2-1[102]-1603/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1603/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair aparılmış

qeydə düzəliş edilməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
iddiaçının vəkili Vəkilu iştirakı ilə, 

 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin

yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı

0,12582 hektar torpaq sahəsinə xxxx oğlu və qeyrilərinin adına 03.04.2019-cu il tarixdə
********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun
situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair
inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2021
nömrəli, 27 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə
əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı
qəbul etdi.

İŞİN HALLARİ

1. Astara rayonu, Kijəbə qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,15633 hektar torpaq

sahəsində yerləşən 97,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 13.07.2018-ci il tarixli,
RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Astara rayonu, Kijəbə qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,12582 hektar torpaq

sahəsində yerləşən 147,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi 03.04.2019-cu il tarixli,
RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ üzrə xxxx oğlunun
adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək onun və ailəsinin 60 il istifadəsində olan yolun

ümumi istifadədə olan yol kimi göstərilməsini xahiş etmişdir.

4. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli, **********71 saylı məktubla müraciətin

təmin olunmasından imtina edərək bildirmişdir ki, sözügedən ümumi yolun hissəsi Astara
rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi, Astara rayonu Kijəbə qəsəbə inzibati
ərazi dairəsi üzrə icra nümayəndəliyi və Kijəbə qəsəbə Bələdiyyəsi tərəfindən təsdiqlənmiş
“Baş plandan çıxarışa” əsasən mərhum xxxx oğlunun mülkiyyətində olan torpaq sahəsinin
tərkib hissəsidir. Belə ki, miras qalmış əmlaka dair təqdim olunmuş “Qanun üzrə vərəsəlik
hüququ haqqında şəhadətnamə” əsasında vərəsələrin adına ümumbirgə mülkiyyət
hüququ üzrə həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın
dövlət reyestrindən texniki pasport tərtib edilməklə müvafiq çıxarış verilmişdir. Tərəflər
arasında mövcud olan mübahisə ilə əlaqədar yekun məhkəmə qərarı Xidmətin 10 saylı
ərazi idarəsinə daxil olduğu təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,12582

hektar torpaq sahəsinə xxxx oğlu və qeyrilərinin adına 03.04.2019-cu il tarixdə **********
nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya
planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında

torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən etməkdən ötrü
16.07.1996-cı tarixdə “Torpaq islahatı haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunun
9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri
qanunvericilikdə müəyyən edilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.
Həmçinin, həmin Qanuna əsasən sovxozların, kolxozların torpaq sahələri özəlləşdirilmiş
hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən
ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Torpaq
payı naturada pay almaq hüququ olan şəxslərin xüsusi mülkiyyətinə verilmişdir. Beləliklə,
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr
Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa
əsasən, Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən 97,1 kv.m sahəsi olan fərdi
yaşayış evi və 0,15633 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Həmin

torpaq sahəsi və fərdi yaşayış evi 1963-cü ildən X1nun mülkiyyətində olmuşdur. X1
23.01.2003-cü il tarixdə vəfat etmişdir. Babası sağlığında fərdi yaşayış evini və torpaq
sahəsini ona vəsiyyət etmişdir. Astara rayon notariat kontoru tərəfindən ona 09.11.2017-ci
il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu
şəhadətnaməyə əsasən, fərdi yaşayış evi və torpaq sahəsi adına reyestr xidmətində
13.07.2018-ci il tarixdə qeydə alınmışdır. Ona verilmiş texniki pasportda qeyd edilir ki,
faktiki torpaq sahəsi 0,2156 hektar, sənəd üzrə isə 0,15633 hektardır. Guya 0,05927
hektar torpaq sahəsi zəbtdir. Bununla əlaqədar izah edir ki, Astara rayonu, Nizami
Gəncəvi adına təsərrüfatda hər bir subyektə təxminən 0,10 hektar torpaq payı müəyyən
edilmişdir. X23 Komissiyasının 05.12.1999-cu il tarixli, 1 saylı qərarı ilə vətəndaşlara
qanuni təhkim olunmuş həyətyanı torpaq sahəsindən artıq hissəsinin qaytarılması
mümkün olmadığı üçün razılığına əsasən həmin zəbt edilmiş hissə pay torpaqlarından
çıxılmışdır. Zəbt edilmiş torpaq sahəsi pay torpaq sahəsindən çıxılmaqla onlara pay torpaq
sahəsi verilmişdir. Yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə gediş-gəliş
üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində RX
seriyalı, ******* saylı çıxarışa və ona əlavə edilmiş texniki pasporta, həmçinin ilkin
sənədlərə və situasiya planına əsasən 60 ildən artıq müddətdir ki, ümumi yoldan istifadə
olunur. Bütün sənədlərdə ümumi yol kimi göstərilməsinə və istifadə olunmasına
baxmayaraq, həmin yola xxxx oğluna cavabdeh tərəfindən 03.04.2019-cu il tarixdə RX
seriyalı, ******* saylı çıxarış verilmişdir. Çıxarışa istinad edən xxxx oğlu ümumi istifadədə
olan yolu bağlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə həqiqi hüquq
vəziyyətinə uyğun olmayan qeydlər aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində
düzəlişin aparılması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti əsassız olaraq təmin
edilməmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia

