2-1[102]-1746/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-1(102)-1746/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin

tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialına qarşı iş

üzrə

Q Ə R A R İ

Açar sözlər: sağlamlıq imkanları məhdud uşağı olan anaya yaşa görə əmək

pensiyası təyin edilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq
müddətinin sığorta stajına daxil edilməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi,
İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, 

 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə

Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialına
qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya
Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021 nömrəli, 26 may 2021-ci il tarixli
qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin
binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
2. İddiaçı sağlamlıq imkanları məhdud övladı olan ana kimi ona yaşa görə əmək

pensiyasının təyin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət etmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Sosial Müdafiə Fondu 10 mart 2020-ci il tarixli, ********** saylı məktubla onun
müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında”
Qanunun 8.1 və 8.2 maddələrinə əsasən, çoxuşaqlı ana və sağlamlıq imkanları məhdud
övladı olan ana kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il sığorta stajı
tələb olunur. Məktubda qeyd edilir ki, iddiaçının mart 1982-ci il tarixdən may 1992-ci il
tarixə kimi 08 il 09 ay sığorta stajı təsdiq olunur. Onun “Gəndab” üzümçülük sovxozunda
işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilməyib. “Əmək pensiyaları
haqqında” Qanunun 21.2.4 maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşadək
uşağa və 1-ci qrup əlilə qulluq dövrü sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra
Hakimiyyəti Başçısının 22.12.2014-cü il tarixli 197 nömrəli əmrindən çıxarışda onun
dekabr 2014-cü il tarixdən patron (köməkçi), yəni qəyyum təyin olunaraq qulluq etməsi
qeyd olunub. Nəticədə onun 25 il sığorta stajı yığılmır. Beləliklə, “Gəndab” üzümçülük
sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı
uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməsi sənəd ilə təsdiq olunmadığı üçün
25 il sığorta stajı yığılmır və şöbənin əmək pensiyaları təyin edən komissiyasının
06.03.2020-ci il tarixli, 5/33 nömrəli qərarı ilə yaşa görə əmək pensiyasının təyin
olunmasından imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gəndab”

üzümçülük sovxozunda işlədiyi iki ilin stajını və oğlu – 1-ci qrup əlil X4 13.11.1990-cı il
tarixdən qulluq etdiyinə görə 30 il sosial sığorta stajının hesablanması barədə qərar qəbul
olunmasını xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə

ərizə verərək, iddiaçının 1982-ci ilin mart ayından 1984-cü ilin may ayınadək “Gəndab”
sovxozunda işlədiyi və oğlu – 1-ci qrup əlil X4 13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün
sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi
öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 5 uşaq anasıdır. Uşaqlardan biri

13.11.1990-cı il təvəllüdlü X7 anadangəlmə psixi qüsurlu doğulmuşdur. Nurlana müddətsiz
əlillik dərəcəsi verilmişdir. O, psixiki qüsuruna görə öz hərəkətlərinin mənasını dərk etmir,
özü-özünü idarə edə bilmir və onun daimi kənar qulluğa ehtiyacı vardır. Nurlan anası
tərəfindən idarə edilir, iddiaçı onun bütün ehtiyaclarını ödəyir. Bundan başqa, iddiaçı 1982-
1984-cü illərdə “Gəndab” üzümçülük sovxozunda işləmişdir. Güzəştli şərtlərlə yaşa görə
əmək pensiyasının təyin olunması üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət
etmişdir. Lakin ona imtina məktubu verilərək bildirilmişdir ki, “Gəndab” üzümçülük
sovxozunda işlədiyi 1982-1984-cü illər əmək kitabçasında qeyd edilmədiyi və Nurlan adlı
uşağına dekabr 2014-cü il tarixdən əvvəl qulluq etməsi sənəd ilə təsdiq olunmadığı üçün

25 il sığorta stajı yaranmır. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin
olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır.

