2-1[102]-1679/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1679/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Ağcabədi rayon filialına qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajının
hesablanması

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
iddiaçı İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə,

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Ağcabədi rayon filialına qarşı

sosial sığorta stajı müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin
cavabdehin üzərinə vəzifə olaraq qoyulması

tələbinə dair inzibati iş üzrə Şirvan

Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-110/2021 nömrəli, 27 may
2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə
Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı 28.12.1955-ci il təvəllüdlüdür.
2. İddiaçının təqdim etdiyi arxiv arayışına əsasən, o, 1971-ci ildən 1974-cü ilin may

ayına kimi və 1976-cı ilin iyun ayından 1997-ci ilə kimi Ağcabədi rayon sabiq
“Ə.Bünyadov” adına kolxozda kolxozçu və traktorçu işləmişdir. Bundan əlavə o,
11.05.1974-cü ildən 24.05.1976-cı ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət

etmişdir.

4. Cavabdeh 03 iyul 2020-ci il tarixli, **********8 nömrəli məktubla bildirmişdir ki, onun

Ağcabədi rayon “Ə.Bünyadov” adına kolxozda işlədiyi müddət əmək kitabçasında qeyd
olunmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a)birinci instansiya məhkəməsindəki icraat
5.  İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-

11.05.1974-cü ilə kimi və 1976-cı ilin iyun ayından 1997-ci ilə kimi Ağcabədi rayon sabiq
«Ə.Bünyadov» adına kolxozda kolxozçu və traktorçu işlədiyi dövrü sığorta stajı kimi
müəyyən edərək cavabdehin üzərinə ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin
qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı ərizəsində göstərmişdir ki, o, yaşa görə əmək pensiyası hesablanması

üçün sənədlərini cavabdehə təqdim etmiş, cavabdeh onun işlədiyi dövrün əmək
kitabçasında qeyd edilmədiyini əsasən gətirərək ona yaşa görə pensiya təyin
olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı 1971-

1974,1976-1997-ci illərdə Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda işləmişdir.
11.05.1974-17.05.1976-cı illər üzrə hərbi xidmət dövrünü nəzərə almaqla iddiaçının 26 il
10 ay sosial sığorta stajı vardır. Lakin, iddiaçı 1971-1974,1976-1997-cı illərdə Ağcabədi
rayonu “Ə.Bünyadov” adına kolxozda işləməsi barədə əmək kitabçası təqdim edə
bilmədiyinə görə pensiya təyin edilməsi üçün həmin illəri nəzərə almaq mümkün olmur. O
halda vətəndaşın tələb olunan sığorta stajı olmadığı üçün əmək pensiyası hüququ
yaranmır. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddiaçının 1971-1974,1976- 1997-ci
illərdə Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda işlədiyi dövrün sığorta stajı kimi
nəzərə alınması barədə qərar çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(120)-1273/2020

nömrəli qərarı ilə (hakim: Z.M.Allahyarov) iddia qismən təmin edilmiş, iddiaçının 1972-
1974, 1976-1997-ci illərdə Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda işləməsi
barədə Ağcabədi rayon Dövlət Arxivinin 29 iyul 2020-ci il tarixli 131 nömrəli arxiv
arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı
normasına görə faktiki müddət nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək
ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərbi xidmət müddəti nəzərə

alınmaqla iddiaçının 25 ildən artıq sığorta stajı müəyyən olunur ki, bu da iddiaçıya yaşa
görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının 1971-ci ildə faktiki adam günü və

həmin ildə hansı aylar üzrə əmək haqqı alması Ağcabədi rayon Dövlət Arxivinin 29 iyul

2020-ci il tarixli 131 nömrəli arxiv arayışında öz əksini tapmadığından həmin müddət
iddiaçının sığorta stajına daxil edilə bilməz.

11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunnmasını xahiş

etmişdir.

b)apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2021-ci il tarixli,

2-1(106)-110/2021 saylı qərarı ilə (sədrlik edən: Z.A.Zeynalov, hakimlər: İ.Q.Əsədov və
M.K.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati
Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(120)-1273/2020 nömrəli qərarı
dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia

tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin

mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan 29 iyul 2020-ci il tarixli
arxiv arayışı ilə cavabdeh orqanın sorğusuna cavab olaraq təqdim edilmiş 15 fevral 2021-
ci il tarixli arxiv arayışı arasında ziddiyyətli məqamlar mövcuddur. 29 iyul 2020-ci il tarixli
131 nömrəli arxiv arayışında iddiaçının 1971-1997-ci illərdə Ə.Bünyadov adına kolxozda
işləməsi qeyd edilsə də, 15 fevral 2021-ci il tarixli arxiv arayışında iddiaçının 1970-1998-ci
illərdə “Tacikistan”, “Pravda” və “Nəsimi” adına kolxozlarda işləməsi ilə bağlı qeydlər öz
əksini tapmışdır. Eyni zamanda, iddiaçının ilkin olaraq təqdim etdiyi arxiv arayışında 1971-
ci il tarixi üzrə əmək iştirakı normasının minimumu qeyd edilməmiş, lakin 2021-ci il tarixli
arayışda həmin il üzrə iddiaçının 312 gün işlənməsi qeyd edilmişdir. Bununla yanaşı,
iddiaçının sosial sığorta stajı 2021-ci il tarixli arxiv arayışı əsas götürülərək hesablansa 18
il üzrə adam günü norması tam ödənilmiş, 1970-ci ildə 130 gün, 1990-cı il üzrə 135 gün
təşkil etmişdir. 1978, 1979, 1992, 1993, 1997, 1998-ci illər üzrə təqdim edilmiş arayışda
iddiaçıya münasibətdə adam günü norması qeyd edilməmişdir. Beləliklə, iddiaçının ümumi
iş stajı hərbi xidmət illəri də nəzərə alınmaqla 21 il 4 ay 05 günü təşkil edir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə

Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı
dinlənilmədən baxıldı.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 38. Sosial təminat hüququ
İ. Hər kəsin sosial təminat hüququ vardır.
...

İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş
digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda

əmək pensiyası hüququna malikdirlər.

Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın

sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum
məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı
olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda
(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla)
yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə
tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək,
qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay
artırılır.

Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta

haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və
müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı)
əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş ,
hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri:
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,

təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti
xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu

üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı
normasına görə faktik müddət üzrə nəzərə alınır.

Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi

sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək

mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını

sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli

qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası
barədə” Əsasnamənin:

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,

yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar),
birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə
əsasən müəyyən edilir.

Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və

ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər
düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən
çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr,
xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar,
əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd
artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq

edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”

Maddə 117.
Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

24. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunu
Maddə 67.1 Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı

minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün
kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək
iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati

aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən)
müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab
edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı

səbəblərdən irəli gəlir.

29. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün

cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 1971-1974, 1976-1997-ci illərdə
Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda işlədiyi dövrlərin əmək kitabçasında qeyd
edilmədiyini əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir.

30. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək

iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə

razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə
razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

31. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının sığorta stajını

təsdiq edən iki fərqli arxiv arayışının olmasına baxmayaraq məhkəmələr bu hala qiymət
verməmiş, eyni zamanda iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla 21 il 4 ay 5 gün
sığorta stajının olmasına baxmayaraq, ona yaşa görə əmək pensiyası təyin olunması
barədə qərar qəbul edilmişdir.

32. Qeyd olunmalıdır ki, cavabdeh imtina məktubunda iddiaçının 1971-1974, 1976-

1997-ci illərdə Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda işlədiyi dövrlərin əmək
kitabçasında qeyd edilmədiyini əsas gətirərək pensiya təyin olunmasından imtina etmiş,
kassasiya şikayətində isə fərqli mövqe nümayiş etdirərək arxiv arayışları arasında olan
ziddiyyətləri mübahisələndirmişdir.

33. Qeyd olunmalıdır ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə

əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin:

-

qanunla müəyyən edilmiş pensiya yaşına çatması;

-

fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az

olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması,
pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

34. İddiaçının işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyindən, həmin

müddətin onun sosial sığorta stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin mövqeyi
ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi,
sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi,
baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək
kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.

35. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi

günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması
üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər
başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin
mümkünlüyü də təsbit edilmişdir.

36. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli,

934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli
Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr
tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm
bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv
idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

37. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı

hesab edərək qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq
qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək
pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi (01.01.2006-cı ilədək) günədək
sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını
təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına
bilər.

38. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmasına dair Ağcabədi rayon Dövlət Arxivi

tərəfindən verilmiş arayışı təqdim etmiş, işə baxan aşağı instansiya məhkəmələri arxiv
arayışını sübut kimi qəbul edərək, həmin müddətin iddiaçının sosial sığorta stajına daxil
edilməsi nəticəsinə gəlmişdir.

39. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, 29 iyul 2020-ci il tarixli 131 nömrəli

arxiv arayışında iddiaçının 1971-1997-ci illərdə “Ə.Bünyadov” adına kolxozda işləməsi
göstərilsə də, 15 fevral 2021-ci il tarixli arxiv arayışında iddiaçının 1970-1998-ci illərdə

“Tacikistan”, “Pravda” və “Nəsimi” adına kolxozlarda işləməsi ilə bağlı qeydlər öz əksini
tapmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisələndirilən bu halı işə

apelyasiya instansiyası məhkəməsində baxılarkən verdiyi apelyasiya şikayətinə əlavədə
də qeyd etmiş, apelyasiya instansiyası məhkəməsi bu halın aydınlaşdırılması məqsədi ilə
22 aprel 2021-ci il tarixdə Ağcabədi rayon Dövlət Arxiv idarəsinə sorğu ünvanlamışdır.
Arxiv idarəsi 19.05.2021-ci il tarixdə sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçı
“Tacikistan”, “Pravda” və “Nəsimi” adına kolxozlarda deyil, “Ə.Bünyadov” adına kolxozda
işləmişdir.

41. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, iddiaçının ilkin olaraq təqdim etdiyi

arxiv arayışında 1971-ci il tarixi üzrə əmək iştirakı normasının minimumu qeyd edilməmiş,
lakin 2021-ci il tarixli arayışda həmin il üzrə iddiaçının 312 gün işləməsi göstərilmişdir.

42. Cavabdehin bu dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının 1971-ci ildə faktiki

adam günü və həmin ildə hansı aylar üzrə əmək haqqı alması Ağcabədi rayon Dövlət
Arxivinin 29 iyul 2020-ci il tarixli 131 nömrəli arxiv arayışında öz əksini tapmadığından
həmin müddət iddiaçının sığorta stajına daxil edilməmişdir.

43. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün onun 25 il sığorta stajının

olmaması ilə bağlı cavabdehin dəlilinə gəlincə, məhkəmə kollegiyası bildirir ki, aşağıdakı
hesablama yolu ilə iddiaçının sığorta stajını müəyyən etmək olar. Belə ki, arxiv arayışına
əsasən, iddiaçının faktiki adam günü 1972-ci ildə 269 gün, 1973-cü ildə 277 gün, 1974-cü
ildə 146 gün, 1976-cı ildə 172 gün, 1977-ci ildə 311 gün, 1978-ci ildə 272 gün, 1979-cu
ildə 351 gün, 1980-ci ildə 303 gün, 1981-ci ildə 243 gün, 1982-ci ildə 388 gün, 1983-cü
ildə 268 gün, 1984-cü ildə 317 gün, 1985-ci ildə 292 gün, 1986-cı ildə 280 gün, 1987-ci
ildə 282 gün, 1988-ci ildə 343 gün, 1989-cu ildə 357 gün, 1990-cı ildə 343 gün, 1991-ci
ildə 347 gün, 1992-ci ildə 354 gün, 1993-cü ildə 343 gün, 1994-cü ildə 283 gün, 1995-ci
ildə 240 gün, 1996-cı ildə 238 gün və 1997-ci ildə 243 gün olmuşdur.

44. Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon filialı tərəfindən birinci

instansiya məhkəməsinə göndərilmiş **********7 saylı, 20.08.2020-ci il tarixli məktubda
qeyd edilmişdir ki, Ağcabədi rayonu “Ə.Bünyadov” adına kolxozda iddiaçının işlədiyi
dövrdə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən edilmişdir.

45. Arxiv arayışından görünür ki, iddiaçı tərəfindən 1972, 1973, 1977-1995 və 1997-

ci illərdə əmək iştirakı norması tam ödənilmişdir. Ona görə də, həmin illər ona tam əmək
stajı kimi hesablanmalıdır. 1974, 1976 və 1996-cı illərdə isə minimum əmək iştirakı
norması tam ödənilməmişdir. Odur ki, bu illər iş stajına yalnız faktik müddət üzrə nəzərə
alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin
sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı
norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır.

46. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı

qaydada müəyyən edilir – 146+172+238=556; 556x12= 6672; 6672/240=27,8 (2 il 3 ay).

47. Beləliklə, iddiaçının sığorta stajı hərbi qulluq müddəti də nəzərə alınmaqla arxiv

arayışında qeyd edilən kolxozda iş stajı ilə birlikdə 25 ildən artıqdır. Odur ki, ƏPQ-nun 7-ci
maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri (64 il 6 ay yaş və 25 il sığorta stajı)
iddiaçıya münasibətdə ödənildiyindən məhkəmələr iddianı təmin etməkdə haqlı olmuşlar.

48. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün,

gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq
normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər
əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və
məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş
dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv
olunması üçün əsas vermir.

49. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq

normaları

pozulmadığından,

kassasiya

şikayəti

təmin

edilmədən,

apelyasiya

məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti təmin edilməsin.
Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-110/2021 nömrəli iş

üzrə 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Qərar qətidir.