2-2[102]-389/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-389/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

İddiaçı “X” ASC-nin Cavabdeh MMC-yə

qarşı iş üzrə 

Q Ə R A R

Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcunun tutulması

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva

Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və

Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün
Lətifovun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə,

iddiaçı “X” ASC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış

borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 2-2(106)-33/2021 nömrəli 2021-ci il 20 aprel tarixli qətnaməsindən
cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

İşin halları:

1. 2019-cu il 10 aprel tarixli, O000539518 saylı müqavilədən  görünür ki, “X” ASC

(Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır.
Müqaviləyə əsasən, “Satıcı” 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq
sement növünü “Alıcı”ya satmağı, “Alıcı” isə malı almağı və dəyərini ödəməyi öhdəsinə
götürmüşdür.

2. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə 2019-cu il 10 aprel tarixli

“Qiymət” əlavəsindən görünür ki, “X” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 2019-
cu il 31 dekabr tarixinə kimi “XXX” adlı məhsulun qiymətinin 105 manat (çatdırılma daxil,
ƏDV xaric) və 123,90 manat (çatdırılma və ƏDV daxil), 2019-cu il 22 avqust tarixli
“Qiymət” əlavəsindən görünür ki, “X” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 2019-
cu il 31 dekabr tarixinə kimi “XXX” adlı məhsulun qiymətinin 89 manat (çatdırılma daxil,
ƏDV xaric) və 105,02 manat (çatdırılma və ƏDV daxil), 2019-cu il 28 oktyabr tarixli
“Qiymət” əlavəsindən görünür ki, “X” ASC-nin daxili qiymət siyasətinə uyğun olaraq 2019-
cu il 31 dekabr tarixinə kimi “XXX” adlı məhsulun qiymətinin 100,80 manat (çatdırılma
daxil, ƏDV xaric) və 118,94 manat (çatdırılma və ƏDV daxil) müəyyən olunmuşdur.

3. Yük-nəqliyyat qaimələrindən görünür ki, “X” ASC ilə Cavabdeh MMC arasında

bağlanmış 2019-cu il 10 aprel tarixli, O000539518 saylı alqı-satqı müqaviləsinə əsasən,
“X” ASC tərəfindən 2019-cu il 14 iyun tarixdə, 2019-cu il 15 iyun tarixdə, 2019-cu il 23
avqust tarixdə, 2019-cu il 24 sentyabr tarixdə və 2019-cu il 25 sentyabr tarixdə “Klinker
Normal” adlı məhsullar "xxxx" MMC-yə göndərilmiş, yük-nəqliyyat qaimələri məhsullar
imzalanmış və möhürlənmiş, mallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.

4. 2019-cu il 30 sentyabr tarixli üzləşmə aktından (i.v.88) görünür ki, Cavabdeh MMC-

nin 2019-cu il 30 sentyabr tarixə “X” ASC olan borcunun miqdarı 68.054,92 manat təşkil
edir. Üzləşmə aktı “X” ASC və Cavabdeh MMC tərəfindən imzalanaraq, möhürlərlə təsdiq
olunmuşdur.

5. Elektron qaimə fakturalardan görünür ki, “X” ASC tərəfindən "xxxx" MMC-yə 2019-

cu il 18 iyun tarixdə verilmiş 56.800 ton və 439.600 ton “X3” markalı sement məhsulun
dəyəri olan 7.037,52 manat və 54.466,44 manat, 2019-cu il 26 avqust tarixdə verilmiş
200.360 ton sement məhsulunun dəyəri olan 21.041,80 manat, 2019-cu il 25 sentyabr
tarixdə verilmiş 86.940 ton sement məhsulunun dəyəri olan 9.130,43 manat, 2019-cu il 26
sentyabr tarixdə verilmiş 114,640 ton məhsulun dəyəri olan 12.039,49 manat pulların
ödənilməsi Cavabdeh MMC-dən tələb olunmuş, Cavabdeh MMC elektron qaimələri
elektron qaydada qəbul edərək təsdiq etmişdir.

