2-1[102]-1735/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1735/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı1, İddiaçı3 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı

Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: Daşınmaz əmlakın dövlət reyestrində torpağa mülkiyyət hüququna dair

qeydə düzəliş edilməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə,

İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak

Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18
saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9 olmaqla) “mərhum ataları X3
mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin yerləşdiyi 0,169

ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli
reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 14
oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli
reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun
2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi
üzərində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, o cümlədən, mərhum anaları X8 ümumi
birgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə
qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati
Kollegiyasının 2-1(107)-209/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarından iddiaçılar
tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq
məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 1832.02

kv.m(A seriyalı 060202 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi) həyətyanı
torpaq sahəsi, 7534 kv.m (A seriyalı 482497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”
sənədi) və 3215.56 kv.m (A seriyalı 070470 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”
sənədi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri X3 (sənəddə adı “Ramazan” qeyd
edilmişdir) mülkiyyətinə verilmişdir.

2. 27.09.2011-ci il tarixli, 570 nömrəli arayışa əsasən, A seriyalı 060202 nömrəli

“Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0.1832 ha həyətyanı torpaq
sahəsi xxxx və olunun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.

3. Sonradan 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi

14.10.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış,
22.10.2011-ci il tarixli ******* nömrəli alqı - satqı müqaviləsi ilə xxxx mülkiyyətində olan
0.1832 ha torpaq sahəsinin 142 kv.m hissəsini xxxxya satmış, yerdə qalan 0.169 ha
torpaq sahəsi fərdi yaşayış evi ilə birgə ********** qeydiyyat nömrəsi ilə 05.06.2020-ci il
tarixində 53 nömrəli reyestr kitabının 92-ci vərəqində X3 adına rəsmiləşdirilmişdir.

4. 095018 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X6 10.02.2020-ci il

tarixdə vəfat etmişdir.

5. İddiaçılar cavabdeh orqana müraciət edərək mərhum atalarının adına verilmiş

çıxarışda düzəliş edərək fərdi evinin yerləşdiyi torpaq sahəsi üzərində onların mülkiyyət
hüquqlarının qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsini xahiş etmişlər.

6. Cavabdeh 01 oktyabr 2020-ci il tarixli, **********77 saylı məktubla müraciətin təmin

olunmasından imtina edərək bildirmişdir ki, dövlət reyestrində aparılmış daşınmaz əmlak
üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatında və həmin qeydiyyata dair dövlət
reyestrindən çıxarışda düzəliş edilməsi onun səlahiyyəti daxilində deyildir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum

ataları X3 mülkiyyətində olan Zaqatala rayonu Zilban kəndindəki fərdi yaşayış evinin
yerləşdiyi 0.169 ha həyətyanı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində
14 nömrəli reyestr kitabının 75-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə
dair 14 oktyabr 2011-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"da, o cümlədən, 53 nömrəli
reyestr kitabının 92-ci vərəqəsində və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 05 iyun
2020-ci il tarixli ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək, həmin torpaq sahəsi
üzərində iddiaçıların, o cümlədən, mərhum anaları X8 ümumi birgə mülkiyyət hüququnun

qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayonu AİK-nın 25.09.2003-cü il

tarixli 110 saylı qərarına əsasən, iddiaçılar və onların mərhum ata və anasının ümumi
birgə mülkiyyətinə Zaqatala rayonu, Zilban kəndində 1832.03 kv.m həyətyanı torpaq
sahəsi verilmişdir. X2 özünə düşən torpaq payının 142 kv.m hissəni iş üzrə üçüncü şəxs
X1. İddiaçılar torpaq sahəsinin satılmasına etiraz etməmişlər və hazırkı mübahisədə
V.Bəhərçiyevanın təqsirinin olmadığını bildirirlər. İş üzrə digər üçüncü şəxs X9 vərəsəlik
hüququnun rəsmiləşdirilməsi üçün Zaqatala rayon məhkəməsinə müraciət etdikdən sonra
iddiaçılara məlum olmuşdur ki, qeyd olunan AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli
qərarı ilə iddiaçılar və onların mərhum ata və anasının ümumi birgə mülkiyyətinə verilmiş
1832.03 kv.m torpaq sahəsi üzərində yalnız tək mülkiyyətçi kimi X2nun mülkiyyət hüququ
qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İddiaçılar cavabdeh inzibati orqana müraciət
edərək, özləri və mərhum xxxxanın mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışlarda
düzəlişlərin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsinin
İdarənin səlahiyyətlərində olmadığını bildirərək müraciəti təmin etməmiş və məhkəməyə
müraciət etməyi iddiaçılara tövsiyyə etmişdir

