2-2[102]-371/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-371/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

 

İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə

 
 

Q Ə R A R I

 
 

 
 
 
 
 
 
 
 

 
 

  
 
 
 
 
 

Açar sözlər: malların göndərilməsi müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası
hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Nəbizadə Rahib Sahib oğlu

və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərli Aminə Ələsgər qızının katibliyi,

İddiaçı Şirkətinin vəkili

Cavabdeh MMC-nin qanuni təmsilçisi və vəkilinin iştirakı ilə

İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı “göndərilmiş malların dəyərinin ödənilməsi”

iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il
16 aprel tarixli 2-2(103)-89/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya
şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

I. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İtaliya Respublikasında qeydiyyata alınmış “İddiaçı” Şirkəti

(bundan sonra – “Şirkət”) ilə Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdeh2 MMC
(bundan sonra – “MMC”) arasında malların göndərilməsinə dair müqavilə bağlanmışdır. Həmin
müqaviləyə əsasən, Şirkət tərəfindən MMC-yə göndərilmiş mallara görə MMC-nin 160.001,41
avro məbləğində borcunun yarandığı bildirilir.

2. Həmin müqavilənin şərtlərinə görə:

2.1.Bu sənəd birbaşa müştərilər üçün nəzərdə tutulub (1.1-ci bənd).

2.2.Sənədin məqsədi Şirkət ilə hər bir Müştəri arasında bağlanmış bütün alqı-satqı

müqavilələrini (Şirkət tərəfindən yerinə yetirilən montaj işləri istisna olmaqla) tənzimləyəcək
müddəaları (bundan sonra “Ümumi satış şərtləri”) müəyyən etməkdən ibarətdir (1.2-ci bənd).

2.3.Ümumi satış şərtləri ilə tənzimlənən satış müqavilələri “CAME”, “BPT” və “Domino Led”

markalı mallara aid olacaq (1.3-cü bənd).

2.4.Satış müqaviləsi aşağıdakı hallardan sonra bağlanmış hesab edilir: a) Şirkətin alış

sifarişini təsdiq etməsi; b) Şirkətin alış sifarişini yerinə yetirməsi (3.2-ci bənd).

2.5.Müqavilənin hazırkı ümumi şərtlərinin müddəalarına yaxud da alış sifarişinin ayrıca

müddəalarına dair hər hansı dəyişikliklər və ya əlavələr onların Şirkət tərəfindən yalnız yazılı
şəkildə bəyənildikdən sonra hüquqi qüvvəyə malik olacaq. Alış sifarişinə dəyişikliklər
olunduqda, Şirkət həm dəyişiklikləri, eləcə də məhsulun alışına dair ilkin sifarişi ləğv etmək
hüququnu qoruyub saxlayacaq (3.3-cü bənd).

2.6.Alış sifarişlərində qeyd edilmiş malların çatdırılması tarixi həmişə müstəsna olaraq

yönəldici xüsusiyyət daşıyır və mümkün ola biləcək ləngimələr təzminatın alınması və ya
müqavilənin pozulması üçün əsas ola bilməz. Xüsusilə də, Şirkət, onun iradəsindən, Müştərinin
hüquqi vəziyyətinin dəyişməsindən, xammalın və ya ehtiyat hissələrinin alınması ilə əlaqədar
çətinliklərdən asılı olmayan fors-major hallarının və ya hadisələrinin baş verməsi halında təchiz
etmə müddətlərinin uzadılması və ya sifarişin ləğv edilməsi hüququnu qoruyub saxlayır (3.4-cü
bənd).

2.7.Malların çatdırılması onların istehsal yerində, yəni Şirkətin hüquqi ünvanında həyata

keçirilir (4.1-ci bənd).

2.8.Mallar Dosso Di Kazyer də franko-zavod şərtlərində (İnkoterms 2010) təchiz edildikdə

mallara görə məsuliyyətin ötürülməsi malların Şirkət ilə həmçinin, onların daşınmasına görə
xərcləri öz üzərinə götürən müştəriyə çatdırılması anında baş verir (4.2-ci bənd).

2.9.Şirkət, müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını

müəyyən edir (4.3-cü bənd).

3. İş materiallarında olan 2015-ci il 1 yanvar tarixli sənəddə qeyd edilmişdir ki, Şirkətin

avadanlıqlarının gələcəkdə qüvvədə olan prays-listə (qiymətlər cədvəlinə) müvafiq olaraq alışı
üçün təmin edə biləcəyi kommersiya alqı-satqı şərtlərini MMC təsdiq edir.

4. İş materiallarında olan 2016-cı il 10 may tarixli ödəniləcək hesab-faktura -təkrar ödəmə

sənəddə qeyd edilmişdir ki, bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-nin Şirkətə borclu
olduğu məbləğ 201.638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-yə aşağıda göstərilmiş
hesab-faktura müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (Sifarişçinin adı MMC, qaimə
**********, sənəd 23/12/2015, qaimədəki qiymət 2.480,27 avro, ödəmə tarixi 23.12.2015;
Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 10.11.2015, qaimədəki qiymət 4.249,53 avro,
ödəmə tarixi 31.01.2016; Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 22.12.2015, qaimədəki
qiymət 199.869,42 avro, ödəmə tarixi 21.03.2016;).

5.

İş materiallarında olan 2016-cı il 11 noyabr tarixli ödəniləcək hesab-faktura-təkrar

ödəmə sənəddə qeyd olunmuşdur ki, bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-in Şirkətə
borclu olduğu məbləğ 201.638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-ə aşağıda göstərilmiş
hesab fakturaya müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (sifarişçi kodu 102166,
Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 23.12.2015, qaimədəki qiymət – 2.480,27 avro,
ödəmə tarixi 23.12.2015; sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd
10.11.2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi 31.01.2016; sifarişçi kodu 102166,
Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 22.12.2015, qaimədəki qiymət 199.869,42 avro,
ödəmə tarixi 21.03.2016;  sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimədəki qiymət
201.638,68 avro).

6.

İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək

Texnologiyalar Nazirliyinin 2021-ci il 17 mart tarixli 1-3-12/1918-21 saylı məktubunda
bildirilmişdir ki, sorğuda qeyd olunan məlumatlar üzrə eyniləşdirilmənin aparılması və
həqiqiliyinin müəyyən edilməsi texniki rabitə kanallarından və digər texniki vasitələrdən
informasiyanın çıxarılmasını tələb edir. Bu işlər “Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının 1-ci hissəsinin
üçüncü abzasında göstərilən əməliyyat-axtarış subyektləri tərəfindən həyata keçirilir.

7. İş materiallarından görünür ki, MMC-nin vəsatəti və Şirkətin razılığı ilə 2014-2015-ci illərdə

Şirkət tərəfindən 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş siyahıda olan mal və
avadanlıqlara dair gömrük bəyannamələrinin (həmçinin digər gömrük rəsmiləşdirmə sənədləri
və s.) olub-olmaması barədə məlumatları, həmin sənədlər olduğu təqdirdə, həmin gömrük
bəyannamələrdə olan mal və avadanlıqların dəyərinin ödənilib-ödənilməməsi barədə
məlumatları, o cümlədən gömrük bəyannamələrinin təsdiq olunmuş surətlərini, həmçinin iş
materiallarında olan gömrük bəyannaməsində göstərilən mal və avadanlıqların dəyərinin
ödənilib-ödənilməməsi barədə məlumatları, həmin gömrük bəyannaməsində göstərilən malların
eksport edilməsinin hansı müqavilə əsasında hazırlanması barədə məlumatları, habelə həmin

gömrük bəyannaməsində olan malların MMC adına Azərbaycan Respublikasına 2015-2016-cı
illərdə giriş qeydiyyatının olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi
üçün Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq 2021-ci il 18 mart
tarixli 1000-170/170-22/004552 saylı məktubla bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin
məlumat bazasında 2014-2015-ci illər ərzində MMC (VÖEN: **********) tərəfindən Şirkətdən hər
hansı malın idxalı haqqında məlumat yoxdur. Həmçinin MMC tərəfindən 2015-2020-ci illər və
cari ilin ilk 2 ayı ərzində Şirkətdən XİF MM kodu 83026000 olan, brutto çəkisi 14109.473 kq olan
malın (məktuba əlavə olunmuş bəyannamənin rekvizitlərinə uyğun olaraq) idxalı haqqında
Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat

8. Şirkət 2018-ci il 25 iyun tarixində MMC-yə qarşı iddia ərizəsi ilə, daha sonra isə “iddia

tələbinin həcminin artırılması” barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə
müraciət edərək, MMC-dən 185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun
Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış malların

göndərilməsinə dair müqaviləyə uyğun olaraq Şirkət tərəfindən MMC-yə göndərilmiş mallara
görə sonuncunun 185.001,41 avro məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə
əlaqədar Şirkət tərəfindən MMC-yə dəfələrlə xəbərdarlıq olunmasına və danışıqlar aparılmasına
baxmayaraq, MMC müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Şirkətin
nümayəndəsi tərəfindən MMC-yə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki,
borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. Buna baxmayaraq,
MMC borcun ödənişini nəinki tam şəkildə, heç qismən də həyata keçirməmiş və bununla
öhdəliklərini kobud surətdə pozmuşdur.

10. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan

sonra – “MM”) 14.2, 14.2.1, 385.1, 386.1, 425.1, 442, 448.1, 627.1, 637.2-ci, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə istinad
edilmişdir.

11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-2(82)-

564/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Kərimli).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şirkət tərəfindən MMC-yə tərəflər

arasındakı razılaşmaya müvafiq malların göndərilməsi təsdiqini tapsa da, MMC-nin bunun
müqabilində ödəniş etməsinə dair hər hansı sübut təqdim olunmamışdır.  Bu hal isə MMC
tərəfindən müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir və Şirkət 185.001,41 avro
məbləğində pul vəsaitini MMC-dən tələb etməkdə haqlıdır.

13. Məhkəmə bu qənaətini MM-in 14.1.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 421.2, 425.1,

430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 568.1, 568.2, 597.1, 598, 627.1, 630.1, 632.1,
637.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 80, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə
əsaslandırmışdır.

14. MMC 2018-ci il 26 noyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv

edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli

2-2(103)-137/2019 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin olunmuş, birinci
instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia
rədd edilmişdir (sədrlik edən – M.Tağızadə, hakimlər – Ü.Mayılov və K.Abiyeva).

16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
16.1. J ******* saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü

göndərən qrafasında iddiaçının nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "X"
şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında isə MMC-nin
imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Belə olan halda Şirkətin iddia etdiyi
malların MMC tərəfindən qəbul olunması halı öz təsdiqini tapmamışdır.

16.2. Şirkət 2016-cı il 10 may tarixli tərəflər arasında imzalanmış təkrar ödəmə planına

istinad edərək MMC-nin göndərilmiş mallara görə borcunun olmasını bilavasitə etiraf etdiyini
bildirmişdir. İş materiallarının 57-58-ci səhifələrində kserosurət olmaqla əlavə olunmuş həmin
sənədə əsasən MMC-nin Şirkətə 201.638,68 avro borcunun olması qeyd olunmuş, eyni
zamanda, həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərəflərin imza və möhürləri ilə
təsdiq olunmuşdur. Lakin Şirkət həmin sənədin əslini nə birinci, nə də apellyasiya instansiyası
məhkəməsinə təqdim etməmişdir.

16.3. İşin 58-61-ci səhifələrində isə həmin sənədin əslinin deyil, kserosurətinin tərcümə

olunmuş surətinin notarial qaydada təsdiq olunmuş surəti borcun etirafı (qarşılıqlı üzləşmə aktı)
olaraq mötəbər sənəd kimi qəbul olunmur.

16.4. Təkrar ödəmə planında MMC-nin Şirkətə, göndərilmiş mallara görə 201.638,68 avro

borcunun olduğu göstərilsə də, hazırkı tələbində Şirkət 185.001,41 avro məbləğində borcun
ödənilməsini tələb etmiş, Şirkətin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qeyd
olunan fərqin, Şirkətin borcu arzuladığı məbləğdə tələb etmək hüququnun olması ilə
əlaqələndirmişdir.

16.5. Şirkətin nümayəndəsi ilə MMC-nin qanuni təmsilçisi arasında aparılmış e-mail

yazışmaları hazırkı mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul edilməmişdir.

16.6. MMC-nin hazırkı apellyasiya şikayətində qeyd etdiyi müqaviləyə əsasən tərəflər

arasında bütün mübahisə və fikir ayrılıqlarına İtaliyanın Trevizo şəhəri Məhkəməsinin baxmalı
olduğu, Azərbaycan Respublikası məhkəmələrinin işə baxmağa səlahiyyətinin olmaması barədə
dəlili MPM-in 40.2-ci maddəsinə istinad edilərək əsassız hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini 1975-ci il 14 noyabr tarixli “BYD

Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1, 3,
4, 5, 9, 11.1, 11.2-ci, MPM-in 76.1, 76.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı
ilə yüklərin daşınması Qaydaları”nın 7.6, 7.7, 7.9, 7.10, 35.1, 38.1, 38.2, 38.3, 38.5, 40.1, 48.2-
ci bəndlərinə, Beynəlxalq Ticarət Palatasının 2000-ci il 1 yanvar tarixli “İnkoterms 2000”
şərtlərinə istinad etməklə əsaslandırmışdır.

18. Şirkət 2019-cu il 8 avqust tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv

olunması, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul
edilməsini xahiş etmişdir.

 

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il  3

oktyabr tarixli 2-2(103)-422/2019 saylı qərarı ilə Şirkətin kassasiya şikayəti təmin olunmuş,
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün
həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər –N.Rəsulbəyova və
İ.Hüseynov).

20. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

20.1. Apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət

etməmişdir. Həmin məhkəmə “iddiaçı … iddia edir, iş materiallarında … hər hansı rəsmi sənəd
müəyyən olunmamışdır, iddiaçının mövqeyinə görə, iş materialları ilə öz təsdiqini tapmamışdır,
dolayısı ilə həmin yazışmalarda da … iddiaçıya tapşırıq verməsi görünür”, kimi natamam,
mülahizə və fərziyyə xarakterli söz ifadələrindən istifadə edir ki, belə hüquqi mövqe MPM-in 88-
ci maddəsinin tələblərinə zidddir.

20.2. Həmçinin Şirkətə məxsus 185.001,41 avro məbləğində malların faktiki olaraq yerinin

müəyyən edilməsinin bəlli olmaması yolverilməzdir. Belə ki, qətnamənin “əsaslandırıcı
hissə”sində Şirkətə məxsus malların Azərbaycanda daşıma xidmətləri ilə bağlı fəaliyyət
göstərən ASE (A) şirkətinin göstərişi ilə ”M” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli
nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin MMC-nin A
şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-nin A şirkəti arasında daşıma
müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır”. Beləliklə,
apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən birmənalı şəkildə müəyyən edilmişdir ki,
Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən A
şirkətinin göstərişi ilə "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə
yüklənməsi müəyyən edilmişdir. Burada ən azı "M" şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyi
öyrənilməli idi və ya onu 3-cü şəxs qismində cəlb edib işə baxılmalı idi. Apellyasiya məhkəməsi
A şirkətini işə cəlb edilərək göstərişi kimin verdiyini və malların kimə çatdırıldığını müəyyən edib
qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, məhkəmə tədqiqatını faktiki olaraq yarımçıq
qoymaqla natamam şəkildə bitirmişdir.

