2-2[102]-390/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-390/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması

Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2

Elxan oğluna, Cavabdeh3, Cavabdeh4

qızına, Cavabdeh5 və Cavabdeh6

Akif oğluna qarşı iş üzrə

Q Ə R A R

 
  

 Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun ipoteka

predmeti olan daşınmaz əmlaka yönəldilməsi, iddia müddəti

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim

Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş
oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Elgün Lətifovun katibliyi,
iddiaçının vəkili X4, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə,

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel

tarixli 2-2(106)-90/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya
şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

I. İŞİN HALLARİ

1. İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü il 11

aprel tarixli 3455 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 6% dərəcəsi ilə, 36
ay müddətinə iri buynuzlu mal-qaranın yetişdirilməsi üçün 15.000 (on beş min) manat
məbləğində kredit verilməsinə dair tərəflər razılığa gəlmişlər.

2. 2013-cü il 11 aprel tarixli kassa məxaric orderinə əsasən 2013-cü il 11 aprel

tarixdə 15.000 manat məbləğində kredit İddiaçı ASC tərəfindən Cavabdeh2
ödənilmişdir.

3. İddiaçı ASC-nin Biləsuvar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında

bağlanmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı ipoteka müqaviləsinə əsasən,
Cavabdeh1 məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq
sahəsində yerləşən 199,2 m

2

ümumi, 78,8 m

2

yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5

otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü
edilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı,

******* saylı çıxarışından görünür ki, Cavabdeh1 məxsus Biləsuvar şəhəri, H.Aslanov
küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2 m

2

ümumi, 78,8 m

2

yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin
Biləsuvar filialının xeyrinə 2013-cü il 16 aprel tarixdə dövlət qeydiyyatına alınmaqla,
ipoteka ilə yüklü edilmişdir.

5. 2020-ci il 17 mart tarixli, **********864 saylı

və 2020-ci il 18 mart tarixli,

**********890 saylı bildirişlərdən görünür ki, İddiaçı ASC-nin Biləsuvar filialı ilə Əsgərov
Elxan Rövşən oğlu arasında bağlanılmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı kredit
müqaviləsi əsasında aldığı 15.000 manat kreditə görə 10.654,93 manat məbləğində
kredit borcunun olması barədə Əsgərov Elxan Rövşən oğlu, Cavabdeh6, Cavabdeh5,
Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 xəbərdar edilmiş, əks təqdirdə məhkəməyə
müraciət olunacağı barədə məlumatlandırılmışdır.

6. LPO İddiaçı ASC-nin 2020-ci il 16 mart tarixli, **********831 saylı arayışından

görünür ki, 2013-cü il 11 aprel tarixli, 3455 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 2020-ci
il 17 fevral tarixə banka 7.503 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb
olunan faiz 1.005,40 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və
tələb olunan cərimə 1.061.81 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə
gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.084,72 manat faiz borcu olmaqla, ümumi
borcu 10.654,93 manat təşkil edir.

7.  LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə ünvanlanmış 2020-ci il 18 mart
tarixli, **********868 saylı ərizədən görünür ki,  Fond ərizə ilə Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın
yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir.

8. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə

Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki,
Cavabdeh2  LPO İddiaçı ASC-yə olan əsas kredit borcu 7.503 manat təşkil etmiş, həmin
kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə
restrukturizasiya olunması təklif olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a)

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu

(bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,
Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 (bundan sonra mətndə cavabdehlər) qarşı iddia
ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 7.503 manat
əsas, 1.005,40 manat faiz, 1.061,81 manat məbləğində cərimə və 1.084,72 manat kredit
müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 10.654,93
manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi
üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə
ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4, X1, Cavabdeh1,
Cavabdeh6, Cavabdeh5 Allahverdi oğluna məxsus olan, Biləsuvar şəhəri, Həzi Aslanov
küçəsində, 0,17 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evinə torpaq sahəsi
ilə birlikdə tutmanın yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq
hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və
ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə
kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçının xeyrinə
ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında

bağlanmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36
ay müddətinə, illik faiz 6% ödənilmək şərtilə 15.000 AZN məbləğində kredit vəsaiti
verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdehlər Cavabdeh4, X2,
Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğlu ilə həmin tarixdə 2013-ci il 11 aprel
tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən,
xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5
Allahverdi oğluna məxsus olan, Biləsuvar şəhəri, Həzi Aslanov küçəsində, 0,17 ha torpaq
sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə
ipoteka ilə yüklü edilmişdir.

11. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış

faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi
öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya
lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş
məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka
ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini
pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən
öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

12. Hazırda borclunun Banka ödənilməmiş 7.503,00 manat əsas, 1.005,40 manat

müddət sonuna hesablanan faiz, 1.061,81 manat məbləğində cərimə və 1.084,72 manat
kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi
10.654,93 AZN borcu mövcuddur. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 2013-cü il 11
aprel tarixli, 3455 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 2013-cü il 11
aprel tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən
Cavabdeh4, X1, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 Allahverdi oğluna məxsus olan,
Biləsuvar şəhəri, X küçəsində, 0,17 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış
evi ASC-də ipoteka ilə yüklü edilmişdir. Borc ödənilmədiyindən məhkəməyə müraciət
olunmuşdur.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki

Məcəlləsinin (bundan sonra mətndə MM) 317.1, 317.2, 385.1, 386.1, 442, 445.1, 445.2,
448.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra
mətndə MPM) 4.1-ci maddələrinə istinad etmişdir.

14. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 22 iyul tarixli e-2-2(121)-809/2020

saylı

qərardadı

ilə

məhkəmə-mühasibatlıq

əmtəəşünaslıq

ekspertizaları

(qiymətləndirmə) təyin edilmişdir (hakim Rafiq İsmayılov).

15. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertiza Mərkəzi tərəifndən 2020-ci il 14 sentyabr tarixli, 9/3441 saylı ekspert
rəyi verlmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında
bağlanmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri
nəzərə alınmaqla Cavabdeh2 müqavilə müddətinə, yəni 2016-cı il 11 aprel tarixədək əsas
borc üzrə 7.499,94 manat, faiz borcu 333,75 manat, maliyyə arayışı müddətinə 2020-ci il
17 fevral tarixinə əsas borc üzrə 7.499,94 manat, faiz borcu üzrə 1.777,49 manat təşkil
edir.

16. Həmçinin "xxxx" MMC-nin 2020-ci il 8 oktyabr tarixli, G-10/20-231 saylı fərdi

yaşayış evinin qiymətləndirilməsi barədə rəy verilərək göstərilmişdir ki, Cavabdeh1
məxsus Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0.17 hektar torpaq sahəsində
yerləşən 199,2 m

2

ümumi, 78,8 m

2

yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi

yaşayış evinin likvid dəyəri 85.000 manat təşkil edir.

17.Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ilə müracəit

edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir.

18. Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, e-2-2(121)-

809/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rafiq İsmayılov).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı

tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2
həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia qismən
əsaslı olsa da, təmin edilməməlidir. Çünki, tərəflər arasında bağlanmış 2013-cü il 11 aprel
tarixli, 3455 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 7.503 manat əsas borcun olması iş
materialları ilə qismən sübut olunur. Həmçinin problemli kreditlərin kompensasiyası üzrə
portaldan çıxarışdan görünür ki, Cavabdeh2 iddiaçıya olan əsas kredit borcu 7.503 manat
kimi qeyd edilmişdir.

20. Lakin 2020-ci il 14 sentyabr tarixli, 9/3441 saylı ekspert rəyi ilə onun əsas

borcunun 7.499,94 manat olduğu müəyyən olunmuşdur. Belə olan halda, Cavabdeh2
iddiaçıya əsas kredit borcu 7.499,94 manat olduğu halda, iddiaçı tərəfindən hesablama
düzgün aparılmamış, cavabdehin borcu düzgün olmayaraq 7.503 manat hesablanmış,
həmin məlumatlar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına
ötürülmüşdür ki, bu məlumatlar da öz növbəsinə portala 7.503 manat əsas borc kimi
işlənmişdir. Başqa sözlə, iddiaçı tərəfindən verilmiş düzgün olmayan hesablama əsasında,
cavabdehin əsas borcunun problemli kreditlərin kompensasiyası üzrə portalda 7.503
manat kimi qeyd olunması onun qeyd olunan həcmdə əsas borcunun olmasına əsas ola
bilməz. 2020-ci il 14 sentyabr tarixli, 9/3441 saylı ekspert rəyi ilə cavabdehin əsas
borcunun 7.499,94 manat olduğu müəyyən olunur.