ərizəsində barəsində qeyd olunan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən,
1978-ci ilin may ayında tərtib olunmuş 207 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə
evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında iddiaçının
X1ndan miras qalmış fərdi yaşayış evinə və onun yerləşdiyi 0,15633 ha torpaq sahəsinə
dair daşınmaz əmlakın dövlət reyestrindən mərhumun adına 31 oktyabr 2017-ci il tarixli,
********** qeydiyyat nömrəli çıxarış verilmiş, sonradan həmin əmlaka dair vərəsəlik üzrə
yaranmış hüquqların (Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə)
qeydiyyata alınması ilə əlaqədar mərhum şəxsin yeganə vərəsəsi sayılan İddiaçı təqdim
etdiyi sənədlər həmin şəxsin 09 iyul 2018-cı tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə
tərəflərindən icraata qəbul edilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrindən
13 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Həmçinin
qeyd olunan, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, eynilə 1978-ci ilin may
ayında tərtib olunmuş 108 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki
inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında iddiaçının yaxın qohumu
xxxx oğlundan miras qalmış, hazırda mübahisələndirilən fərdi yaşayış evinə və yerləşdiyi
0,12582 ha torpaq sahəsinə dair tərəflərindən mərhumun adına 27 avqust 2018-ci il tarixli
********** qeydiyyat nömrəli çıxarış verilmiş, sonradan həmin əmlaka dair vərəsəlik üzrə
yaranmış hüquqların (Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə)
qeydiyyata alınması ilə əlaqədar mərhum şəxsin vərəsələrindən sayılan xxxx oğlunun
təqdim etdiyi sənədlər həmin şəxsin 29 mart 2019-cu il tarixli ********** qeydiyyat nömrəli
ərizəsi ilə tərəflərindən icraata qəbul edilmiş, onun və ümumilikdə vərəsələrin adına
daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq 03 aprel 2019-cu il
tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Yuxarıda barəsində qeyd
olunan tərəflərin adına müvafiq qeydiyyat aparılarkən hər-hansı bir məhkəmə mübahisəsi
olmamış və Ərazi İdarəsi olaraq məhkəmə prosesinə cəlb olunmamışlar. Belə ki, hazırki iş
üzrə iddiaçının atası 29 iyul 2019-cu il tarixində 10 saylı Astara Ərazi İdarəsinə gələrək
yuxarıda barəsində qeyd olunan yaxın qohumu xxxx oğlu tərəfindən Astara rayon
məhkəməsinə verildiyini bildirmiş, həmçinin tərəflərindən həmin şəxsin və ümumilikdə
vərəsələrin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03 mart tarixli **********