20.3. 2015-ci il 1 yanvar tarixli kommersiya alqı-satqı şərtləri və Ümumi alqı-satqı şərtlərinin

14.1-ci maddəsinə əsasən, satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış
müqavilələri İtalyan qanunvericiliyinin normalarına müvafiq olaraq tənzimlənir və şərh
edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. Müqavilənin
“Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir” şərti ümumiyyətlə
nəzərə alınmamış, bu barədə hər hansı bir şərh verilməmişdir. Halbuki müqavilənin sözügedən
müddəası qeyd-şərtsizdir və dəyişdirilə bilməz. Bununla belə, müqavilənin 14.2-ci maddəsinə
əsasən, Şirkətin müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsində iddia qaldırmaq
hüququnu öz üzərində saxlamaq səlahiyyəti olsa da, işə baxılan zaman mütləq İtaliya
qanunvericiliyi tətbiq edilməlidir.

21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 88-ci maddəsinə istinad

etməklə əsaslandırmışdır.

ç

)

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 mart tarixli 2-

2(103)-62/2020 saylı qətnaməsi ilə MMC-in apellyasiya şikayəti təmin olunmuş, birinci
instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia
təmin olunmamışdır (sədrlik edən – İ.Əhmədov, hakimlər – C.Yusifov və V.Baxışova).

23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur:

23.1. Apellyasiya instansiyası məhkəməsi iki istiqamətdə araşdırma aparmışdır: 1) hazırkı

işə tətbiq edilməli olan qanunvericilik və məhkəmə aidiyyəti ilə bağlı məsələlərə dair; 2)
mübahisənin maddi hüquq normaları baxımından həllinə dair.

23.2. Birinci halla bağlı qətnamədə qeyd olunmuşdur ki, İtaliya mülki qanunvericiliyinin əldə

olunması ilə bağlı hərəkətlər edilmiş, həmçinin İtaliyanın Azərbaycan Respublikasındakı
səfirliyinə “Rus və Azərbaycan dillərində İtaliya Mülki Məcəlləsinin (4 kitab: öhdəliklər barədə)
səfirliyin kitabxanasında mövcud olduğu halda məhkəməyə təqdim edilməsi” məzmununda
məhkəmə sorğusu göndərilmişdir. 2020-ci il 6 mart tarixində səfirlik tərəfindən məhkəməyə daxil
olmuş cavab məktubunda qeyd olunmuşdur ki, “Sözügedən məcəllənin 2020-ci ildə yenilənmiş
nüsxəsi bu səfirlikdə hələ mövcud deyil, lakin həmin nüsxə səfirliyə göndərilənə kimi, İtaliya
Mülki Məcəlləsi ilə qeyd olunan link vasitəsilə ingilis dilində dərhal tanış olmaq mümkündür.
İstənilən halda, Məcəllənin kitab nüsxəsi səfirliyə çatan kimi o həmin məhkəməyə
yönləndirəcək”.

23.3. Bundan əlavə, tərəflər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyətini

müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi
ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid olmasında 
iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan
Respublikası məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə və
tərəflərin razılaşmasına uyğundur.

23.4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində

məhkəmə icraatına cəlb olunmuş “A” şirkətinin nümayəndəsi S.A bildirmişdir ki, hazırkı
mübahisə ilə bağlı olan yüklərin daşınması və ya o yüklərin "M" şirkətindən alınması ilə bağlı
hər hansı sənədlər mövcud deyildir, lakin indiyədək MMC tərəfindən bu yüklərlə bağlı hər hansı
şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir.

23.5. "M" adlı şirkət isə Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyi və Xorvatiyada

qeydiyyata alınan hüquqi şəxs olduğu üçün həmin şirkət üçüncü şəxs kimi icraata cəlb
olunmamışdır.

23.6. İkinci halla bağlı isə qətnamədə qeyd olunmuşdur ki, Ümumi satış şərtlərinin 3-cü

bəndinin tələblərinə əsasən, MMC almaq istədiyi mallara dair yazılı sifariş tərtib etməli və
satıcıya göndərməli idi. Həmin oferta satıcıya çatdırıldığı andan 30 gün ərzində qüvvədə
sayılırdı. Şirkətin həmin sifarişi təsdiqləməsi və ya sifarişin icrasına başlaması, onun ofertanı
qəbul etməsi, tərəflər arasında müqavilənin bağlanması nəticəsini doğura bilərdi, lakin iş
materiallarında iddia olunan malların MMC tərəfindən sifariş edilməsinə dair sübut mövcud
deyildir. MMC-nin həmin malların alışı barədə təkliflə Şirkətə müraciəti müəyyən olunmur.

23.7. Tərəflər arasında iddia olunan malların alqı-satqısına dair müqavilənin bağlanması

nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur. Bağlanmamış müqavilə, hər hansı hüquqi
nəticə, o cümlədən MMC-nin Şirkətə pul ödəmək öhdəliyini doğura bilməz. İşdəki yük sənədinə

(CMR J 2396908) əsasən Şirkətin "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli
nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin MMC-
nin "M" şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC ilə "M" şirkəti arasında
daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

23.8. J ******* saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü

göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M"
şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza
və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, sözügedən qaimə (CMR) iddia
olunan malların MMC tərəfindən qəbul edilməsini təsdiqləyən sübut qismində qəbul oluna
bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün 1975-ci il 14

noyabr tarixli “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük
Konvensiyasının 1,3, 4, 5, 9, 11.1, 11.2-ci, MM-in 405.1, 405.2, 407.1, 409.1, 409.4-cü,
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, MPM-in 28,
89.1, 89.3-cü maddələrinə istinad etmişdir.

25. Şirkət kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin

edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16

sentyabr tarixli 2-2(102)-270/20 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin
qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi
qərara alınmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – Ə.Əhmədov və İ.Dadaşov).

27. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur:

27.1. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-

ci maddələrinin tələblərinə uyğun olaraq hazırkı iş üzrə tərəflərin ifadə etdikləri razılığa əsasən
apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının qanununu tətbiq etməkdə haqlı
olmuşdur. Çünki İtaliya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər edilmişdir.
Bundan başqa, məhkəmə iclasının 2020-ci il 25 fevral tarixli məhkəmə iclas protokolundan
görünür ki, iddiaçının vəkili (Vəkil2) həmin Qanunun 2-ci maddəsinə istinad edərək İtaliya
qanunvericiliyinin tətbiqinin əlavə xərc tələb etdiyindən Qanunun bu maddəsinə əsasən
Azərbaycan Respublikası MM-nə istinad edilməsi bildirilmişdir (2-ci cild i.v 176). Həmin
məhkəmənin 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda isə o da görünür ki, həm
Şirkətin vəkili , həm MMC-nin nümayəndəsi hazırkı işə ölkə qanunvericiliyi ilə baxılmasını xahiş
etmişlər (2-ci cild i.v 184).

27.2. Şirkətin kassasiya şikayətinə əlavə etdiyi İtaliya qanunvericiliyinə dair İtaliya Vəkillər

Kollegiyasının vəkilinin verdiyi hüquqi rəy apellyasiya instansiya məhkəməsində işə baxılarkən
təqdim edilməli idi.

27.3. Bundan əlavə, müqavilə münasibətləri zamanı elektron vasitələrdən istifadə etməklə

müqavilədən irəli gələn öhdəliklərin icrası məqsədilə yazışmaların tərəflər üçün hüquqi nəticələr
yaratması inkar olunmur. Müqavilədə belə şərt nəzərdə tutulmasa belə, onun kontragentləri
müqavilədən irəli gələn öhdəliklərin icrası üçün elektron yazışma mübadilə edirlərsə bu

konklüdent hərəkət olmaqla onların aralarındakı belə ünsiyyət formasını qəbul etmələri kimi
qiymətləndirilməlidir. İşin materiallarından da görünür ki, tərəflər arasında elektron yazışmalar
dəfələrlə aparılmışdır. Aparılmış yazışmalardakı MMC-nin və onun qanuni nümayəndəsinin
elektron ünvanlarının MMC-yə və onun qanuni təmsilçisi məxsus olması, sonuncunun belə
səlahiyyətlərə malik olması, MMC tərəfindən Şirkətə göndərilmiş yazışmaların autentikliyinin
müəyyənləşdirilməsi, həmin yazışmaların kimə ünvanlanması, MMC tərəfindən göndərilmiş
yazışmaların məhz Şirkətə (və yaxud onun səlahiyyətli nümayəndəsinə) məxsus olmasının
müəyyənləşdirilməsi üçün informasiya texnologiyaları sahəsində tənzimləməni həyata keçirən
müvafiq dövlət orqanının rəyi alınmalıdır.