7. 02 sentyabr 2020-ci il tarixli iclas protokolunun qərarına əsasən, cavabdeh

prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə
Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı regional ərazi filialı ilə
əvəz edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina

məktubunda göstərilənlər təşkil edir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020

saylı qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçının 1982-ci ilin mart ayından
1984-cü ilin may ayınadək “Gəndab” sovxozunda işlədiyi və oğlu – 1-ci qrup əlil X4
13.11.1990-cı il tarixdən qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa
görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara
alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi və həmçinin

sağlamlıq imkanları məhdud, yetkinlik yaşına çatdıqdan sonra isə İ qrup əlil övladına
qulluq etdiyi müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında»
Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial
sığorta stajı ilə bağlı şərti ona münasibətdə tam ödənilmiş olduğundan iddiaçının mövqeyi
qanuni və əsaslıdır.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti

verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar
çıxarılmasını xahiş etmişdir.

b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021

nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər:
Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati
Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-1096/2020 saylı qərarı dəyişdirilmədən
saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin

qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul
olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı

qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar nə birinci, nə də
apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunamüvafiq şəkildə araşdırılmamışdır.
İddiaçı 1982-ci ilin mart ayından 1992-ci ilin may ayınadək 08 il 09 ay sığorta stajı barədə
sənəd təqdim etmişdir. Eyni zamanda, “Gəndab” üzümçülük sovxozunda işlədiyi 1982-
1984-cü illər əmək kitabçasında qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında”
Qanunun 21.2.4-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və
İ qrup əlilə qulluq dövrü qanunla müəyyən olunmuş qaydada təyin olunmuş qəyyumun
sığorta stajına daxil edilir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 22.12.2014-cü il
tarixli 197 nömrəli əmrindən çıxarışda iddiaçının 2014-cü ilin dekabr ayından patron
(köməkçi), yəni qəyyum təyin olunaraq əlil övladı X4 qulluq etməsi qeyd edilib. Nəticədə,
vətəndaşın əmək kitabçasına qeyd edilməyən 01.03.1982 - 30.04.1984-cü illər daxil
olmaqla 18.09.1985 - 10.04.1987, 04.05.1987-13.05.1992-ci illərdə sığorta stajı və patron

təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il tarixə kimi İ qrup əlilə xidmət dövrü
nəzərə alınmaqla cəmi 13 il 2 ay sığorta stajı toplanmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə

edərək onun təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə

Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı
dinlənilmədən baxıldı.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.
Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,

əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla
nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın

sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum
məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı
olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda
(2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla)
yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il

iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-
dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır

Maddə 8Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların,

uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası

8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların

bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il
azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş  anaların bu

Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə
əmək pensiyası hüququ vardır.

Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd

olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:

...

21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ

dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,
habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. 

21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri:
Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,

təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti
xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu

üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş
stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı

normasına görə faktik müddət üzrə nəzərə alınır.

İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:
...
d)   İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara

qulluq edilməsi müddəti;

Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi

sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək

mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını

sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas

sənəd hesab edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli

qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası
barədə” Əsasnamə:

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,

yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar),
birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə
əsasən müəyyən edilir.

Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və

ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər
düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən
çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr,
xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar,
əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd
artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq

edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları:

Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə

bilər.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə

qərar qəbul edir.

Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını

(qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya

qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin
qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün
hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya

instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün

cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il sığorta stajının olmadığını əsas
gətirərək pensiya təyin olunmasından imtina etmişdir.

30. Bundan sonra iddiaçı eyni tələblə məhkəmə müraciət etmiş, həm birinci

instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini
əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, cavabdeh isə
apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan
kassasiya şikayəti vermişdir.

31. Cavabdeh etirazında olduğu kimi kassasiya şikayətində də qeyd edir ki, iddiaçı

25 il sığorta stajını tamamlamadığından ona pensiya təyin edilə bilməz.

32. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, qüvvədə

olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə
əsasən, iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana
kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur:

- şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması;
- sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi.
- fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az

olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması,
pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş pensiya

yaşına çatmışdır. Belə ki, qüvvədə olan qanunvericiliyə görə, 01.07.2017-ci il tarixdən
qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, sağlamlıq imkanları məhdud
uşağı olan analar 01.07.2017 - 01.07.2018-ci il müddətində 55 il 6 ay yaş həddində,
01.07.2018-ci il tarixdən 01.07.2019-cu il tarixə kimi 56 yaşda, 01.07.2019-cu il tarixdən
01.07.2020-ci il tarixə kimi 56 il 6 ay yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı
xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün 56 il 6 ay yaşda, yəni 11.02.2020-ci il tarixdən
əmək pensiyası hüququ qazanmışdır.

34. Cavabdeh qeyd edir ki, iddiaçının xəstə övladına 2014-cü ilin dekabr ayından

əvvəl qulluq etməsi sənəd ilə təsdiq olunmur.

35. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Şabran rayon

İHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli doğum
haqqında şəhadətnaməyə əsasən, 13.11.1990-cı il təvəllüdlü X3 atası X6, anası X1r.

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dəvəçi

rayon Həkim Ekspert Komissiyası tərəfindən verilmiş 16 yaşınadək uşağın müayinə
aktından çıxarışdan görünür ki, iddiaçının oğlu - 13.11.1990-cı il təvəllüdlü X7 14.06.1996-
cı il tarixdə tibbi müayinədən keçmiş, onda müəyyən edilmiş xəstəliyin Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27.04.1994-cü il tarixdə

təsdiq edilmiş “16 yaşa qədər uşaqlara sosial pensiya almaq hüququ” verən göstərişlərin
əsas meyarlarının 3.1-ci bəndinə uyğun olması qeyd edilmişdir. Qərarın müddəti 16 yaşın
tamamınadək müəyyən edilmişdir. Daha sonra, X7 ikinci dəfə 16.04.2007-ci il tarixdə, yəni
16 yaşına çatdıqdan sonra təkrar müayinədən keçmiş və ƏƏSMN-nin 12 saylı TSEK
tərəfindən verilmiş 303346 saylı arayışa əsasən, ona uşaqlıqdan xəstəlik səbəbindən
müddətsiz olaraq İ qrup əlillik verilmişdir.

37. Həmçinin, Şabran rayon İHB-nın Ağalıq İƏD üzrə nümayəndəsi tərəfindən

verilmiş 568 saylı 20.08.2020-ci il tarixli arayışda qeyd edilir ki, iddiaçı 1990-1997-ci illərdə
Şabran rayonu, Ağalıq kəndində yaşamışdır. Ağalıq kəndində yaşadığı müddətdə oğlu -
X7 ilə birlikdə yaşayaraq ona qulluq etmiş, eyni zamanda bütün məişət ehtiyaclarını
ödəmişdir. Eləcə də, Xaçmaz rayon İHB-nin Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi
tərəfindən verilmiş 3197 saylı 20.08.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 1997-ci
ildən hazıradək ünvan 1 ünvanda 1-ci qrup əlil (hərəkətsiz) olan xəstə oğlu X7 ilə birlikdə
yaşayır və ona qulluq edir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 13.11.1990-cı il təvəllüdlü Nurlanın

uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olduğu və iddiaçının oğlunu səkkiz yaşına kimi
tərbiyə etməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq edilir.

39. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də bir

tərəfdən iddiaçının Xaçmaz rayonuna köçdükdən sonra oğlunun İ qrup əlilliyi müəyyən
edilən 16.04.2007-ci il tarixdən 2014-cü ilin dekabr ayına kimi olan müddət sığorta stajına
əlavə olunduğu halda iddiaçının 20 il 10 ay sığorta stajının təsdiq edildiyini, digər tərəfdən
isə iddiaçının oğlunun üzərində patron təyin olunduğu 2014-cü il tarixdən 01.02.2020-ci il
tarixə kimi İ qrup əlilə xidmət dövrü nəzərə alınmaqla, cəmi 13 il 2 ay sığorta stajı
topladığını qeyd edir. Eyni zamanda, cavabdeh şikayətində iddiaçının 2007-ci ilin aprel
ayına kimi Şabran rayonunda yaşadığını və xəstə uşağı üçün müavinəti 2006-cı ilin
noyabr ayına kimi həmin rayondan aldığını bildirərək, həmin illər üzrə uşağa qulluq etməsi
barədə Şabran rayonunda yaşadığı ərazi üzrə İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən
arayış verilmədiyini bildirmişdir.

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd

edilən dəlilə münasibəti ilə tam razılaşaraq bildirir ki, iddiaçı sağlamlıq imkanları məhdud
uşağı üçün müavinəti 2006-cı ilin noyabr ayına kimi Şabran rayonundan almış olsa da,
yuxarıda qeyd edilən yaşayış yeri üzrə verilmiş arayışlardan göründüyü kimi, iddiaçı 2006-
cı il tarixədək deyil, 1997-ci il tarixədək Şabran rayonu, Ağalıq kəndində yaşamış, daha
sonra Xaçmaz rayonuna köçmüşdür. Hər iki rayonda iddiaçının yaşadığı ərazi üzrə
nümayəndəlik tərəfindən verilmiş arayışlarda iddiaçının sağlamlıq imkanları məhdud
uşağına, həmçinin hazırda İ qrup əlil olan oğluna doğulduğu gündən hazırkı vaxtadək
qulluq etməsi öz təsdiqini tapmışdır.