qeydiyyat nömrəli çıxarışın və sözügedən əmlaka dair tərtib olunmuş texniki pasportun
düzgün verilmədiyini qeyd etmişdir. Bu baxımdan hazırki iş üzrə iddiaçının tələb etdiyi və
düzgün verilmədiyi ehtimal edilən ümumi yol hissəsi Astara rayon icra Hakimiyyətinin
Memarlıq və Tikinti şöbəsinin, Astara rayonu Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İcra
Nümayəndəliyinin və Kijəbə qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənmiş “Baş plandan
çıxarışa” əsasən mərhum xxxx oğlunun mülkiyyətində olan torpaq sahəsinin tərkib
hissəsidir. Belə ki, mərhum şəxsdən miras qalmış əmlaka dair təqdim olunmuş “Qanun
üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında vərəsələrdən sayılan hazırki iş
üzrə cavabdeh xxxx oğlunun və digərlərinin adına ümumbirgə mülkiyyət hüququ üzrə
həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət
reyestrindən 01 aprel 2019-cu il tarixli 208 inventar nömrəli texniki pasport tərtib edilməklə
03 aprel 2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam qanunamüvafiq çıxarış
verilmişdir. İddiaçı şəxsin yaxın qohumu Abbasov X12 rayon məhkəməsində “Qanunsuz
tutulmuş torpaq sahəsinin azad edilməsi” tələbi ilə iddia qaldıraraq hazırki iş üzrə
iddiaçının atası X2 məhkəməyə vermişdir. Astara rayon məhkəməsinin icraatına qəbul
edilmiş 2(018)-546/2019 saylı iş üzrə mübahisəyə dair Ərazi İdarəsi cəlb olunmadan 20
may 2019-cu il tarixində ilkin prosses keçirilmiş və iş üzrə Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri
Xidməti cəlb olunmaqla məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunması barədə
qərardad qəbul edilmişdir. Həmin qərardadla ekspertizanın aparılması Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və mülki iş materialları ilə birlikdə
baxılmasından ötrü aidiyyəti quruma göndərilmişdir. Gələcəkdə tərəflər arasında mövcud
olan mübahisə ilə əlaqədar (qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi) müvafiq
məhkəmə qərarı daxil olduğu təqdirdə tərəflərindən baxılacaqdır. Lakin hazırki sərəncamın
daşınmaz əmlakı dövlət reyestrində xxxx oğlunun adına verilmiş hüquqmüəyyənedici və
texniki sənədlərdə dəyişiklik edilməsi (torpaq sahəsinə münasibətdə) məsələsinə
münasibətdə isə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Astara
Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə
nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən
idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə
cavabdehdir. Hazırki iş üzrə tərəflərindən verilmiş həmin hüquqmüəyyənedici və texniki
sənədlərdə dəyişiklik edilməsinə dair (faktiki yerində keçirilən ekspertizanın nəticələrinə
uyğun olmaqla) aidiyyəti hissədə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.

8. Üçüncü şəxs xxxx oğlu tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə

etirazda qeyd edilmişdir ki, ilk öncə hazırki iddianın mümkünlüyü məsələsi həll olunmalıdır.
İddia tələbinə gəldikdə də hesab edir ki, iddia ərizəsi əsassız sayılmaqla rədd edilməlidir.
Belə ki, inzibatı məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarının 1.1-ci
və 1.3-cü bəndlərinin tələblərinə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati
mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün
olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin
mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci bəndində bildirilir ki,
Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə
iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və
ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi
nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu
əsaslandırmalıdır. İddia ərizəsinin məzmunu, eləcə də iddia ərizəsinə qoşma olunduğu
bildirilən sənədlərin siyahısı onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddiası ilə
məhkəməyə müraciət etməmişdən öncə inzibati orqana müraciət etməyib və tələbinə
inzibati orqanın hər hansı münasibətini öyrənmədən hazırkı iddia ərizəsini məhkəməyə
təqdim edib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə görə isə
belə bir müraciət olunmadan məhkəməyə ərizənin verilməsi iddianın mümkünsüz
sayılmasına əsaslardan biri sayılır və iddia mümkün sayılmadıqda bu barədə bu