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı

məlum olmuşdur ki, 0.1832 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi
hazırkı iş üzrə iddiaçıların razılıq ərizələri əsasında X3 tam mülkiyyətinə verilmiş və
bununla bağlı qeydiyyat nömrəsi ********** olan 14.10.2011-ci il tarixli çıxarış tərtib
edilmişdir. xxxx daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin 0.0142 ha hissəsini notarial
qaydada 22.10.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə digər üçüncü şəxs
V.Bəhərçiyevaya satmış, yerdə qalan 0.169 ha torpaq sahəsinə isə fərdi yaşayış evi ilə
birgə qeydiyyat nömrəsi ********** olan 05.06.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Qeyd
olunanlara əsasən iddiaçıların müraciətinin təmin edilməsi ərazi idarəsinin səlahiyyətləri
daxilində olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi
daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş
hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət
reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

10. Üçüncü şəxs X9 iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, sözügedən torpaq

sahəsi əri xxxxun mülkiyyətinə verilən zaman iş üzrə iddiaçıların adları AİK-nın qərarına
əsasən subyektlərin siyahısında olmamışdır. Hazırki mübahisə vərəsəliklə bağlı
olduğundan işə mülki məhkəmə icraatında baxılmalıdır.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-317/2021 saylı, 09 fevral 2021-ci il tarixli

qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların "Hüquqların Dövlət

qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da düzəliş edilərək,
həmin torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun qeydiyyata
alınmasından imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan
iddia tələbi rədd edilməlidir.

13. İddiaçılar birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək

həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul
olunmasını xahiş etmişlər.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-209/2021 nömrəli

iş üzrə 07 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov
və E.Ş.Hüseyniv) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-
1(116)-317/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

16. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti

verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul
olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz

və əsassızdır. Belə ki, məhkəmə şikayətdə qeyd edilən dəlillərin heç birinə düzgün hüquqi
qiymət verməmiş, ümumi sözlərdən istifadə etməklə birinci instansiya məhkəməsinin
gəlmiş olduğu nəticəni təkrarlamış, beləliklə də qərar qəbul edilərkən maddi və prosessual
hüquq normaları pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış

məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar.
Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi
mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda
iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin
mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin

məzmunun

həqiqiliyi

tamamlığı

prezumpsiyası

qüvvədədir.

Əqd

əsasında

özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin
xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən
şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının

Qanunu:

Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən

edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət
reyestrində aparılır.

Maddə 4.1 Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı

qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki

səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç
gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan
münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat
müddətində bildiriş verilməlidir.

Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin

formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi

hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni
mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və
ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət

reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında
aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına
cavabdehdirlər.

Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında

təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra
hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz

əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq
üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində
vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya
qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət
mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı

səbəblərdən irəli gəlir.

26. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar Zaqatala

rayonu, Zilban kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin
vahid daşınmaz əmlak obyekti kimi X3 adına qeydiyyata alınmasına etiraz etməmişlər.
Bundan sonra 0.1832 ha torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evi X3
adına qeydiyyata alınmışdır. xxxx mülkiyyətində olan 0.1832 ha torpaq sahəsinin 142 kv.m
hissəsini xxxxya satmışdır. X6 10.02.2020-ci il tarixdə vəfat etmiş, 0.169 ha torpaq sahəsi
və onun üzərində inşa edilən fərdi yaşayış evi X3 adına 05.06.2020-ci il qeydiyyata
alınmışdır. İddiaçılar mərhum atalarından qalan miras əmlaka münasibətdə mərhumun

ikinci arvadı olan X5 payının azaldılması üçün qeyd olunan iddianı irəli sürmüş, çıxarışda
düzəliş ediləcəyi təqdirdə 3-cü şəxsin payının azaldılmasına cəhd etmişlər.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə

razılaşaraq hesab edir ki, iddiaçılar hələ 03.10.2011-ci il tarixində Zaqatala rayonu, Zilban
kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz
əmlak obyekti kimi X3 adına qeydiyyata alınmasına etiraz etmədikləri üçün cavabdeh
inzibati orqanın həmin zaman mərhumun adına reyestrdə mülkiyyət hüququnun
qeydiyyata alınmasında ehtiva olunan hərəkəti qanuni olmuşdur. İddiaçılar könüllü olaraq
razılıq verdikləri üçün aparılmış qeydiyyatın qanunsuz olmasına istinad edə bilməzlər.
Göründüyü kimi, digər 3-cü şəxs olan xxxxya münasibətdə onlar heç bir tələb irəli
sürmürlər. Halbuki, eyni məntiqlə iddiaçılar onun adına aparılan qeydiyyatı da
mübahisələndirməli idilər.

28. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hüquqi prezumpsiyalardan biri

də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə
dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir.
Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə
ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən
ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka
dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun
həqiqiliyinə və tamamlığına dəlalət edir.

29. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün

əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər
tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər
şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin
həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini
qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq
etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail
olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

30. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual

hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya
məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti təmin edilməsin.
Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-209/2021 saylı iş

üzrə 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.