2-1[102]-1681/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1681/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Ali Məhkəməsinin İnzibati kollegiyasının

İddiaçı Azərbaycan

Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət

Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə qarşı iş üzrə

Q Ə R A Rİ

Açar sözlər: Ali Məhkəmənin göstərişlərinin icra edilməməsi; işin hallarının

araşdırılmaması

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
cavabdehin vəkili Vəkil iştirakı ilə,

İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “işlədiyi
illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququn yarandığı tarixdən əmək
pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş
üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-38/2021 saylı, 25
may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən
işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul
etdi.

İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus 20.11.1999-cu il tarixli əmək kitabçasına əsasən o, 01.01.1978-

ci il tarixdən 07.03.1990-cı ilədək SSRİ-nin 50 illiyi adına pambıqçılıq sovxozunda və
01.01.1991-ci ildən 03.12.1997-ci il tarixədək “Aydıngün” kolzoxunda əmək fəaliyyəti ilə
məşğul olmuşdur.

3. Nikahın bağlanması haqqında və doğum haqqında şəhadətnamələrə əsasən, X1

Sevda Həsən qızı ilə 10 avqust 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə
nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmış və X19
“Mehdiyeva” soyadını qəbul etmişdir. Onların birgə nikahından 7 uşaqları doğulmuşdur:
18.05.1984-cü il təvəllüdlü X12, 14.07.1988-ci il təvəllüdlü X13, 12.11.1989-cu il təvəllüdlü
X3, 01.10.1991-ci il təvəllüdlü X17, 06.07.1993-cü il təvəllüdlü X14, 18.09.1994-cü il
təvəllüdlü X15 və 21.01.1997-ci il təvəllüdlü X16.

4. Salyan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi

üzrə nümayəndəsinin 09.07.2019-cu il tarixli arayışına əsasən, iddiaçı uşaqları X4, X5, X2,
X9, X6, X7 və X8 8 yaşına kimi böyüdüb tərbiyə etmişdir.

5. İddiaçı ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş,

cavabdehin iddiaçıya ünvanladığı 15.03.2019-cu il tarixli məktubla müraciətin təmin
olunmadığını bildirərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci
maddəsinə əsasən, 01.07.2017-ci il tarixədək 60 yaşına çatmış qadınların azı 12 il sığorta
stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Qanunun 8.1-ci
maddəsinə əsasən, 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş və azı 10
il sığorta stajı olan qadınların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş
yaş həddi (60 yaş) hər uşağa görə 1 il azaldılmaqla (7 uşaqlı ana üçün (60-7) = 53 yaş)
yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddiaçının 10 il sığorta
stajı olmadığı üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yoxdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a)birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 26 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia

tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi illər sosial
sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı tarixdən əmək pensiyası
təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını
xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonunda yerləşən 1 nömrəli

pambıqçılıq sovxozunda işləyərək əmək haqqı almışdır. İşlədiyi illərlə bağlı əmək
kitabçasında müəyyən qeydlər aparılmışdır. İşlədiyi illərin onun iş stajına daxil edilməsi
üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin
olunmasından əsassız olaraq imtina edilmişdir.

8. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim: R. İsmayılov) 11 iyul 2019-cu il tarixli

2-1(086)-1622/2019 saylı qərarı ilə iddia təmin edilərək iddiaçının işlədiyi illər sosial
sığorta stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı 15.02.2016-cı il tarixdən
əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01.01.1978-ci il tarixdən

07.03.1990-cı il tarixədək “SSRİ-nin 50 illiyi” adına 1 nömrəli pambıqçılıq sovxozunda,
01.01.1991-ci il tarixdən 03.12.1997-ci il tarixədək “Aydıngün” adına kolxozda işləmişdir.
Ümumi iş stajı 18 il, 04 ay, 08 gün təşkil edir. Bu, iş materiallarına əlavə edilmiş iddiaçıya
məxsus əmək kitabçasının təsdiq edilmiş surəti ilə sübut olunur. Həmçinin, qanunvericiliyin
tələblərinə əsasən, 2016-cı ildə qadınlara əmək pensiyası təyin olunması üçün tələb
olunan yaş həddi 60 yaşdan 7 uşağa görə 7 il azaldılmaqla, iddiaçının 15.02.2016-cı il
tarixdə 53 yaşı olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır.
Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin
edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək
kitabçasının təsdiq edilmiş surətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya yaşa
görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edən iş stajı vardır. Cavabdehin
imtinasına səbəb olmuş iş stajı dövrü əmək kitabçası ilə öz təsdiqini tapır.

10. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim: R.T.İsmayılov) 11 iyul 2019-cu il

tarixli 2-1(086)-1622/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

b)apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (sədrlik edən:

Z.A.Zeynalov, hakimlər: İ.Q.Əsədov və M.K.Həsənov ) 21 noyabr 2019-cu il tarixli, 2-
1(106)-782/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12.