Məcəllənin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edilir. İddia tələbinə gəldikdə də
yuxarıda qeyd etdiyi kimi iddia tələbini əsassız hesab etməklə yanaşı, bu tələbi onların
qanuni mülkiyyət hüquqlarına müdaxilə hesab edir. Belə ki, onun və digər beş nəfərin
ümumi paylı mülkiyyətində olan ərazi xüsusi mülkiyyət hüququ üzrə adlarına dövlət
reyestrində tam qanuni əsalarla qeydiyyata alınıb. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə
əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir
şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsində bildirilir ki,
əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat
əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan
hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi
haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün
tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla
əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Onun və digərlərinin paylı mülkiyyətində olan
əmlak hüquqlarının dövlət reyestrində qeydiyyatının əsassızlığını təsdiq edən mötəbər
sayıla biləcək sübutunu iddiaçı məhkəməyə təqdim edə bilmir. Lakin bunun əksi olaraq
iddiaçının, həyətinə giriş yolunun guya bağlanılması ilə əlaqədar iddiasının əsassız
olduğunu təsdiq edən kifayət qədər əsaslı dəlillər mövcuddur. Belə ki, iddiaçı 2011-ci ildə
cavabdeh X11 qarşı, Astara rayon məhkəməsində iddia qaldıraraq, yol kimi istifadə edilən
torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və qəsəbənin küçə
yoluna çıxışda cavabdehin qoyduğu qapının sökülməsi barədə qətnamə çıxarılmasını
məhkəmədən xahiş edib. Həmin tələb təmin edilib və bu barədə, 21 aprel 2011-ci il tarixli,
2(018)-150/2011 saylı qətnamə qəbul edilib. Həmin qətnamə yuxarı instansiya
məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılıb və bu barədə də Şirvan
Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2011-ci il tarixli, 2(106)-655/11
saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-
18/12 saylı, 13 yanvar 2012-ci il tarixli qərarı qəbul edilib. Nəhayətdə də tələb icra olunub.
İddiaçı onun istifadəsinə qaytarılmış həmin yoldan tam istifadə edə bildiyi halda evinə
giriş-çıxış üçün yolun olmadığını və onlardan tələb etdiyi yolun da guya ümumi istifadə
üçün nəzərdə tutulduğunu iddia edir. Yuxarıda göstərdiyi işin həqiqi halları olan bu faktlar
aşkar surətdə iddianın nəinki əsassız olduğunu, eləcə də iddiaçının məqsədinin
başqalarının, yəni bizlərə qanuni əsaslarla məxsus olan, paylı mülkiyyətindəki ərazinin bir
hissəsini özünün mənfəəti üçün istifadəsinə keçirmək olduğu sübut olunur. İddiaçı özünün
qanunsuz istəyini məhkəməni yanlış istiqamətə yönəltməklə, işin həqiqi hallarını
gizlətməklə həyata keçirməyə çalışır. Dövlət reyestrini əsassız yerə reyestrdə qanunsuz,
düzgün, olmayan qeydiyyatın aparılmasında təqsirləndirir. İddiaçı yuxarıda göstərildiyi
kimi, hazırkı iddia tələbinin təmin olunmasına əsas verən heç bir sübutunu məhkəməyə
təqdim edə bilmir. Əksinə, həmin iddianın əsassızlığını, iddiaçının iddiasında qanunsuz
niyyətini həyata keçirmək məqsədi olduğunu təsdiq edən məhkəmə aktı və sair kimi faktlar
var. Üçüncü şəxs qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən
xahiş etmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-54/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli

qərarı ilə (hakim: O.N.İsmayılov) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan 10.03.2020-ci il tarixli, M-060

nömrəli mütəxəssis rəyini və Məhkəmə Ekspertiza Mərkəzinin 18.05.2020-ci il tarixli,
31440 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki,
cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə
bilməz.

11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək

iddianın təmin olunmasını xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2021

nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.A.Zeynalov, hakimlər:

İ.Q.Əsədov və M.K.Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati
Məhkəməsinin 2-1(120)-54/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən
saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apelyasiya

instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə
yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı

qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarında
olan ekspert rəylərini ətraflı araşdırmamışdır. Hal-hazırda iş üzrə üçüncü şəxs olan xxxx
oğlunun qanunsuz hərəkəti nəticəsində ümumi istifadədə olan yol bağlanmışdır. Eyni
zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestrində torpaq sahəsinə həqiqi hüquqi
vəziyyətinə uyğun olmayan qeydlər aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində
düzəlişin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin
yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə
müraciətlər etmişəm, lakin müraciətim təmin edilməmişdir. Ona görə də 0,12582 hektar
torpaq sahəsinə xxxx oğlu və qeyrilərinin adına 03.04.2019-cu il tarixdə ********** nömrə ilə
aparılmış qeydə, həqiqi hüquqi vəziyyətə uyğun olmadığından düzəliş aparılması və
ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi zəruridir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Üçüncü şəxs xxxx oğlu

kassasiya şikayətinə etiraz edərək onun təmin

edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən
saxlanılmasını xahiş etmişidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil
olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar
qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxsə təqdim edilmiş
məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə
baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq
olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının

Qanunu:

Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən

edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət
reyestrində aparılır.