21. Digər tərəfdən, mübahisələndirilən borc məbləğinə “Azərbaycan Respublikasında

fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28
fevral tarixdə 551 nömrəli Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə
borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Sadalananlara əsasən, cavabdehə
münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində
manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə
hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən
etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin
restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız əsas borcun 7.499,94
manat hissəsində əsaslı, faiz borcu və cərimə hissəsində isə əsassızdır. Belə ki, Fərmanın
tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb
üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya
olunması təklif olunan məbləği müəyyən edəcəkdi.

22. Gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 1.084,72 manat faiz

tələbinə münasibətdə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi
üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə
tutulmuşdur, yəni MM-in 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil,

yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Dəbbə pulundan əlavə
dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

23. Bundan əlavə, iddiaçının Biləsuvar filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında

2013-cü il 11 aprel tarixli, 3455 saylı ipoteka müqaviləsi bağlanılmışdır. Borcun ipoteka
predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun
ödənilməsi tələbi qismən əsaslı hesab edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbin
ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6
məxsus Biləsuvar şəhəri, X küçəsində olan 0.17 hektar torpaq sahəsində yerləşən 199,2
m2 ümumi, 78,8 m2 yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə
(0,17 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsini xahiş etmişdir. 2013-cü il 11 aprel tarixli,
3455 saylı ipoteka müqaviləsinin predmeti yalnız Cavabdeh1 məxsus fərdi yaşayış evidir.
Müqavilədə fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi ipoteka predmeti kimi
nəzərdə tutulmadığından, iddia həmin hissədə əsassızdır.

24. Digər tərəfdən, tələbin cavabdeh kimi qeyd olunan Cavabdeh3, Cavabdeh4,

Cavabdeh5 və Cavabdeh6 yönələn hissəsi əsassız hesab edilmişdir. Belə ki, qeyd olunan
cavabdehlər hazırki iş üzrə hər-hansı müqavilə tərəfi deyildirlər və iddiaçı qarşısında hər-
hansı öhdəlik götürməmişdirlər.

25. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddianı qismən əsaslı

hesab etsə də, aşağıda qeyd olunanlara əsasən onun təmin edilməməsi qənaətinə
gəlmişdir.

26. Belə ki, iddiaçının Biləsuvar filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit

müqaviləsi 3 il müddətinə, yəni 2016-cı il 11 aprel tarixədək bağlanmışdır və bu müqavilə
üzrə ödənişlər həmin tarixdə bitməli idi. Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi
üzrə Cavabdeh2 tərəfindən sonuncu dəfə 2015-ci il 14 iyul tarixdə ödəniş edilmişdir.
Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına 2020-ci il 11 iyun tarixdə, yəni müqavilə
üzrə müddətin bitməsindən 4 (dörd) ildən artıq müddət keçdikdən sonra məhkəməyə
təqdim edilmişdir.

27. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi

ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə
qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının 2019-cu il 27 mart tarixli ********** saylı qərarı ilə təsdiq
edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya
nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə
hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən
edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının
restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı
müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırki iddia üzrə iddia
müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən
iddia təmin edilməməlidir.