Apellyasiya

məhkəməsi

birinci

instansiya

məhkəməsinin

mövqeyi

ilə

razılaşmışdır.

13. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 noyabr 2019-

cu il tarixli, 2-1(106)-782/2019 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir.

c)kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən: R.S.Nəbizadə, hakimlər:

Z.M.Quliyev və İ.Ə.Şəfiyev) 17 iyun 2020-ci il tarixli 2-1(102)-585/2020 saylı qərarı ilə
cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin
İnzibati-İqtisadi kollegiyasının 21 noyabr 2019-cu il tarixli, 2-1(106)-782/2019 saylı qərarı
ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iş stajı barədə məlumatlar əmək

kitabçasında əksini tapsa da, əmək kitabçasında olan məlumatlarla bağlı araşdırma
aparılmamışdır. İddiaçı sonuncu dəfə 3 dekabr 1997-ci ildə kolxoz üzvlüyündən azad
edilsə də, əmək kitabçası onun əmək fəaliyyəti olmayan dövrdə, yəni 20 noyabr 1999-cu
ildə tərtib edilmiş, 20 noyabr 1999-cu ildə əmək kitabçası tərtib edilərkən onun peşəsi
fəhlə kimi qeyd edilmiş, lakin iddiaçının 20 noyabr 1999-cu ildə fəhlə işləməsi
yoxlanılmamış,

əmək

kitabçasının

hansı

orqan

tərəfindən

tərtib

edilməsi

aydınlaşdırılmamış, əmək kitabçasında iddiaçının 1978-1990-cı illərdə sovxozda fəhlə,
1991-1997-ci illərdə kolxoz üzvü olması qeyd edilmiş, həmin halların təsdiq edilməsi üçün
sorğu edilib dövlət arxivindən məlumat alınmamışdır. İddiaçının kolxoz üzvlüyündə stajı ilə
bağlı da araşdırma aparılmamışdır.

d)apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 noyabr 2019-

cu il tarixli, 2-1(106)-782/2019 saylı qərarı ilə (sədrlik edən:T.X.Heydərov, hakimlər:
T.S.Kərimov və İ.H.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17.

Apellyasiya

məhkəməsi

birinci

instansiya

məhkəməsinin

mövqeyi

ilə

razılaşmışdır.

18. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 noyabr 2019-

cu il tarixli, 2-1(106)-782/2019 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri:
19. Kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, əmək kitabçası və arxiv

arayışlarında əks olunan məlumatlar arasında, eləcə də işə qəbul və azadetmə tarixləri ilə
bağlı uyğunsuzluq mövcuddur. Bundan əlavə, iddiaçının işə qəbul olunduğu tarix -
01.01.1978-ci il bazar gününə təsadüf edir. Həmçinin, pambıqçılıq sovxozunun şəxsi heyət
üzrə əmrlərində iddiaçının iş fəaliyyəti ilə bağlı qeydlər aşkar edilməmişdir. Bundan başqa,
iddiaçının əmək kitabçası 1999-cu ildə - işləmədiyi dövrdə açılmış, məhkəmə isə bu
hallara qiymət verməmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

22. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə

kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri:
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,

təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti
xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu

üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı
normasına görə faktik müddət üzrə nəzərə alınır.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu :
Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12  il sığorta

stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin
edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

 

(01.07.2017-ci

ilədək qüvvədə olan redaksiyası)

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il

yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin
yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Maddə 8.1.  Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və

azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən
olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ
vardır.  (01.07.2017-ci ilədək qüvvədə olan redaksiyası)

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların

təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin
düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə
araşdırmağa borcludur.

Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra

qiymətləndirilir.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq,

mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın
davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv
etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə
göndərməyə haqlıdır.

Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi

apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab
edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə

mübahisələndirildiyi

üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən

işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət
edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu
aşağıdakı səbəblərdən irəli gəlir.

29. Hazırkı iş üzrə iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, ona

hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsini xahiş edir və iş stajını təsdiq
edən sənəd kimi əmək kitabçasını təqdim edir. Cavabdeh isə əmək kitabçasındakı
məlumatların həqiqiliyini qəbul etməyərək iddiaçının qanunla tələb olunan sığorta stajına
malik olmadığını bildirir.

30. İddiaçıya pensiya təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə azı 10 il

sığorta stajı mövcud olmalıdır.

31. Əmək kitabçasında olan məlumatlara görə, iddiaçı 01.01.1978-ci il tarixdən

07.03.1990-cı il tarixədək “SSRİ-nin 50 illiyi” adına 1 nömrəli pambıqçılıq sovxozunda,
01.01.1991-ci il tarixdən 03.12.1997-ci il tarixədək “Aydıngün” adına kolxozda işləmişdir.
Belə olan halda, əmək kitabçasına əsasən ümumi iş stajı 18 il, 4 ay, 8 gün təşkil edir.

32. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların mötəbərliliyini

mübahisələndirdiyindən işə kassasiya qaydasında ilk dəfə baxılarkən təkrar apellyasiya
baxışında əmək kitabçasında olan məlumatlarla bağlı araşdırma aparılmasına, əmək
kitabçasının iddiaçının əmək fəaliyyəti olmayan dövrdə, yəni 20 noyabr 1999-cu ildə tərtib
edilməsinə, əmək kitabçasının hansı orqan tərəfindən tərtib edilməsi məsələsinin
aydınlaşdırılmalı olmasına, iddiaçının 1978-1990-cı illərdə sovxozda fəhlə, 1991-1997-ci
illərdə kolxoz üzvü olması ilə bağlı dövlət arxivinə sorğu edilməsinə dair göstərişlər
verilmişdir.

33. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi göstərişləri natamam icra

etmiş, iş üzrə sübutları və halları hərtərəfli araşdırmamış, iddiaçının iş stajı ilə bağlı
sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmadan qərar qəbul etmişdir.

34. Belə ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr

həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının
müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini
(arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə
haqlı olduğu da müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin
imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız
həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti
üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin
edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların
mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında
məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə, nəzərə alınmalıdır ki, cavabdeh inzibati
orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra
məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin
apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının qanunla
tələb olunan iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil
edir.

35. İddiaçıya məxsus əmək kitabçasında əks olunmuş iş stajı ilə bağlı apellyasiya

instansiya məhkəməsi tərəfindən arxivə sorğu ünvanlanmış və iddiaçının iş stajına dair
arxiv arayışı əldə olunsa da, arxiv arayışındakı məlumatlarla əmək kitabçasındakı
məlumatların arasındakı ziddiyyət məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

36. Belə ki, əmək kitabçasına əsasən iddiaçı 01.01.1978-ci il tarixdən 07.03.1990-cı il

tarixədək “SSRİ-nin 50 illiyi” adına 1 nömrəli pambıqçılıq sovxozunda işləsə də, arxiv
arayışında iddiaçının 01.01.1979-cu ildən həmin sovxozda işləməsi qeyd olunub. Bundan
əlavə, əmək kitabçasında 07.03.1990-cı ildə iddiaçının sovxozdakı işdən azad olunduğu
qeyd edilsə də, arxiv arayışında 01.05.1990-cı ildə fəhlə kimi mövsümi işlərdə işləməsi
qeyd olunub.

37. Eləcə də, iddiaçının kolxozdakı stajı ilə bağlı isə arxivdə yalnız 1997-ci ilə aid

məlumat (12 gün işləmişdir) var. Belə ki, iddiaçının 1991-1996-cı illərdə kolxozda işləməsi
ilə bağlı arxivdə məlumat aşkar edilməmişdir.

38. Halbuki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən

qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin
pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər
Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin
pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci
bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı
hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam
günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən
edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

39. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ

Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai
təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə
yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu
dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə
nəzərə alınır.

40. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda
(2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)
nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).

41. Lakin apellyasiya məhkəməsi yuxarıda qeyd edilən normaların tələblərini pozaraq

iddiaçının kolxozda işlədiyini iddia etdiyi müddət ərzində əmək iştirakı minimumunu yerinə

yetirib-yetirməməsi məsələsini araşdırmadan əmək kitabçasındakı qeydə əsasən onun
1991-1997-ci illərdə kolxozda işlədiyi illəri sığorta stajına daxil etmişdir.

42. Bundan əlavə, əmək kitabçasından görünür ki, iddiaçı sonuncu dəfə 3 dekabr

1997-ci ildə kolxoz üzvlüyündən azad edilmişdir. Lakin əmək kitabçası onun əmək
fəaliyyəti olmayan dövrdə, yəni 20 noyabr 1999-cu ildə tərtib edilmişdir. Belə olan halda,
əmək kitabçasının hansı orqan tərəfindən və hansı sənədlər əsasında tərtib edilməsi
aydınlaşdırılmalı olduğu halda, bu hal aydınlaşdırılmamışdır.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında olan

məlumatların həqiqiliyini müəyyən etmək üçün hərtərəfli araşdırma aparmamışdır.
Qanunvericiliyə görə, 1 yanvar 2006-cı ilə qədər olan dövrlə bağlı iş stajını təsdiq edən
sənəd əmək kitabçası olsa da, iddiaçının iş stajı barədə məlumatlar əmək kitabçasında
əksini tapsa da, məhkəmə əmək kitabçasında olan məlumatlarla bağlı araşdırma aparmalı
olmasına dair Ali Məhkəmənin göstərişlərini icra etməmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin

edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması
barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq
normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün
həmin məhkəməyə göndərilməlidir.

45. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı

qərarında əks olunmuş hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.

46.Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti qismən təmin edilsin.
Şirvan Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(106)-38/2021 saylı, 25

may 2021-ci il tarixli qərarı ləğv edilsin.

İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Qərar qətidir.