Maddə 4.1 Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı

qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi

və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər
əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən

çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.
Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə
“Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt
rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış
elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina

edilə bilər:

15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət

qeydiyyatına alınmalı deyildirsə;

15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb

olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə
uyğun deyildirsə;

15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs

müraciət etdikdə;

15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya

bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab
olunduqda;

15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak

üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;

15.1.6.

bu

qanunun

14-cü

maddəsində

nəzərdə

tutulmuş

qeydiyyatın

dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki

səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç
gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan
münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat
müddətində bildiriş verilməlidir.

Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin

formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi

hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni
mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və
ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya

həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə,
hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud
olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət
reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən
razılıq verməsini tələb edə bilər.

Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət

reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı

və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata
keçirilir.

Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,

həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında
özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin
xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən
şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət

reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında
aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına
cavabdehdirlər.

Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında

təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra
hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün
hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya

instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu
Layihə-X10 Layihə-Tədqiqat İdarəsinin 10.03.2020-ci il tarixli, M-060 nömrəli mütəxəssis
rəyində və Məhkəmə Ekspertiza Mərkəzinin 18.05.2020-ci il tarixli, 31440 nömrəli ekspert
rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin
mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X3, X7, X4, X8, X9 mülkiyyətlərində olan Astara
rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsi və onun
üzərində yerləşən 147.1 m

2

fərdi yaşayış evinə dair tərtib edilmiş **********47-10301 reyestr

nömrəli, 03.04.2019-cu il tarixli çıxarış xxxx oğlunun adına tərtib edilmiş **********47-10301
reyestr nömrəli, 27.08.2018-ci il tarixli çıxarışa uyğun tərtib edilmişdir, uyğunsuzluq mövcud
deyildir. Həmçinin qeyd olunur ki, fərdi yaşayış evinin texniki göstəriciləri (eni, uzunu,
hündürlüyü, torpaq üzərində yerləşdiyi yer və s.) uyğunluq təşkil edir. **********47-10301
reyestr nömrəli 27.08.2018-ci il tarixli çıxarış və texniki pasport və 1978-ci ilin may ayında
tərtib edilmiş 208 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya
qiymətləndirilməsinə aid pasporta və ev sahibliyi kartoçkası üzrə tədqiqat aparılan zaman
hər iki sənəddə mübahisəli torpaq sahəsi 0.12582 ha olaraq qeyd olunsa da sənədlər
arasında bir sıra uyğunsuzluqlar vardır. Belə ki, ilkin olaraq 1978-ci ilin may ayında tərtib

edilmiş 208 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və
qiymətləndirilməsinə aid pasporta və ev sahibliyi kartoçkasında sözügedən torpaq sahəsi
düzbucaqlı formasında (41.8 m x 30.1 m) olsa da, həmin torpaq sahəsi **********47-10301
reyestr nömrəli, 27.08.2018-ci il tarixli çıxarış və texniki pasportda müxtəlif bucaqlı təsvir
olunmuşdur. Yəni, sənədlərdə qeyd olunan torpaq sahələri arasında konfiqurasiya fərqi
vardır. Daha sonra sənədlərdə sözügedən torpaq sahəsinə giriş qapılarının müxtəlif
yerlərdə olması, həmin torpaq sahəsində yerləşən A tikilisinin tikintialtı sahəsinin müxtəlif
(texniki pasporta əsasən 207.6 m

2

, kartoçkaya əsasən 181.9 m

2

) olması həmin sənədlər

arasında uyğunsuzluqların yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri
Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********5-10301
reyestr nömrəli, 13.07.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq
sahəsinə aparan faktiki olaraq naturada iki yol mövcuddur, bu yollardan biri (mübahisə
predmeti olan) **********47-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən xxxx
oğlunun mülkiyyətinə verilmiş 0.12582 ha olan torpaq sahəsinin daxilindən keçir, digər yol
isə faktiki naturada İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq hissəsində
yerləşir. Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu layihəsində (baş planda)
sözügedən ərazinin situasiyası plana alınarkən İddiaçı istifadəsində olan torpaq sahəsinə
bir istiqamətdən yol nəzərdə tutulmuşdur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin
kompleks yerquruluğu layihəsinə (baş plana) əsasən İddiaçı istifadəsində olan torpaq
sahəsinin cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin
Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********47-10301 reyestr
nömrəli, 03.04.2019-cu il tarixli çıxarışa əsasən xxxx oğlunun və ailə üzvlərinin
mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan
torpaq sahəsinin içindən keçməklə **********5-10301 reyestr nömrəli, 13.07.2018-ci il tarixli
çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan yol faktiki naturada
mövcuddur və bu yol yalnız **********5-10301 reyestr nömrəli texniki pasportun situasiya
planında göstərilmişdir. Bu yoldan başqa da faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq
sahəsinin cənub-şərq hissəsində yol mövcuddur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin
kompleks yerquruluşu layihəsində (baş planında) mövcuddur.