28. Məhkəmə həmçinin nəzərə almışdır ki, Azərbaycan Respublikasında fiziki

şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral
tarixli, 551 nömrəli Fərman ilə iddia müddətinin axımının MM-in 379.1-ci maddəsinə
əsasən dayandırılması kimi qəbul edilsə belə, Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının 2019-cu il 27 mart tarixli ********** saylı qərarı ilə təsdiq
edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya
nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə
hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən
edilməsi Qaydası”na əsasən, müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa
çatdığı nəzərə alınmaqla, 2020-ci il 1 yanvar tarixdən iddia müddətinin axımı Azərbaycan
Respublikasının MM-in 379.4-cü maddəsinə əsasən davam etdiyindən, iddia müddəti
yenə də ötürülmüşdür və belə olan halda iddia təmin edilməməlidir.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 269.7, 373.2, 373.3,

375.2, 376, 379.1, 379.4, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanunun 34, 39.3.3, 41.1-ci maddələrinə, Azərbaycan

Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər
haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanın 1, 5.1, 8.6-cı bəndlərinə və
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın
ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 saylı
qərardadına istinad etməklə əsaslandırmışdır.

30. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin

təmin edilməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel

tarixli, 2-2(106)-90/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş,
birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul
edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh2 7503 (yeddi min beş yüz üç manat)
manat pulun alnaraq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi,
ipoteka ilə yüklü edilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında
Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə
cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 məxsus olan Biləsuvar
şəhəri, X küçəsində yerləşən 67 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0,17 ha
torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait borcun
ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan likvid satış qiyməti 85.000
(səksən beş min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə
təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim Tofiq Heydərov, hakimlər Tale
Kərimov və İsmayıl Əhmədov).

32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəsini əsaslandıraraq

göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28
fevral tarixli, 551 nömrəli Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq
ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması,
vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin
bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin
güzəştlərin bankların vəsaiti ilə deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki səxslərlə 2012-ci il yanvarın 1-
dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas
məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil
edilmişdir.

33. Cavabdehlərin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz

halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə
arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad
edilən kimi deyil, 7503 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin
kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. İnternet portalında ümumi
borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən
məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir.

34. Bundan əlavə, kredit müqaviləsi üzrə tələb olunan borcun mövcud olamasını

birinci instansiya məhkəməsi nəzərə almamışdır. Belə ki, tərəflər arasında dövlətin dəstəyi
ilə kompensasiya olunaraq təklif olunan 7.503 manat borc pulun qaytarılması ilə yeni
müqavilə münasibəti yaranmış iddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi)
göndərilmiş və cavabdeh borclu Cavabdeh2 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə
təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. Fərmanının icrasından sonra
iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 7.503 min manat təşkil etməsi
və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə
münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək
istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə

qaydasında tələb etmək hüququ yaranır. Problemli kreditlərin kompensasiyası üzrə
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından
çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin
izahından görünür ki, Cavabdeh2 2019-cu il 1 mart tarixinə əsas kredit borcu (manat
ekvivalentində) 7.503 manat məbləğində müəyyən edilmişdir.

35. Tərəflər arasında müqavilə üzrə tələb etmə müddəti məhz tərəflər arasında yeni

müqavilə münasibəti yarandığı vaxtdan, yəni 2019-cu il 1 mart tarixdən hesablanmalıdır.
Baxmayaraq ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki
halları araşdırmamış, nəzərə almamışdır ki, Fərmanı ilə banklar ilə fiziki şəxslər arasında
olan kredit müqaviləsi üzrə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar
qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinin 10.000 ABŞ
dolları və 17.000 manat məbləğində kompesasiya olunması üçün tədbirlər görülməsi
qərara alınmış və tərəflər arasında borcun qaytarılması ilə bağlı iddia müddətinin axımı
dayanmış və tərəflər arasında təklif olunan kompensasiya üzrə yeni müqavilə münasibəti
yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinə cavabdehin ərizəsi üzrə iddia
müddətinini tətbiq etməklə maddi və prosessual hüquq normalarını səhv təfsir və tətbiq
etməklə yekun nəticəyə gəlmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla
qanuni və əsaslı olmamışdır.

36. Bundan əlavə, Cavabdeh2 üzərinə düşən öhdəliyi icra etmədiyi üçün, borcun

ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsi hissəsində iddia tələbi əsaslı
hesab edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-

in 317.1, 319.1, 319.4, 377.1, 379.1.5, 379.4, 550, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanunun 1.0.1, 33, 34, 39.3.3, 41.1-ci maddələrinə, Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli
kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli
istinad etməklə əsaslandırmışdır.

