməmişdir. Hesab edir ki cavabdehin imtinası əsassız olmuşdur.

8. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(120)-1657/2020

nömrəli qərarı ilə (hakim: O.N.İsmayılov) iddia təmin edilmiş, iddiaçının 02.12.1973 -
21.10.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və 1976-1998-
ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş
illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə
əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla tələb olunan 25 il

sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin
cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın

təmin olunmamasını xahiş etmişdir.

b)apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2021-ci il tarixli,

2-1(106)-212/2021 saylı qərarı ilə (sədrlik edən: Z.A.Zeynalov, hakimlər: İ.Q.Əsədov və
M.K.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati
Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(120)-1657/2020 nömrəli qərarı
dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia

tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin

mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının qanunla tələb olunan sosial sığorta
stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından
iddiaçının əmək pensiyası hüququ yaranmır.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə

Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı
dinlənilmədən baxıldı.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 38. Sosial təminat hüququ
İ. Hər kəsin sosial təminat hüququ vardır.
...
İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş
digər hallarda sosial təminat hüququna malikdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda

əmək pensiyası hüququna malikdirlər.

Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın

sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum
məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı
olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda
(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla)
yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə
tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək,
qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay
artırılır.

Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta

haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və
müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı)

əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş,
hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan

müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

...
21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş

SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra
hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində
olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş
digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət
müddəti;

 

20. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının

Qanunu:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri:
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,

təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti
xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu

üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı
normasına görə faktik müddət üzrə nəzərə alınır.

İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:
...
v) hərbi (alternativ) xidmət və Müdafiə  Nazirliyində qeydiyyatdan keçmiş

özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət
sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;

Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi

sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək

mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını

sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas

sənəd hesab edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli

qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası
barədə” Əsasnamənin:

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,

yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar),
birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə
əsasən müəyyən edilir.

Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və

ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər
düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən
çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr,
xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar,
əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd
artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq

edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”

Maddə 117.
Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

24. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunu
Maddə 67.1 Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı

minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün
kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək
iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati

aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab
edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı

səbəblərdən irəli gəlir.

29. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının 25 il sosial sığorta stajı

olmadığından ona pensiya təyin edilə bilməz.

30. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş

normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə
olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun
yaranması üçün iki şərt tələb olunur:

-

qanunla müəyyən edilmiş pensiya yaşına çatması;

-

fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az

olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması,
pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

31. İddiaçının pensiya yaşına çatması (64 il 06 ay) işin mübahisəsiz halıdır.

Cavabdeh imtinasında iddiaçının 1976-1998-ci illərdə işləməsi barədə əmək kitabçasında
qeydlərin olmadığını əsas gətirərək bu müddətin onun sığorta stajına daxil edilməsini
əsassız hesab edir və ona görə də tələb edilən 25 il sığorta stajı tamamlanmadığı üçün
pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirir.

32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək

kitabçasının olmaması və ya əmək kitabçasında müvafiq qeydlərin olmaması ona pensiya
təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının
təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının
yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə
tutulmamışdır.

33. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi

günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması
üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər
başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin
mümkünlüyü də təsbit edilmişdir.

34. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli,

934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli
Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr
tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm
bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv
idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

35. X1 filialının 09.01.2020-ci il tarixli, 05 nömrəli və 07.08.2020-ci il tarixli, 225

nömrəli arxiv arayışlarından müəyyən edilir ki, “Ukrayna” adına kolxozda minimum əmək
iştirakı norması 1972-1973-cü və 1976-1987-ci illərdə 240 gün, 1988-1998-ci illərdı isə
210 gün olmuşdur. İddiaçı 1972-1973, 1976-1978, 1980, 1982-1998-ci illərdə minimum
əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi
hesablanmalıdır. İddiaçı 1979-cu və 1981-ci illərdə isə minimum əmək iştirakı normasını
tam yerinə yetirməmişdir (1979-cu ildə 167 gün, 1981-ci ildə 205 gün). Ona görə də həmin
illər ona tam əmək stajı (24 ay) kimi deyil, 18 ay 15 gün (167+205=372 x
12=4464:240=18,6) hesablanmalıdır.

36. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Şirvan şəhər Filialı tərəfindən
tərtib olunmuş aktdan görünür ki, iddiaçının adına verilmiş arxiv arayışları yerində
yoxlanılmış və heç bir uyğunsuzluq aşkar edilmişdir. (səh 10)

37. Beləliklə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər

olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları
haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək
pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər
mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə

əmək pensiya təyin edilməsi üçün zəruri olan hər iki şərtin (64 il 6 ay yaş və 25 il sığorta
stajı) ödənilməsi tam sübuta yetirildiyindən iddianın təmin edilməsi barədə apelyasiya
instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya

instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə
qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız
olduğundan təmin edilməməlidir.

39

.

Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-212/2021 nömrəli

iş üzrə 20 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.