6. “X” ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 10 fevral tarixli

pretenziya məktubundan görünür ki, 2019-cu il 10 aprel tarixli, O000539518 saylı alqı-
satqı müqaviləsinə əsasən, MMC-yə klinker məhsulu satılmışdır. Müqavilə əsasında
tərəflərindən göndərilən malların dəyəri tam ödənilməmiş, 65.054,9 manat məbləğində
borc qalmışdır. Müqavilənin 7.2-ci maddəsinə əsasən 7.017,7 manat cərimə
hesablanmışdır. Xəbərdarlıqlara baxmayaraq bu günə qədər borc məbləğini ödəməmişdir.
Qanunun tələblərinə uyğun olaraq 2020-ci il 17 fevral tarixədək 65.054,9 manat borcun
ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda,
qanunvericiliyin tələblərinə əsasən borcun, əsas borcla yanaşı mülki qanunvericiliyə
əsasən hesablanmış faizlərin, dəymiş maddi ziyanın və məhkəmə xərclərinin tutulması
tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı “X” ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra

mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət
edərək, 2019-cu il 10 aprel tarixdə bağlanmış O000539518 saylı alqı-satqı müqaviləsi üzrə
iddiaçının xeyrinə 59.055 manat məbləğində əsas borcun, 7.017,7 manat cərimə
məbləğinin, cəmi 66.072,7 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə
30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 10 aprel tarixdə

bağlanmış O000539518 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə klinker
məhsulları satmağı, sonuncu isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə
götürmüşdür. Müqavilə əsasında klinker məhsulları göndərilsə də, cavabdeh göndərilmiş
məhsulların dəyərini tam olaraq ödəməmişdir. Belə ki, 59.055 manat məbləğində borc bu
günə kimi ödənilməmiş qalmışdır. 2020-ci il 10 fevral tarixdə şirkətləri cavabdehə
pretenziya məktubu göndərilsə də, indiyədək borc ödənilməmişdir.

9. Cavabdeh 2019-cu il 10 aprel tarixdə bağlanmış O000539518 saylı alqı-satqı

müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş
şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan
yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin
həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirdiyinə görə indiki tarixədək yaranmış
cərimə məbləği 7.017,7 manat təşkil edir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki

Məcəlləsinin (bundan sonra mətndə MM) 21.2, 385.1, 442, 443.1-ci maddələrinə istinad
etmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilməmişdir.

12. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 15 iyul tarixli, e-2-2(121)-5430/2020

nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 59.054,92 manat əsas
borc, 200 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 27 manat
olmaqla, cəmi 59.281,92 manat pul tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə
təmin edilməməsi qət edilmişdir (hakim Rafiq İsmayılov).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qarşılıqlı borcların

üzləşdirilməsi barədə 2019-cu il 30 sentyabr tarixli akta əsasən, cavabdehin həmin tarixə
68.054,92 manat borcu olduğuna, lakin sonradan terminallar vasitəsilə cəmi 9.000 manat
ödəniş edilərək, hazırda 59.054,92 manat borcunun qaldığını bildirmişdir. Bundan əlavə,
cavabdehin alqı-satqı müqaviləsinə əsasən, qarşılıqlı borcların üzləşdirilməsi barədə
2019-cu il 30 sentyabr tarixli akta, yük-nəqliyyat qaimələrinə və elektron qaimələrə
əsasən, iddiaçıya 59.054,92 manat məbləğində borcunun olması iş materialları ilə tam
təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya
daha az olmasına dair hər-hansı sübut təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə
qismən təmin olunmalı, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə
cavabdehdən 59.054,92 manat borc (iddia ərizəsində 59.055 manat tələb edilir)
tutulmalıdır.

14. Tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək hesab edilərək, 200

manat dəbbə pulu (cərimə) tutulması qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 445.1,

445.2, 448.2, 449.1, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra mətndə MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya

məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qətnamə
qəbul olunması xahiş edilmişdir.

a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel

tarixli 2-2(106)-33/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya
şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən
saxlanılması qət edilmişdir (sədrlik edən məruzəçi hakim Tofiq Heydərov, hakimlər Tale
Kərimov və İsmayıl Əhmədov ).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə

razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları
kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı
münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını
tətbiq etmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia

tələbinin yaranması üçün əsas olan alqı-satqı müqaviləsi, üzləşmə aktı, yük-nəqliyyat
qaimələrində və digər sənədlərin həqiqiliyini mübahisələndirmir. Buna görə də, alınan
mallara görə ödənilməli olan borcun qaytarılmamasının əsası kimi qəbul edilə bilməz.

20. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in

385.1, 443.1, 442, 445.1, 445.7, 448.1, 467, 567, 600.1, 60.4, 627.1, Azərbaycan
Respublikası MPM-in 14.2, 88, 217.1, 217.4-ci maddələrinə istinad etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərə 2021-ci il 30 aprel

tarixdə təqdim olunmuşdur.

22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası

məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün həmin
məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı

iştirakçılarının izahatları

a) Kassasiya şikayətinin dəlilləri:

23. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq

normaları pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş məhkəmə-xətşünaslıq
ekspertizasının keçirilməsi barədə vəsatətdə göstərilmişdir ki, məhkəməyə təqdim
olunmuş alqı-satqı müqaviləsi, üzləşmə aktı, yük-nəqliyyat qaimələrində və digər
sənədlərdəki göstərilən imza cavabdehin direktoru E.İdrisova məxsus deyil. Alqı-satqı
müqaviləsi, 2019-cu il 10 aprel tarixli, 2019-cu il 22 avqust tarixli, 2019-cu il 28 oktyabr
tarixli alqı-satqı müqaviləsinə Qiymət Əlavələrindəki, yük-nəqliyyat qaimələrindəki imzalar
bir-birindən nəzərə çarpacaq qədər fərqləndiyini, həmçinin 2019-cu il 30 sentyabr tarixdə
tərtib olunmuş üzləşmə aktını iddiaçı tərəfindən baş mühasib, Ə.Salahov imzalasa da,
cavabdeh tərəfindən aktı imzalayan şəxsin adı və vəzifəsinin göstərilmədiyi bildirilsə də,
bu faktlar məhkəmə tərəfindən münasibət bildirilməmişdir.

24. Bundan başqa, iddiaçı tərəfindən tərtib olunmuş nəqliyyat qaimələrində müştəri

qrafasında ad, soyad, ata adı göstərilmədən bir-birindən fərqlənən imzalar qeyd
olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdəki imzalarla Elman
İdrisova məxsus şəxsiyyət vəsiqəsində fiksə olunan imza arasındakı fərqi görmək xüsusi
diqqət tələb etmir. Məhkəmə tərəfindən bu anlaşılmazlığın aydınlaşdırılması məqsədi ilə
notarial qaydada təsdiq edilmiş imza nümunələri təqdim edilərək, məhkəmə-xətşünaslıq
ekspertizasının keçirilməsini xahiş edilsə də, apellyasiya məhkəməsi tərəfindən birinci
instansiya məhkəməsinə təqdim edilmiş vəsatətə münasibət bildirməməsinə heç bir
hüquqi qiymət verməmişdir.

25. Vəsatət təmin edilmiş olsa idi, mülki prosessual qanunvericiliyə əsasən mötəbər

sübutlardan hesab olunan ekspert rəyinə əsasən alqı-satqı müqaviləsi, üzləşmə aktı, yük-
nəqliyyat qaimələrində və digər sənədlərdəki imzanın E.İdrisova məxsus olmaması və
bununla da, iddiaçı qarşısında heç bir borc öhdəliyinin olmaması aşkar edilmiş olardı.
Çünki, həmin imzaların fərqliliyini və E.İdrisova məxsus şəxsiyyət vəsiqəsində, notarial
təsdiq edilmiş imza nümunələrində fiksə olunan imza olmadığını adi gözlə belə görmək

mümkündür. Adları qeyd olunan sənədlərdə cavabdehin möhürünün olması isə həmin
sənədlərin onun tərəfindən təsdiq edilməsinin sübutu sayıla bilməz.

26. Bundan başqa, cavabdehə məxsus möhürün daim otaqda olması möhürdən

kimlərinsə istifadə etməsinə şərait yarada bilər. Direktorun qeyd olunan sənədlərdən
xəbəri yoxdur. Həmin sənədləri imzası ilə təsdiq etməmişdir. Borcu ümumiyyətlə qəbul
etmir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və iddiaçıya
hər hansı bir borcu qalmamışdır.

27. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MPM-in 402, 405.01-ci

maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazın dəlilləri:

28. Cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin olmaması barədə iddiaları əsaslı

deyildir. Çünki, mallar cavabdeh tərəfindən yük-nəqliyyat qaimələri imzalanaraq və
möhürlənərək qəbul edilmiş, malların satılmasına dair cavabdehə elektron qaimələr
göndərilmişdir.