27.4. Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin 2019-cu il 3 oktyabr tarixli

qərarında göstərmişdir ki, Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə
bağlı fəaliyyət göstərən A Şirkətinin göstərişi ilə "M" şirkətinə məxsus "M" qeydiyyat nömrəli
nəqliyyat vasitəsinə yüklənməsi müəyyən edilmişdir. Burada ən azı Mucalov Şirkətinin hazırkı
mübahisə ilə bağlı mövqeyi öyrənilməli və ya onu üçüncü şəxs qismində cəlb edib işə baxılmalı
idi. Bununla belə, apellyasiya instansiyası məhkəməsi adı çəkilən Şirkətin Azərbaycan
Respublikasında fəaliyyət göstərmədiyini və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs
olduğunu əsas götürərək onu üçüncü şəxs kimi icraata qəbul etməmişdir.

27.5. Halbuki işin materiallarında olan J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib

edilmiş, bu sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü,
daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürünün olması görünür, yükü
qəbul edən qrafasında isə MMC-nin imza və möhürü göstərilməmiş və qrafa boş saxlanılmışdır.
Apellyasiya instansiya məhkəməsi iclasının 2020-ci il 4 fevral tarixli protokolundan da görünür
ki, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs
qismində məhkəmə icraatına cəlb edilən A Şirkətinin nümayəndəsi bildirmişdir ki, “"xxxx"
qeydiyyat nömrəli nəqliyyat vasitəsi A Şirkətinə məxsus deyil, "M" şirkətinə aiddir, biz isə şərait
yaratmışıq ki yük gətirilsin və çatdırılsın, mail yazışmalarına görə sifariş verən təşkilat
Cavabdeh2 dur” (2-ci cild i.v 173).

27.6. 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda da qeyd olunmuşdur ki, MMC

tərəfindən malların göndərilməsi ilə bağlı onlara müraciət edilmiş, lakin nəqliyyat vasitələri
olmadığına görə "xxxx" şirkəti tərəfindən qeyd olunmuş nəqliyyat vasitəsi həmin ünvana
göndərilmişdir (2-ci cild i.v 176).

27.7. Apellyasiya instansiya məhkəməsi isə A Şirkətinin nümayəndəsinin verdiyi izahatı

onun şəxsi mühakiməsinə əsaslanması kimi qiymətləndirərək malların MMC-yə təqdim
edilməsini təsdiqləyən sübut kimi qəbul etməmişdir. Kassasiya instansiya məhkəməsi hesab
etmişdir ki, hazırkı mübahisə ilə bağlı mallar "M" şirkətinin nəqliyyat vasitəsinə yükləndiyindən
MPM-in 83-cü maddəsinə əsasən məhkəmə tapşırığı verilməklə "M" şirkətinin mövqeyi mütləq
öyrənilməlidir.

28. Kassasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırmaq üçün “BYD Kitabçası

tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 7.7, 7.9, 7.10-
cu, MM-in 10.1, 12.2. 331, 404, 405.1, 406, 409.1, 409.2, 409.3, 409.4, 409.8-ci maddələrinə
istinad etmişdir.

e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

29. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli 2-

2(103)-89/2021 saylı qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş,
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir (sədrlik edən –
R.Qurbanov, hakimlər – E.Mehdiyev və X.Sarıyev).

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur:

30.1. İddianın əsaslı hesab edilməsi üçün Şirkət aşağıdakı halları sübut etməlidir: 1. MMC

tərəfindən həmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş verilmiş; 2. Şirkət sifarişi
təsdiq etmiş və yerinə yetirmişdir. Lakin Şirkət qeyd olunan halların təsdiqi barədə sübutları
təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə
bilməmişdir.

30.2. Birinci halın, yəni MMC-nin həmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş

verilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Digər halların təsdiqi barədə Şirkət
tərəfindən təqdim edilən sübutlar isə qeyri-mötəbər sübutlardır. Belə ki, Şirkətin birinci
instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər (pretenziya məktubu istisna
olunmaqla) kserosurətlərdən ibarətdir.

30.3. Bundan əlavə, Şirkət sübut etməlidir ki, "M" və “A" şirkətləri məhz MMC-nin tapşırığı ilə

onun adından malları daşıyan şirkətlərdir və Şirkət də məhz bu əsasla malları "M" şirkətinə
təhvil vermişdir. Qeyd olunanlarla bağlı Şirkət J2396908 saylı CMR yük sənədinin kserosurətinə
istinad etmişdir. Həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim
edilmədiyinə görə mötəbər sübut kimi qəbul edilə bilməz.

30.4. Bundan başqa, həmin yük sənədinə əsasən Şirkətin, "M" şirkətinə məxsus

“HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da,
həmin malların yüklənməsinin MMC-nin "A" şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu
barədə MMC-nin "A" şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş
materialları ilə öz təsdiqini tapmamışdır.

30.5. İddiaçının təqdim etdiyi J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də,

həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı
qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında
MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi
iddia edilən malların MMC üçün daşınması və sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən
sübut kimi qəbul oluna bilməz.

30.6. Apellyasiya məhkəməsi “A" şirkətinin nümayəndəsinin verdiyi izahatını iddia edilən

malların MMC-yə təqdim edilməsini təsdiqləyən sübut qismində qəbul etməmişdir. Ona görə ki,
malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənmir. Nümayəndənin izahatı da
hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks halda, nümayəndə öz
izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı
üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi.

30.7. Eyni zamanda, işin materiallarında MMC ilə "M" şirkəti və “A” şirkəti arasında daşıma

müqaviləsi bağlaması və onlar arasında daşıma münasibətlərinin olmasına dair hər hansı sübut
da mövcud deyildir. Şirkətin tərəflər arasında imzalanmış 2016-cı il 10 may tarixli təkrar ödəmə
planına istinad etməsi də əsassızdır. Belə ki, həmin sənədin də əsli və ya lazımi qaydada təsdiq
olunmuş surəti təqdim edilməmişdir.

30.8. Şirkətin apellyasiya baxışında təqdim etdiyi e-mail yazışmaları MPM-in 371-ci maddəsi

əsas gətirilməklə sübut kimi qəbul edilməmişdir. Bununla yanaşı, həmin e-mail yazışmaları ilə
bağlı hazırki iş üzrə Ali Məhkəmənin sonuncu qərarında göstərişlər qeyd olunmuşdur. Həmin
göstərişlər məhkəmə iclasında müzakirə olunaraq, Şirkətin vəsatəti və MMC-nin razılığı ilə
elektron yazışmaların (e-mail) eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi
ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə məktub göndərilmişdir (bax yuxarıda § 6).

30.9. Bundan başqa, 2014-2015-ci illərdə Şirkət tərəfindən 2021-ci il 26 fevral tarixdə

məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqlara dair gömrük bəyannamələrinin
olub-olmaması və s. barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Gömrük
Komitəsinə verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, Komitənin məlumat bazasında
hər hansı məlumat yoxdur (bax yuxarıda § 7). Göründüyü kimi, Şirkətin qeyd etdiyi mallar,
ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir. Bu baxımdan, Şirkətin təqdim etdiyi
elektron yazışmalarının (e-mail) həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum
yoxdur. Bundan başqa, həmin elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də,
həmin borcun hansı malların, ən əsası isə Şirkətin 2021-ci il 26 fevral tarixində məhkəməyə
təqdim edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd
olunmamışdır.

