2-1[102]-1648/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1648/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə

qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: məzuniyyətə görə kompensasiyanın ödənilməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
İddiaçı iştirakı ilə, 

 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1988-2006-

ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən
hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə
hesablanaraq 97 % hesabı ilə ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt
Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 nömrəli, 26 may
2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali
Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi üçün

cavabdehə müraciət etmiş, cavabdeh 15.01.2020-ci il tarixli, ***-**** İ-1220 saylı məktubla
müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, xidmət etdiyi 1988-2004-cü
illərin məzuniyyətindən istifadə etmədiyinə görə DİO-da xidmətdən xaric olunduğu 2006-cı
ildə olan vəzifə və rütbə maaşları əsasında ona 720 manat məbləğində kompensasiya
ödənilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988-2006-

ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən
hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə
hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh

Azərbaycan Respublikası DİN Maliyyə-Plan İdarəsinin Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə

ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür.

1981-ci ildən 2006-cı ilin fevral ayının sonunadək daxili işlər orqanlarında xidmət etmişdir.
2006-cı ilin fevral ayında yaşa görə pensiyaya çıxmışdır. İşdən azad edilərkən istifadə
etmədiyi 19 il üçün ona məzuniyyətə görə kompensasiya hesablanıb ödənilməmişdir.
Dəfələrlə məzuniyyətdən istifadə etmədiyi illərə görə kompensasiya verilməsi üçün
cavabdeh inzibati orqana müraciət etmişdir. DİN Maliyyə-Plan İdarəsi özünün 06.12.2019-
cu il tarixli məktubu ilə bildirmişdir ki, 1988-2004-cü illərin (16 il) məzuniyyətindən istifadə
etmədiyinə görə xidmətdən xaric olduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları
əsasında ona 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı
həmin cavabla razılaşmır. Belə ki, 1988-2006-cı illərdə məzuniyyətdə olmamışdır.
Beləliklə, ona 19 ilə görə kompensasiya ödənilməlidir. Digər tərəfdən o, kompensasiyanın
məbləği ilə razılaşmır, ona ödənilmiş kompensasiya 2006-ci ilin deyil, 2019-cu ilin dekabr
ayından əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən ödənilməlidir.

6. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazda qeyd edilənlər imtina məktubu ilə

eynilik təşkil edir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı, 25 noyabr 2020-ci il

tarixli qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istifadə etmədiyi məzuniyyətə görə

kompensasiya aldığından iddiaçı həmin müddətin xidmət illərinə əlavə edilməsi və buna
uyğun olaraq pensiyanın artırılmasının tələb etməkdə haqlı deyildir.

9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin

tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021

nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər:
H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati
Məhkəməsinin 2-1(118)-727/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən
saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş
etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı

qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyasında işə baxılan zaman
cavabdehə sorğu verilmişdir. Sorğuya cavabda göstərilir ki, iddiaçı işdən tərxis olunan
zaman vəzifə maaşı 37 manat, rütbə maaşı 8 manat olmuşdur. İstifadə etmədiyi
məzuniyyətin günləri isə 480 gün olmuşdur. Bu cavabdan da bəlli olur ki, cavabdeh orqan
2019-cu ildə ona bu hesablamaya əsasən 720 manat məbləğində pul ödəmişdir.
Məhkəmə nəzərə almamışdır ki, hesablama 2004-cü ilin məbləğləri ilə deyil, 2019-cu ildə
tutduğu vəzifə və rütbə maaşlarına uyğun aparılmalı idi. Bu səbəbdən qərar ləğv
edilməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. 26 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçı və onun

vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər.

16. 26 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə prosesində cavabdehin vəkili

kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında

Əsasnamə”

Bənd

88.

Əməkdaş   müvafiq   iş   ilində   (iş   illərində)   bu   Əsasnamənin   78-ci

maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən
istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə
görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya
hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı
alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət
illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin

131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün
hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya

instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İş materiallarından görünür ki, iddiaçı ona istifadə etmədiyi əmək məzuniyyəti

üçün pul kompensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06
dekabr 2019-cu il tarixli məktubu ilə 1988-2004-cü illər üçün məzuniyyətlərdən istifadə
etmədiyinə görə DİO-dan xidmətdə xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə
maaşlarına əsasən iddiaçıya 720 manat pul kompensasiyası hesablandığını bildirmişdir.

23. İddiaçı həmin məbləğlə razılaşmamış, hazırki iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək 1988-2006-cı illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə
kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay
xidmət illərinə hesablanaraq 97 % hesabı ilə ödənilməsi barədə qərar qəbul olunmasını
xahiş etmişdir.

24. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab

edərək rədd etmiş və bu zaman Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli 168-
İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin müddəalarına əsaslanmışlar.

25. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya

şikayəti verərək bildirir ki, ona verilmiş kompensasiya 2004-cü ilin məbləğləri ilə deyil,
2019-cu ilin vəzifə və rütbə maaşına uyğun olaraq hesablanmalıdır.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki,

bu qərarın 17-ci bəndində qeyd edilən Əsasnamənin tələbinə görə əməkdaş müvafiq iş
ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş
əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün
istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas
məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq,
əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi
rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən
əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
hesablanaraq ödənilir.

27. Azərbaycan Respublikası DİN Maliyyə - Plan İdarəsinin məhkəmənin sorğusuna

cavab məktubunda bildirmişdir ki, 23.02.2006-cı il tarixdə daxili işlər orqanlarında
xidmətdən xaric edilmiş İddiaçı sonuncu vəzifəsi Sumqayıt ŞPİ-nin PPXT-nin manqa
komandiri, xüsusi rütbəsi isə polis baş serjantı olmuşdur. Həmin vaxt İddiaçı tutduğu
vəzifəyə görə maaşı 37 manat, rütbə maaşı 8 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki,
daxili işlər orqanları əməkdaşlarına əsas məzuniyyət təqvim ili ərzində 30 gün müddətində
verilir. N. İsmayılov 1988-2004-cü illərdə (cəmi 16 il) 480 gün əsas məzuniyyətdən istifadə
etməmişdir. İddiaçı xidmətdən xaric olunduğu 2006-cı ildə “Polis əməkdaşının maddi və
sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü
bəndinə uyğun olaraq istifadə olunmamış məzuniyyətə görə kompensasiya yalnız
xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və xüsusi rütbə maaşlarından hesablanaraq
ödənilirdi. İddiaçı da tutduğu vəzifəyə (37 manat) və rütbəsinə görə maaşı (8 manat)
əsasında 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 720 manat
məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı daxili işlər orqanlarından
xaric edilərkən tutduğu PPX nizami hissəsinin manqa komandiri vəzifəsinə görə maaşı
hazırda 565 manat, rütbəyə görə maaş 117 manatdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində ona veriləcək

kompensasiyanın 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayına uyğun olan orta
əmək haqqına əsasən ödənilməli olduğunu bildirsə də, yuxarıda göstərilən normadan
görünür ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya polis işçisinin həmin
kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
hesablanaraq ödənilməlidir.

29. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün,

gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq
normalarına uyğun hesab edir. İddiaçı kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində
onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr
həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər
apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması
üçün əsas vermir.

30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq

normaları

pozulmadığından,

kassasiya

şikayəti

təmin

edilmədən,

apelyasiya

məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 saylı

iş üzrə 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.