38. 2021-ci il 23 aprel tarixində apellyasiya məhkəməsinin qətnaməsi tərəflərə

göndərilmişdir.

39. 2021-ci il 28 iyun tarixində Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilərək,

apellyasiya instansiyası məhkəməsinə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin
edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri

40. İddia müdətinin tətbiq olunmaması qənaətinə gələn apellyasiya məhkəməsi

tərəflər arasında yeni müqavilə münasibətinin yaranmasından bəhs etsə də, iş
materiallarında iddiaçı tərəfindən Cavabdeh2 restrukturizasiya olunmalı olan məbləğin
yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmasının təklif edilməsi ilə bağlı hər hansı
bir sübuta istinad edilməmişdir. Cavabdeh2 iddiaçı tərəfindən bununla bağlı heç bir təklif,
bildiriş göndərilməmiş və güzəştli şərtlərin müzakirə edilməsi üçün müraciət edilməmişdir.

41. Qətnamədə oferta və aksept, razılaşma və s. terminlərdən istifadə etməklə

tərəflər arasında yeni münasibətlərin yaranmasını əsaslandırmağa çalışmaqla MM-in 418-
ci maddəsinin tələbləri pozulmuşdur.

42. Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən

sonuncu dəfə 2015-ci il 14 iyul tarixində ödəniş edilmişdir. Hazırki iddia ərizəsi isə
məhkəmənin icraatına 2020-ci il 11 iyun tarixdə, yəni müqavilə üzrə müddətin bitməsindən
4 (dörd) ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh
tərəf ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia
müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi
məhkəmədən xahiş etmişdir.

43. İpoteka predmetinə tutma yönəldilməsi tələbi heç bir əsaslandırma aparılmadan

təmin edilmişdir.

44. Birinci instansiya məhkəməsi haqlı olaraq Zaminbank” ASC-nin Biləsuvar filialı ilə

Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı
ipoteka müqaviləsinin predmeti yalnız Cavabdeh1 qızma məxsus fərdi yaşayış evinin
olması, müqavilədə fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsinin ipoteka
predmeti kimi nəzərdə tutulmadığından, iddianın həmin hissədə əsassız olması, hazırki iş
üzrə hər-hansı müqavilə tərəfi olmadıqlarından və iddiaçı qarşısında heç bir öhdəlik
götürmədiklərindən iddia ərizəsində cavabdeh kimi qeyd olunan Cavabdeh3 qızma,
Cavabdeh4 qızma, Cavabdeh5 və Cavabdeh6 yönələn hissəsini əsassız hesab etmişdir.
Qeyd olunan şəxslərin cavabdeh olmalarının labüdlüyü qənaətinə gələn apellyasiya
məhkəməsi qətnamənin qət etdi hissəsində tutmanı ipoteka ilə yüklü edilmiş əmlaka
yönəldərkən bütün cavabdehlərin adlarını qeyd etsə də, mülki iş üzrə cavabdeh olaraq
gördüyü Cavabdeh5 qeyd etməmişdir.

45. Bundan başqa, birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş

ekspertizanın nəticəsi olaraq Cavabdeh2 iddiaçıya olan əsas borcu 7.499,94 manat
müəyyən edilsə də, məhkəmə cavabdehdən tutulmalı olan həmin məbləğin 7503 manat
olaraq müəyyən etdiyini əsaslandırmamışdır.

46. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası

MM-in 373.2, 373.3, 375.2, 379.1, 418.1-ci maddələrinə istinad etmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

s)Məhkəmə icraatı iştirakçılarının izahatları

48. Cavabdeh2 in vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin

edilməsini xahiş etmişdir.

49. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin

edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş etmişdir.

II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə
uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. İş üzrə Cavabdeh2 kassasiya şikayətinin nəticə hissəsində apellyasiya

instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, iddianın təmin edilmiş
hissəsində mübahisələndirilmişdir. Başqa sözlə, məhkəmə aktı iddianın təmin
olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də, hazırkı icraat
çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə
yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa

da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını
düzgün

tətbiq

edib-etməməsini

yoxlayarkən

hüquqi

məsələlərin

düzgün

qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki
hallarına

istinad

etməsi

faktiki halların

yoxlanılması

araşdırılması

kimi

qiymətləndirilməməlidir.