30.10. Həmçinin Şirkətin 2015-ci il 1 may tarixli müqavilənin 4.2-ci bəndinə (Dosso Di

Kazyerdə franko-zavod şərtləri, İnkoterms 2010) istinad edilməsi də əsaslı hesab edilməmişdir.
Çünki yuxarıda qeyd edildiyi kimi, MMC tərəfindən malların sifariş verilməsi, onun tapşırığı ilə və
onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, MMC ilə "M" şirkəti və “A” şirkəti
arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini tapmamışdır.

30.11. Hazırkı iş üzrə Ali Məhkəmənin sonuncu qərarında "M" şirkəti ilə bağlı əks olunan

göstərişlərə dair apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şirkət özünün və ya MMC-nin "M"
şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərin olmasına və "M" şirkətinin
hazırkı mübahisəyə aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim edilmiş
J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan
halda, "M" şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin
öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut
toplanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə,
tərəflərin bərabərliyi və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir.

Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım haqqında

ikitərəfli müqavilə bağlanmamış, həmçinin Azərbaycan Respublikası 1954-cü il 1 mart tarixdə
Haaqada qəbul edilmiş "konvensiyaya qoşulmamışdır. Bu baxımdan, Xorvatiyada qeydiyyata
alınan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən "xxxx" şirkətinin hazırkı mübahisə
ilə bağlı mövqeyinin öyrənilməsi və onu üçüncü şəxs qismində cəlb edilməsi üçün məhkəmə
tapşırığının göndərilməsinə həm zərurət yoxdur, həm də həyata keçirilməsi qeyri-mümkündür.

31. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 627.1,

630.1, 630.2, 631.1-ci, MPM-in 9.3, 14.2, 77.1, 89.3, 371, 420-ci maddələrinə, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan
Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli
qərarına istinad etməklə əsaslandırmışdır.

32. Şirkət 2021-ci il 11 iyun tarixində kassasiya şikayəti verərək apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar
çıxarılması xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

f) kassasiya şikayətinin dəlilləri:

33. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə əməl

etməmiş, formal araşdırma aparmış, bunun üçün bütün prosessual imkanlardan səmərəli
istifadə etməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında müqavilə münasibətləri düzgün şərh
edilməmiş, təkrar ödəmə planı, e-mail yazışmaları sübut kimi düzgün qiymətləndirilməmiş,
maddi-prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, müqavilə münasibətləri zamanı
elektron vasitələrdən (skan və s.) istifadə edilməsi: dəflərlə təkrarlanan və uzun müddət ərzində
davam edərək təşəkkül tapmış işgüzar təcrübəyə əsasən tərəflər aralarında müqavilə ilə bağlı
məlumat mübadiləsini e-mail yazışmalar vasitəsilə həyata keçirmiş, hətta sənəd dövriyyəsi belə
e-mail vasitəsilə aparılmışdır. Bir qayda olaraq, sənədləri imzalayıb möhürləyən tərəf sənədin
skan edilmiş surətini digər tərəfə göndərmiş və qarşı tərəf də eyni qaydada sənədi imzalayıb
möhürlədikdən sonra əks tərəfə həmin sənədin skan surətini göndərmişdir. Ali Məhkəmənin
qərarında da müqavilə münasibətləri zamanı elektron vasitələrdən istifadə etməklə müqavilədən
irəli gələn öhdəliklərin icrası məqsədilə yazışmaların tərəflər üçün hüquqi nəticələr yaratması
imkanı inkar edilməmişdir. Qətnamədə müqaviləyə istinad olunmasına və müqavilənin mötəbər
sübut kimi qəbul edilməsinə baxmayaraq, təkrar ödəmə planı, borcun etirafi (qarşılıqlı üzləşmə
aktı) mötəbər sübut kimi qəbul edilməmişdir. Halbuki həmin sənədlərin hər ikisi eyni formada
rəsmiləşdirilməklə məhkəməyə təqdim edilmişdir. Apellyasiya məhkəməsinin “...iddiaçı
tərəfindən təqdim edilən sübutlar isə qeyri-mötəbər sübutlardır. Belə ki, ilk olaraq kollegiya qeyd
edir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər
kserosurətlərdən ibarətdir” qənaəti qeyri-mütərəqqi olmaqla yanaşı, mülki qanunvericiliyə ziddir.
Digər tərəfdən, borcun cavabdehin direktoru Cavabdeh3 tərəfindən etirafı yalnız təkrar ödəmə
planı ilə deyil, həm də çoxsaylı e-mail yazışmaları ilə təsdiq olunur. Ali Məhkəmənin qərarında
da qeyd olunmuşdur ki, müqavilədə belə bir şərt nəzərdə tutulmasa belə, onun kontingentləri
elektron yazışmalar vasitəsilə müqavilədən irəli gələn öhdəliklərin icrası üçün elektron yazışma
mübadilə edirlərsə, bu konklüdent hərəkət olmaqla onların belə ünsiyyət olmasını qəbul
etmələri kimi qiymətləndirilməlidir.

34. E-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi: Ali Məhkəmənin qərarında

tərəflər arasında aparılmış e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi, aparılmış
yazışmalardakı elektron ünvanların cavabdehə və onun qanuni təmsilçisi Cavabdeh3 məxsus
olub-olmaması, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş yazışmaların autentikliyinin
müəyyənləşdirilməsinə dair göstəriş verilmişdir. Bununla bağlı, iş apellyasiya instansiyasında
baxılan zaman elektron yazışmaların eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən
edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün məhkəmə tərəfindən Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmişdir.
Nazirliyin cavab məktubunda qeyd olunmuşdur ki, bu işlər əməliyyat-axtarış subyektləri
tərəfindən

həyata

keçirilir.

Apellyasiya

məhkəməsi məktubla

kifayətlənmiş,

elektron

yazışmaların həqiqiliyinin müəyyən edilməsində aparılan araşdırmanı davam etdirməmişdir.
Halbuki, elektron yazışmalar məsələnin tam həllində mühüm rol oynayır. Həmin elektron

yazışmalar öz təsdiqini tapdığı halda, cavabdeh tərəfindən sözügedən malların sifariş verildiyi
və həmin sifariş əsasında malların elektron yazışmalarda qeyd olunan HROTR628 qeydiyyat
nömrəli nəqliyyat vasitəsinin yüklənməsi öz təsdiqini tapacaqdır.