41. Patron təyin edilməsi barədə sərəncamla bağlı cavabdehin kassasiya şikayətində

əks etdirdiyi mövqeyə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, 22.12.2014-cü il tarixdə
İcra Hakimiyyətinin 197 saylı sərəncamı ilə Xaçmaz şəhəri Xətai küçəsi 5 nömrəli evdə
yaşayan İ qrup əlil X7 üzərində həmin ünvanda yaşayan anasının (iddiaçının) patron təyin
edilməsi, 2014-cü il tarixədək Nurlana anası tərəfindən qulluq etməsini inkar edən fakt kimi
qəbul edilə bilməz. Əksinə, iddiaçı oğluna uşaqlıqdan quluq etdiyi üçün yetkinlik yaşına
çatdıqdan sonra da İcra Hakimiyyəti tərəfindən oğlunun üzərində patron təyin edilmişdir.

42. Beləliklə, yuxarıda sadalanan sənədlərlə iddiaçının 1990-cı ildən pensiya yaşına

çatanadək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına, eləcə də, daha sonra İ
dərəcə əlilliyi olan şəxsə qulluq etməsi öz təsdiqini tapmışdır. Odur ki, kollegiya hesab edir
ki, məhkəmələr düzgün olaraq həmin müddəti iddiaçının sosial sığorta stajına daxil
etmişdir.

43. Bundan əlavə, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 18.09.1985-ci

il tarixdən 10.04.1987-ci il tarixədək Bryansk mebel fabrikində (01 il 06 ay 23 gün),
04.05.1987-ci il tarixdən 11.12.1996-cı il tarixədək (09 il 07 ay 07 gün) Dəvəçi rayon Sovet
Konstitusiyası adına sovxozda fəhlə işləmişdir.

44. Həmçinin, Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Şabran (keçmiş Dəvəçi)

rayon “Gəndab” üzümçülük sovxozu üzrə əmək haqqı cədvəllərindən görünür ki, X2 1982-
ci ilin mart ayından 1984-cü ilin may ayınadək həmin sovxozun 1 saylı üzümçülük
briqadasında fəhlə işləmiş və əmək haqqı almışdır. Şabran rayon Dövlət Arxivi tərəfindən
verilmiş Şabran (keçmiş Dəvəçi) rayon “Gəndab” üzümçülük sovxozunun əmrlər
kitabından görünür ki, X2 23.08.1982-ci il tarixdə 233 saylı əmrlə həmin tarixdən şərab
emalı zavodunda işləmək üçün 11 saylı səyyar mexanikləşdirmə dəstənin hesabına
köçürülmüş, 10.09.1984-cü il tarixli 361 saylı əmrlə işdən azad edilmişdir.

45. Eyni zamanda, Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş Sovet

Konstitusiyası adlı tərəvəzçilik südçülük sovxozunun əmrlər kitabının arxıv çıxarışından
görünür ki, X2 04.05.1987-ci il tarixdə 141 saylı əmrlə 5 saylı təsərrüfat briqadasına fəhlə
qəbul edilmiş, 28.08.1990-cı il tarixdə 171 saylı əmrə əsasən, maddi həvəsləndirmə fondu
hesabına mükafatlandırılmış, 01.03.1991-ci il tarixli 43/1 saylı əmrə əsasən, uşağının
körpə olması nəzərə alınaraq qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır.
Vətəndaşın işdən azad olunması barədə əmrə təsadüf edilməmişdir.

46. Beləliklə, iddiaçının sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında”

Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı
həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə
almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1982-1984-cü illərdə
əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə sovxozda işlədiyi
arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən
sosial sığorta stajına daxil edilməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi və həmçinin sağlamlıq

imkanları məhdud, yetkinlik yaşına çatdıqdan sonra isə İ qrup əlil övladına qulluq etdiyi
müddət də sığorta stajı kimi nəzərə alındıqda, «Əmək pensiyaları haqqında» Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinin (yeni redaksiyada) 25 il sosial sığorta stajı ilə
bağlı şərti ona münasibətdə tam ödənilmiş olur.

48. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün,

gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq
normalarına uyğun hesab edir. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər
əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və
məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş
dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv
olunması üçün əsas vermir.

49. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar

yoxdur.

50. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq

normaları

pozulmadığından,

kassasiya

şikayəti

təmin

edilmədən,

apelyasiya

məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin.
Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-231/2021 saylı

iş üzrə 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Qərar qətidir.