25. İddiaçı qeyd edir ki, yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə

gediş-gəliş üçün ümumi yoldan istifadə edir. Bütün sənədlərdə ümumi yol kimi
göstərilməsinə və istifadə olunmasına baxmayaraq, həmin yola xxxx oğluna Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10
saylı ərazi idarəsi tərəfindən 03.04.2019-cu il tarixdə RX seriyalı, ******* saylı çıxarış
verilmişdir. Çıxarışa istinad edən xxxx oğlu ümumi istifadədə olan yolu bağlamışdır.
Daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə həqiqi hüquq vəziyyətinə uyğun
olmayan qeydlər aparılmışdır. İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən torpaq
sahəsinin sənədləşdirilməsində yaranmış mübahisəli məsələnin araşdırılmasına köməklik
göstərilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə
müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir.

26. Aşağı instansiya məhkəmələrində icraat zamanı işdə olan mütəxəssis və ekspert

rəyləri ilə müəyyən edilmişdir ki, ki, X3, X7, X4, X8, X9 mülkiyyətlərində olan Astara rayonu,
Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsi və onun üzərində
yerləşən 147.1 m

2

fərdi yaşayış evinə dair tərtib edilmiş **********47-10301 reyestr nömrəli,

03.04.2019-cu il tarixli çıxarış xxxx oğlunun adına tərtib edilmiş **********47-10301 reyestr
nömrəli, 27.08.2018-ci il tarixli çıxarışa uyğun tərtib edilmişdir, uyğunsuzluq mövcud
deyildir. Bundan başqa, **********5-10301 reyestr nömrəli, 13.07.2018-ci il tarixli çıxarışa
əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan faktiki olaraq naturada iki yol
mövcuddur, bu yollardan biri (mübahisə predmeti olan) **********47-10301 reyestr nömrəli
çıxarış və texniki pasporta əsasən xxxx oğlunun mülkiyyətinə verilmiş 0.12582 ha olan
torpaq sahəsinin daxilindən keçir, digər yol isə faktiki naturada İddiaçı mülkiyyətində olan

torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir. Astara rayonu, Kijəbə qəsəbəsinin
kompleks yerquruluşu layihəsində (baş planda) sözügedən ərazinin situasiyası plana
alınarkən İddiaçı istifadəsində olan torpaq sahəsinə bir istiqamətdən yol nəzərdə
tutulmuşdur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluğu layihəsinə
(baş plana) əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin cənub-şərq hissəsində
yerləşir. **********47-10301 reyestr nömrəli, 03.04.2019-cu il tarixli çıxarışa əsasən xxxx
oğlunun və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində
yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsinin içindən keçməklə **********5-10301
reyestr nömrəli, 13.07.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq
sahəsinə aparan yol faktiki naturada mövcuddur və bu yol yalnız **********5-10301 reyestr
nömrəli texniki pasportun (İddiaçı məxsus texniki pasport) situasiya planında göstərilmişdir.
Bu yoldan başqa da faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq
hissəsində yol mövcuddur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu
layihəsində (baş planında) mövcuddur.

27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən mütəxəssis və ekspert

rəylərində qeyd edilən məlumatları şübhə altına alan, onları təkzib edən hər hansı sübut
mövcud olmadığından aşağı instansiya məhkəmələri bu rəyləri sübut kimi qəbul etməkdə
haqlı olmuşlar. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını
pozan hal kimi qiymətləndirilə bilməz.

28. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi
İdarəsinə qarşı 0,12582 hektar torpaq sahəsinə xxxx oğlu və qeyrilərinin adına 03.04.2019-
cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan
yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə
iddiasının təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür.

29. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual

hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya
məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2021 saylı iş

üzrə 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.