2-1[102]-1687/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-1(102)-1687/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Ali Məhkəməsinin İnzibati Kollegiyasının

İddiaçı Vəkilov Mehman Vurğun oğlunun

cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ

1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə

Q Ə R A R D A D İ

(Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddət)

Azərbaycan Respublikası

Ali Məhkəməsinin İnzibati Kollegiyası

hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov
Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə,

İddiaçı Vəkilov Mehman Vurğun oğlunun (xx.xx.1998-ci il təvəllüdlü; FİN: xxxxxxx)

cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi
İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın
verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-
1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən
verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq
aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı 19 fevral 2021-ci il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə

müraciət edərək uzun illər istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,
sahəsi 0,50 hektar olan, 256 saylı bağ sahəsinin özəlləşdirilməmiş 0,25 hektar hissəsinin
mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi 16 aprel 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi

barədə ərizə ilə məhkəmə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,
256 ünvanda yerləşən qalan 0,25 ha torpaq sahəsinə dair hüquqlarının qeydiyyata
alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul
edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatında qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2021 nömrəli, 26 noyabr 2021-ci il

tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu,
Şüvəlan qəsəbəsi, 256 ünvanda yerləşən bağ sahəsinin qalan 0,25 ha torpaq sahəsi
üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində
qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, mütəxəssis
rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz
Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən torpaq sahəsinin inventarlaşması
ilə bağlı 311 manat prosessual xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara
alınmışdır.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və

iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1309/2022

nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və
məruzəçi/, S.İ.Bəktaşi və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4604/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qərarı
dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və

iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İddiaçının nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati

Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı cavabdehə 14
iyun 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 18 iyul
2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq
müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdehə
prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif
olunmuş, əks halda, kassasiya şikayətinin mümkün sayılmayacağı bildirilmişdir.

8. Cavabdeh məhkəməyə müraciət edərək idarə tərəfindən kassasiya şikayətinin

verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülmədiyini qeyd
etmişdir.

9. Cavabdehin məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati

Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilk dəfə
məlumat üçün cavabdehə 14 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti
prosessual müddət ötürülmədən, 13 iyul 2022-ci il tarixdə verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM)
Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları,

qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının
tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri
proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda
təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə
olunur.

Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu

Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara
(qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə
və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə
məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat

qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin
vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında
baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Şikayət üzrə kassasiya mümkün sayılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli

gəlir.

12. İşdən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-

1(103)-1309/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı cavabdehə 14 iyun 2022-ci il
tarixdə təqdim olunmuşdur. Cavabdehin təqdim etdiyi poçt sənədinə əsasən, həmin
qərardan kassasiya şikayəti 13 iyul 2022-ci il tarixdə, yəni İPM-in 94.1-ci maddəsində
müəyyən edilmiş 1 aylıq müddət ötürülmədən poçt rabitəsi xidmətinə təqdim olunmuşdur.

13. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş şikayət İPM-

in 94.1, 94.2 və 94.4-cü maddələrinin tələblərinə uyğun olduğundan həmin şikayət üzrə
kassasiya mümkün hesab edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1309/2022 nömrəli,

19 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya
mümkün sayılır və şikayət icraata qəbul edilir.