35. Daşınma üzrə öhdəliklər və çatdırılma: MMC-yə daşıma xidmətləri əsasən

Azərbaycanda fəaliyyət göstərən A şirkəti tərəfindən həyata keçirilmişdir. İddiaçıya məxsus
mallar "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə məhz ASE
şirkətinin göstərişi əsasında yüklənmişdır. Tərəflər arasında olan e-mail yazışmalarında (2015-ci
il 22 dekabr tarixli) A şirkətinin İradə Lətif adlı əməkdaşı Şirkətin əməkdaşı Eduard adlı şəxsə
malların yüklənməli olduğu nəqliyyat vasitəsinin nömrəsini (“HROTR628”) göndərmişdir.
Bundan əlavə, həmin yazışmaların davamı kimi HROTR628 nömrəli nəqliyyat vasitəsinə Şirkətə
məxsus malların yüklənməsini əks etdirən fotoşəkil çəkilərək e-mail vasitəsilə tərəflərə
göndərilmişdir. Apellyasiya icraatı zamanı A şirkəti üçüncü şəxs qismində məhkəməyə cəlb
olunmuşdur. A şirkətinin səlahiyyətli nümayəndəsi A.Sadıxov məhkəmə iclası zamanı verdiyi
şifahi ifadəsində e-mail yazışmalarını təsdiqləmiş, ASE şirkətinin sözügedən malların
çatdırılması üçün cavabdehin göstərişi əsasında hərəkət edərək iddiaçı tərəfindən müəyyən
edilmiş yerdən malların təhvil alındığını qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən
malların daşınma fəaliyyətini həyata keçirən ASE şirkətinin nümayəndəsinin məhkəmədə verdiyi
ifadəyə sübut kimi düzgün hüquqi qiymət verilməmişdir. Şirkətin direktoru verdiyi ifadədə
sözügedən malların onlara çatdırılmadığını qeyd etsə də, bu vaxtadək A şirkətinə heç bir
narazılıq bildirməmiş və ya hər harası bir iddia irəli sürməmişdir. Bu isə öz növbəsində
sözügedən malların cavabdehə çatdırıldığını göstərir. Əks halda, malların çatdırılmamasına
görə MMC maddi ziyana uğraması səbəbindən daşınma fəaliyyətini həyata keçirən ASE
şirkətinə qarşı iddia irəli sürmək və dəymiş maddi ziyanı kompensasiya etmək hüququna malik
idi. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında” 2014-cü il 8 iyul tarixdə təsdiqlənmiş Memorandum ilə hüquq
sahəsinin əhatəliyini və dinamik inkişafinı, eləcə də bununla bağlı məlumat və təcrübə
mübadiləsində qarşılıqlı maraqları nəzərə alaraq, tərəflər, məlumat mübadiləsi, məhkəmə
sisteminin müasirləşdirilməsi, məhkəmə qərarlararının icrası, məhkəmə ekspertizası və s.
sahələr üzrə əməkdaşlıq barəsində razılığa gəlmişlər. Mübahisə edilən malların "M" şirkətinin
nəqliyyat vasitəsinə yükləndiyini nəzərə alaraq, apellyasiya məhkəməsi "M" şirkətinin mövqeyini
məhkəmə tapşırığı verməklə öyrənməli idi. Tərəflər arasındakı müqavilə EXW şərtlərinə əsasən
hazırlanmışdır. EXW şərtlərinə əsasən, satıcıya minimum öhdəlik düşür və satıcı malları öz
müəyyən etdikləri ərazilərində və ya başqa razılaşdırılmış yerdə təqdim edir. Bununla da, satıcı
öz öhdəliklərini yerinə yetirmiş hesab edilir və malların çatdırılmasına dair heç bir öhdəlik
daşımır. İtaliya qanunvericiliyinə və EXW şərtlərinə əsasən, hazırki məsələdə iddiaçı
müqavilənin sərtlərinə və EXW-nin tələblərinə riayət etmişdir. O cümlədən, təqdim edilmiş
sübutlar da bir-biri ilə məntiqi cəhətdən əlaqəlidir və biri digərini tamamlayır. İşin materiallarında
olan müqavilədən, ixrac gömrük bəyannamələrindən, nəqliyyat sənədlərindən, hesab-
fakturadan, e-mail yazışmalarından və təkrar ödəmə planından görünür ki, mal həqiqətən də
cavabdehə təhvil verilmiş və sonuncu isə həmin malların müqabilində ödənişi həyata
keçirməmişdir.

36. İddiaçı

kassasiya

şikayətini

əsaslandırmaq

üçün

Azərbaycan

Respublikası

Konstitusiyasının 71, MM-in 10.1, 12.2, 331.3, 404, 406.3-cü, MPM-in 88, 420-ci, KMP-nin
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci
il 12 avqust tarixli Qərarına istinad etmişdir.

g) Kassasiya şikayətinə qarşı etiraz

37. MMC nümayəndəsi və vəkili 2021-ci il 21 sentyabr tarixində Şirkətin kassasiya

şikayətinə etiraz etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il
16 aprel tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin
edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə iclasında iştirak edən Şirkətin vəkili kassasiya şikayətini müdafiə etdiklərini,

şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv
edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etdi.

39. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini,

şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin
dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

40. MMC-nin qanuni təmsilçisi vəkilinin dedikləri ilə razı olduğunu bildirdi.

İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya
şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət
mümkün hesab edilmişdir.

42. Şirkət apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır
(MPM-in 403 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq
edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki
hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası
məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması
və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

44. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri

6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:

6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;

6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;

6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;

...

6.1.5. müqavilələr azadlığı;

...”

“Maddə 385. Öhdəlik anlayışı

 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə

müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər
göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan
vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə

tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin
əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

...”

“Maddə 404. Müqavilənin təfsiri

404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və

ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,
bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini
nəzərə alır.

404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar

və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,
tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə,

müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük
verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici
sayılır.

404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda,

müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük
verilməlidir.

404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan

və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.”

“Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma

405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada

razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu
Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər,
habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün
şərtlər mühüm sayılır.

405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi

və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

Maddə 406. Müqavilənin forması

406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada

bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma
təyin edilməsin.

406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində

şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də,
müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə,

habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə
tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə
sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

Maddə 407. Müqavilənin bağlanması anı

407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış

sayılır.

407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada

təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.”

 

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra

edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya
öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa
düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi

445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və

gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün
kreditor qarşısında məsuliyyət daşıyır.

445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra

edilməməsi;

445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da

öhdəliyin icra edilməməsi.

...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,

borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün
cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya

hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud
ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

...”

“Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 

449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun

qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin
hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa
görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin
və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə
müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini
qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər

449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı

müəyyənləşdirir. 

...

449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin

hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait
məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.”

 

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə

əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi
öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi

598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və

öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil
almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə

tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında

ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri
ödəməyi tələb edə bilər.

...”

“Maddə 627. Göndərmə müqaviləsi

627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini

həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində
və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün
istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi
öhdəsinə götürür.

...”

 “Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar

637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan

hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında
hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş
tapşırıqları ilə həyata keçirilir.

637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi

nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə
müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları
ödəməyi tələb edə bilər.

637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə

göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, komplektə daxil olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra
ödəyir.”

 

45.MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 62. Şahid

62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə

məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

...”

“Maddə 76. Sübutlar

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək

üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə
müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə
etdiyi məlumatlar sübutlar hesab olunur.

76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində

müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən
şəxslərin izahatları ilə müəyyən edilir.

76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

...”

“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması
...
78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya

orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o,
həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi,
sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə
kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə
işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə)
olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan
hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların
təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda
məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər.

Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud
məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir
sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

...”

“Maddə 104. Şahid ifadələri

104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən

maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

“Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi

Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən

göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra – “KMP”)

“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə
məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli
Qərarında qeyd olunmuşdur ki:

“Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və

prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-
ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına
(qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki
material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və
çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.

Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə

dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı  şəkildə
əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya
məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul
edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı
olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və

sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda
faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə
bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil,
məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki
ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də
apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks

tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında
- birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan
məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz
olmasına gətirib çıxara bilər. 

Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq

məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız
hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi
tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni
tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4).

Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul

edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks
tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması
və ya fakt haqqında məlumatın verilməsi ilə bağlı olan konkret məsələlərin həllinə
yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə
yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin
edilməsinin əvəzi kimi qəbul oluna bilməz.

Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək,

tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə
təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək
təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ
yoxdur.

Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə

icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. 
Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və
asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin
hüquqlarının pozulması ilə nəticələnə bilər.”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini işin materialları ilə birgə

araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər apellyasiya
məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni formada

rəsmiləşdirilmiş müqavilənin mötəbər, ödəmə planının, borcun etirafının (qarşılıqlı üzləşmə
aktının) isə qeyri-mötəbər sübut kimi qəbul etməsinə dair kassatorun dəlilinə (bax yuxarıda §
33) dair aşağıdakıları bildirməyi zəruri hesab edir.

49. Əvvəla, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində heç bir yerdə iş

materiallarında olan 2015-ci il 1 yanvar tarixli müqaviləni bilavasitə mötəbər sübut kimi
qiymətləndirməmişdir.

50. Əksinə, qətnamədə qeyd olunmuşdur ki: “...iddiaçının birinci instansiya məhkəməsinə

təqdim etdiyi bütün yazılı sənədlər (pretenziya məktubu istisna olmaqla) kserosurətlərdən
ibarətdir”.