29. Bundan başqa, cavabdehlə imzalanmış 2019-cu il 30 sentyabr tarixli üzləşmə

aktına əsasən cavabdehin 2019-cu il 30 sentyabr tarixinə borcu 68.054,92 manat təşkil
etmişdir. Həmin üzləşmə aktı həm də cavabdehin möhürü ilə təsdiq edilmişdir. Bundan
sonra cavabdeh tərəfindən 9.000 manat ödəniş edilmişdir. Bu da onu göstərir ki, cavabdeh
tərəfindən mallar qəbul edilmişdir.

30. Cavabdeh kassasiya şikayətində göstərir ki, möhür daim otaqda olmadığına görə

onu kimlərinsə istifadə etməsinə şərait yarana bilər və direktorun qeyd olunan sənədlərdən
(yəni, möhürlənən sənədlər nəzərdə tutulur) xəbəri yoxdur. Bu arqumentlerin iddiaçıya heç
bir aidiyyatı yoxdur, möhürün kimdə olmasının qərarını direktor müəyyən edir və bunun
məsuliyyətini də o, daşıyır.

31. Mülki

prosessual

qanunvericilikdə

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları sayılmışdır. Cavabdehin qeyd
etdiyi arqumentlər həmin əsaslara dayanmır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçının vəkili B.Məmmədov kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin
əsassız olduğunu göstərmiş, şikayətin təmin olunmamasını xahiş etmişdir.
33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına
baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə
göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə
qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə
kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün
hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi).

İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə
uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh tərəfindən məhkəmə aktı iddianın təmin edilmiş hissəsində

mübahisələndirilmiş, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya
şikayəti verməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın
təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat
çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə
yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apelEyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün
tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün
işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya
instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki
halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı
 
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti

etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya
müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
vardır.

385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə

istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin
hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.”

“Maddə 406. Müqavilənin forması
 
406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu

şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

...”

“Maddə 427. Öhdəliyin icrası müddəti
 
427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını

tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək

mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan
müddətdə icra etməyə borcludur.

427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa

və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an
icra edilməlidir.

427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə

müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün
müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar
adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli
gəlməsin.

427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin

şərtin baş verdiyi gündən icra edilməlidir.”

 
“Maddə 445. Borclunun icranı gecikdirməsi
 ...
445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış

edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə
borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

..”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
 
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk

dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün

məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə
məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

...”

“Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət
 
449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,

onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız
əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər
ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün
bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə
kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

...”

“Maddə 567. Alğı-satqı müqaviləsi
 
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul

edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi
 
600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra

ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə
tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci
maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə

satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə
tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində

nəzərdə tutulan qaydalar tətbiq edilir.

600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək

vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın
qaytarılmasını tələb edə bilər.

600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra

etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda
gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu
Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən
əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi
nəzərdə tutula bilər.”

38. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə
tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə

etməlidir.

...”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara

tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün
qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”.

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və

prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi

tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq
normaları düzgün tətbiq edilmiş (bax yuxarıda § 36), qətnamənin ləğvinə əsas olan
prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası
məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehin kassasiya şikayətinin iş üzrə məhkəmə-xətşünaslıq ekspertizanın

təyin edilməsinə dair vəsatətə hüquqi qiymət verilməməsinə dair dəlili ilə bağlı məhkəmə
kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsinə
ünvanlanmış həmin vəsatət 2020-ci il 15 iyul tarixində keçirilmiş məhkəmə iclasında
iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edilərək, hüquqi qiymət verilmişdir.

41. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki

hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha
mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və
nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə
malikdirlər. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, üzləşmə aktı, yük-nəqliyyat
qaimələri cavabdehin möhürü ilə təsdiq edilmişdir. Bu baxımdan Kollegiya hesab edir ki,
kassasiya şikayətinin həmin dəlili iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz.

42. Cavabdehin kassasiya şikayətində ümumi ifadələrlə apellyasiya instansiyası

məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunsa
da, konkret olaraq pozuntunun nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır
ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq
normalarının tətbiqi ilə məhdudlaşır.

43. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki,

apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı,
kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

44.Şərh edilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq

məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın.
Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-33/2021

nömrəli 2021-ci il 20 aprel tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə
dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən:

K.N.Abiyeva

Hakimlər:

İ.A.Dadaşov

B.F.Qəribov