51. Aydındır ki, “bütün yazılı sənədlər”ə sözügedən müqavilə də aiddir.
52. Həmçinin qətnamədə bir neçə yerdə “iddiaçının təqdim etdiyi 2015-ci il 1 yanvar tarixli

müqavilə” ifadəsinin işlədilməsi də, eyni yanaşmanın davamı kimi qiymətləndirilə bilər.

53. Bundan başqa, kassatorun hazırkı dəlilinin əsaslı olduğu hətta ehtimal edilsə belə, bu,

apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəyə təsir edə bilməz və
etməmişdir.

54. Belə ki, qətnamədə öz əsaslandırmasına yekun vuran məhkəmə qeyd etmişdir ki,

“...iddiaçının təqdim etdiyi 2015-ci il 1 yanvar tarixli müqavilə üzrə mal və avadanlıqların
cavabdehin sifarişi əsasında sonuncuya göndərilməsi və çatdırılması halları sübut
olunmadığına görə iddiaçının MM-nin 637.2-ci maddəsinə əsasən ödəniş tələb etməsi
əsassızdır.”

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini düzgün

hesab edir. Belə ki, sadəcə müqavilənin imzalanması həmin müqavilə üzrə bir tərəfin digər
tərəfdən ödəniş tələb etməsi üçün yetərli deyildir. Əgər müqavilə üzrə satıcı və ya mal göndərən
müvafiq malları alıcıya təqdim etməmişdirsə, ondan hər hansı ödəniş tələb etməkdə haqlı sayıla
bilməz.

56. Bu baxımdan, Şirkətin məhkəməyə təqdim etdiyi müqavilə hətta həqiqətən də

bağlanmışdırsa belə, bu müqavilə üzrə mal və avadanlıqların MMC-nin sifarişi əsasında
sonuncuya göndərilməsi və çatdırılması halları sübut olunmalı idi. Apellyasiya instansiyası
məhkəməsi isə müvafiq sənədlər təqdim edilmədiyindən həmin halların sübut olunmadığı
qənaətinə gəlmişdir.

57. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, kassatorun hazırkı dəlili həmin

məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi üçün

apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi tədbirlərin görülməməsinə dair kassatorun
dəlili (bax yuxarıda § 34) ilə razılaşmır.

59. Əvvəla, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində konkret hüquq

normalarına, KMP-nin hüquqi mövqeyinə istinad etməklə ətraflı şəkildə əsaslandırmışdır ki,
Şirkətin üzrlü səbəbləri olmadan birinci instansiya məhkəməsində deyil, apellyasiya baxışında
təqdim etdiyi e-mail yazışmalarının sübut kimi qəbul edilməsi prosessual normaların tələblərinə
ziddir.

60. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin həmin nəticəsinin

qanunvericiliyin tələblərinə zidd olmasına dair hər hansı dəlil gətirilməmişdir. Bu o anlama gəlir
ki, kassator məhəkmənin bu əsaslandırması ilə razılaşmışdır.

61. Belə olan halda məhkəmə kollegiyası da apellyasiya instansiya məhkəməsinin mövqeyi

ilə razılaşır və hesab edir ki, bu qənaətin qanunsuz və əsassız olduğunu təkzib edə bilməyən
kassatorun öz şikayətində e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi üçün
apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi tədbirlərin görülməməsinə dair dəlil
gətirməsi yersizdir.

62. Bununla belə, e-mail yazışmalarının eyniləşdirilməsinin və həqiqiliyinin müəyyən

edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən, Ali Məhkəmənin iş üzrə qəbul
edilmiş son qərarında verdiyi göstərişə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmiş və həmin orqandan müvafiq
cavab alınmışdır.

63. Bundan başqa, Şirkətin məhkəməyə təqdim etdiyi siyahıdakı mal və avadanlıqların

idxalı ilə bağlı məsələlərin aydınlaşdırılması məqsədilə apellyasiya instansiya məhkəməsi
tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu edilmiş, həmin orqanın
da cavabı alınmışdır.

64. Komitənin cavab məktubundan görünmüşdür ki, Şirkətin qeyd etdiyi mallar ümumiyyətlə

Azərbaycan Respublikasına gətirilməmişdir.

65. Eyni zamanda, elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin

borcun hansı malların, ən əsası isə Şirkətin 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim
edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır.

66. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Şirkətin təqdim etdiyi

elektron yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum yoxdur.

67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə

razılaşmamaq üçün hər hansı səbəb görmür.

68. Digər tərəfdən, MPM-in 78.2-ci maddəsinin (bax yuxarıda § 45) tələblərindən aydın olur

ki, tərəf müvafiq şəxslərdən və orqanlardan zəruri sübutları müstəqil əldə etmək imkanı
olmadıqda, həmin sübutları əldə etmək üçün vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin
Şirkətin istinad etdiyi e-mail yazışmaları ilə bağlı hər hansı quruma müraciət etməsi işin
materiallarından görünmür.

69. Məhkəmə kollegiyası malın daşınması üzrə öhdəliklərə və çatdırılmasına, Şirkət

tərəfindən EXW şərtlərinə əməl olunmasına dair kassatorun dəlilləri (bax yuxarıda § 35) ilə bağlı
aşağıdakıları bildirməyi zəruri hesab edir.

70. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən

malların sifariş verilməsi, onun tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının
seçilməsi, MMC ilə "M" şirkəti və A arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin
olması öz təsdiqini tapmamışdır. Şirkət özünün və ya MMC-nin "M" şirkəti arasında daşıma
müqaviləsindən irəli gələn münasibətlərin olmasına və "M" şirkətinin hazırkı mübahisəyə
aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim etdiyi J2396908 saylı CMR yük
sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan halda məhkəmə tərəfindən
"M" şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi
ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut toplanması,
obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə, tərəflərin bərabərliyi
və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir.

71. Həmçinin qətnamədə digər yerdə göstərilmişdir ki, Şirkətin təqdim etdiyi J2396908 saylı

CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin
nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və
möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstərilməmiş, qrafa
boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi iddia edilən malların MMC üçün daşınması və
sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi qəbul oluna bilməz.

72. Qətnamədə o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ilə Xorvatiya arasında

mülki işlər üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilə bağlanılmamış, həmçinin
Azərbaycan Respublikası 1 mart 1954-cü il tarixdə Haaqada qəbul edilmiş "konvensiyaya
qoşulmamışdır.

73. Həmçinin nəzərə alınmalıdır ki, Şirkətin məhkəməyə təqdim etdiyi siyahıda əks olunmuş

malların Azərbaycan Respublikasına idxal olunmadığı işin apellyasiya instansiyası məhkəməsi
tərəfindən Dövlət Gömrük Komitəsinin məktubuna istinadən müəyyən edilmiş halıdır.

74. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o nəticəsi

ilə razılaşır ki, Xorvatiya şirkəti olan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən "M"
şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyinin öyrənilməsi və onun üçüncü şəxs qismində cəlb
edilməsi üçün məhkəmə tapşırığının göndərilməsinə zərurət yoxdur.

75. A ilə bağlı dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin

dəlillərin qətnamənin ləğvi üçün əsas olmadığı qənaətindədir.

76. A-nin nümayəndəsinin verdiyi izahatı iddia edilən malların MMC-yə təqdim edilməsini

təsdiqləyən sübut qismində qəbul etməyən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq
qeyd etmişdir ki, malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənmir.
Nümayəndənin izahatı da hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks
halda, nümayəndə öz izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər
hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi. Eyni
zamanda, iş materiallarında MMC ilə "M" şirkəti və A arasında daşıma müqaviləsi bağlaması və
onlar arasında daşıma münasibətlərinin olmasına dair hər hansı sübut da mövcud deyildir.

77. MPM-in 62.1 və 104.1-ci maddələrindən (bax yuxarıda § 45) aydın olur ki, şahid işin

halları barədə məlumatı olan şəxsdir, ona məlum olan halları məhkəməyə bildirir.

78. Hazırkı işdə isə A-nin nümayəndəsi məhkəməyə işin halları barədə ona məlum olan

məlumatı deyil, özünün ehtimal formasında ifadə olunan sübyektiv mülahizəsini bildirmişdir.

79. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, A-nin nümayəndəsi A.Sadıxovun

verdiyi şahid ifadəsinin mötəbər sübut olmaması nəticəsinə gələrkən apellyasiya instansiyası
məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir.

80. Digər tərəfdən, həmin şahidin subyektiv mülahizəsi hətta mötəbər sübut kimi qəbul

olunsa belə, yenə də malın MMC-yə təhvil verilməsini təsdiqləmir.

81. İlk baxışdan, nümayəndənin mülahizəsindən belə görünə bilər ki, mal MMC-yə təhvil

verilməsəydi, MMC bu yüklərlə bağlı A-ya qarşı pretenziya irəli sürərdi. Elə kassator da öz
şikayətində həmin ifadədən məhz bu nəticənin hasil olduğunu vurğulamışdır.

82. Halbuki MMC-nin bu yüklərlə bağlı hazıradək A-ya qarşı pretenziya irəli sürməməsi

həmin malların göndərilməsinin MMC tərəfindən ümumiyyətlə sifariş edilməməsi ilə də bağlı ola
bilərdi. Təbii ki, MMC-nin sifariş etmədiyi malların ona təhvil verilməsi mümkünsüzdür. Bu isə
artıq kassatorun deyil, əksinə, MMC-nin mövqeyinin əsaslılığını güman etməyə əsas verir.

83. Bu mənada, yüklərin daşınması ilə bağlı MMC ilə A-nin arasında hər hansı müqavilənin

bağlanmasının, yaxud MMC-nin A-ya yazılı sifariş verməsinin işə baxan məhkəmələr tərəfindən
müəyyən edilməməsi məhz MMC-nin mövqeyini gücləndirmiş olur.

84. Lakin istənilən halda, yuxarıda qeyd edildiyi kimi, məhkəməyə subyektiv mülahizə

formasında verilmiş nümayəndənin şahid ifadəsi qeyri-mötəbər sübut olmaqla yanaşı, iş üzrə
birmənalı nəticəyə gəlməyə də imkan vermir.

85. Eyni zamanda, məhkəmə kollegiyası Şirkət tərəfindən EXW şərtlərinə əməl olunmasına

dair kassatorun dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə
razılaşaraq həmin nəticəni bir daha xatırlatmağı faydalı hesab edir. Apellyasiya instansiyası
məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən malların sifariş verilməsi, onun
tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, MMC ilə "xxxx" şirkəti və
ASE arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini
tapmamışdır.

86. Belə olan halda, Şirkət tərəfindən EXW şərtlərinə əməl olunmasına istinad edilməsi

əsaslı hesab oluna bilməz.

87. ASE şirkətinin İradə Lətif adlı əməkdaşı ilə Şirkətin əməkdaşı Eduard adlı şəxsin

elektron yazışmalarına gəldikdə isə, e-mail yazışmaları barədə məhkəmə kollegiyasının
mövqeyi artıq yuxarıda ifadə olunmuşdur.

88. Bundan başqa, kassator öz dəlillərində Ali Məhkəmənin iş üzrə qəbul edilmiş son

qərarında

verdiyi

bəzi

göstərişlərin

(e-mail

yazışmalarının

sübut

kimi

düzgün

qiymətləndirilməsinə, e-mail yazışmalarındakı elektron ünvanların cavabdehə və onun qanuni

təmsilçisinə məxsus olub-olmamasına, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş yazışmaların
autentikliyinin müəyyənləşdirilməsinə, "M" şirkətinin mövqeyinin məhkəmə tapşırığı verməklə
öyrənilməsinə dair göstərişlər) apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə
yetirilmədiyi bildirir.

89. Məhkəmə kollegiyası bununla bağlı bir daha aşağıdakıları bildirməyi zəruri hesab edir.
90. Yuxarıda göstərildiyi kimi, e-mail yazışmaları ilə bağlı apellyasiya instansiyası

məhkəməsinin mövqeyi qətnamədə ətraflı əks olunmuşdur. Həmin mövqe ondan ibarət
olmuşdur ki:

90.1. Şirkətin üzrlü səbəbləri olmadan birinci instansiya məhkəməsində deyil, apellyasiya

baxışında təqdim etdiyi e-mail yazışmalarının sübut kimi qəbul edilməsi prosessual normaların
tələblərinə ziddir (MPM-in 371-ci maddəsi, KMP-nin müvafiq hüquqi mövqeyi – bax yuxarıda §§
45-46).

90.2. İddiaçının vəsatəti və cavabdehin razılığı ilə elektron yazışmaların (e-mail)

eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin
verilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmiş və
həmin qurumdan müvafiq cavab alınmışdır.

90.3. Şirkətin məhkəməyə təqdim etdiyi siyahıdakı mal və avadanlıqların idxalı ilə bağlı

məsələlərin aydınlaşdırılması məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu edilmiş, həmin orqanın da cavabı
alınmışdır. Komitənin cavab məktubundan görünmüşdür ki, Şirkətin qeyd etdiyi mallar
ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir.

90.4. Elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin borcun hansı

malların, ən əsası isə iddiaçının 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş
siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır.

91. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Şirkətin

təqdim etdiyi elektron yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya
lüzum yoxdur.

92. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası

məhkəməsi Ali Məhkəmənin e-maillə bağlı göstərişləri ilə əlaqədar lazımi sorğular verərək
uyğun cavablar almış, habelə müvafiq sübutları təhlil edərək düzgün hüquqi qiymətləndirmə
aparmışdır.

93. "xxxx" şirkətinin mövqeyinin məhkəmə tapşırığı verməklə öyrənilməsinə dair göstərişə

gəldikdə isə, bununla bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir:

93.1. Şirkət özünün və ya MMC-nin "M" şirkəti arasında daşıma müqaviləsindən irəli gələn

münasibətlərin olmasına və "M" şirkətinin hazırki mübahisəyə aidiyyəti ilə bağlı heç bir sübut
təqdim etməmişdir. Təqdim etdiyi J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə
sübut hesab edilmir. Belə olan halda məhkəmə tərəfindən "M" şirkətinin üçüncü şəxs qismində
işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının
göndərilməsi

bir

növ

məhkəmə

tərəfindən

sübut

toplanması,

obyektiv

həqiqətin

müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə, tərəflərin bərabərliyi və formal həqiqət
prinsiplərinin pozulması anlamına gəlir.

93.2. Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım

haqqında ikitərəfli müqavilə bağlanılmamış, həmçinin Azərbaycan Respublikası 1 mart 1954-cü
il tarixdə Haaqada qəbul edilmiş "konvensiyaya qoşulmamışdır.

94. Əlavə olaraq, məhkəmə kollegiyası həmin məsələ ilə əlaqədar apellyasiya instansiyası

məhkəməsinin qətnaməsində göstərilmiş işin daha iki halına istinad etməkdə fayda görür:

94.1. Şirkətin təqdim etdiyi J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də,

həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı
qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında
MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi
iddia edilən malların MMC üçün daşınması və sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən
sübut kimi qəbul oluna bilməz.

94.2. Dövlət Gömrük Komitəsinin məlumatından görünür ki, Şirkətin məhkəməyə təqdim

etdiyi siyahıda əks olunmuş mallar ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir.

95. Beləliklə, məhkəmə kollegiyası Ali Məhkəmənin "M" şirkətinin mövqeyinin məhkəmə

tapşırığı verməklə öyrənilməsinə dair göstərişi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin
gəldiyi nəticə ilə də razılaşır.

96. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassatorun

gətirdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən hüquq
pozuntularına yol verilməsini təsdiq etmir, ona görə də qətnamənin ləğvi üçün əsas ola bilməz.

97. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı “İddiaçı” Şirkətinin kassasiya şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli 2-

2(103)-89/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.