III.

TƏTBİQ EDİLƏN HÜQUQ

53. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar

nəzərdə tutulmuşdur:

“Maddə 372. İddia müddəti anlayışı
 
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən

çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia

müddəti sayılır.”

 
“Maddə 373. İddia müddətləri
 ...
373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı

müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

...”
 
“Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi
 
374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və

onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə

ilə müəyyənləşdirilir.”

 
“Maddə 375. İddia müddətinin tətbiqi
 
375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı

olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə

qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi
barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində
qərar çıxarması üçün əsasdır.”

 
“Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi
 
Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama,

zaminlik, beh) üzrə də iddia müddəti keçir.”

 
“Maddə 377. İddia müddətinin başlanması
 
377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya

bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra

müddəti bitdikdə başlanır.

377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə

müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək
tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin
icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən
sonra hesablanmağa başlanır.

...”
 
“Maddə 379. İddia müddəti axımının dayandırılması
 
379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:
...
379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət

(moratorium) müəyyənləşdirdikdə;

...”

379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş

hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan
az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin

axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya
bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

...”

 

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

 
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra

edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya
öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa
düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
 
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə

borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda
qüvvədə olmur.

...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
 
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,

borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün
cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya

hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud
ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə

icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz
hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki,

pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun
həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya
aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu
maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə
onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal
almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər
üçün məsuliyyət daşıyır.”

“Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 
 
449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun

qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına
pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin
vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun
müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc
məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün
üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

 

...”

“Maddə 739. Borc müqaviləsi
 
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər

əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi
öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni

keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı
öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit

müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan
şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları
gözləməlidirlər.”

54. 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli

kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
Fərmanında nəzərdə tutulmuşdur:

“...
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas

məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min)
manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası
məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının
müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat
məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

...
6. Banklara tövsiyə edilsin ki:
6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit

borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;

6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını

nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin
silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;

6.3.

borcları

restrukturizasiya

olunmuş

fiziki

şəxslərin

borc

yükünün

yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

...
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:
8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli

valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların
bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq
məbləğinin cəmi;

8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək

məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi
min) manatın da daxil olduğu məbləğ;

8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə

onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit
müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas
kredit borclarının qalıq məbləğinin cəmi;

...
8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu

Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və
(və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki

şəxslərə güzəştli kreditlərin verilməsi;

8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının

restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz,
banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi
0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

...
8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları

ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata
xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər
görülməsi nəzərdə tutulur.

...”

55. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə

tutulmuşdur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

...
77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri

əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.”

“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə

təqdim edilir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi
 
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən

maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı ASC-nin

Biləsuvar filialı ilə Cavabdeh2 arasında bağlanmış 2013-cü il 11 aprel tarixli 3455 nömrəli
kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay
müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə
öhdəliklərin təminatı üçün iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 2013-cü il 11
aprel tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus
Biləsuvar şəhəri, H.Aslanov küçəsində olan 0,17 ha torpaq sahəsində yerləşən 199,2 kv.m
ümumi, 78,8 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi
iddiaçının Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit
müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müuqavilə üzrə üzərinə
düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi iddianın əsas borcun tutulması və tutmanın

ipoteka predmetinə yönədilməsi hissəsində əsaslı olması qənaətinə gələrək göstərmişdir
ki, kredit müqaviləsi üzrə tələb olunan borc mövcud olmamış, tərəflər arasında dövlətin
dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 7.503 manat borc pulun qaytarılması ilə
yeni müqavilə münasibəti yaranmış iddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi)
göndərilmiş və cavabdeh borclu Cavabdeh2 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə
təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. Fərmanının icrasından sonra
iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 7.503 min manat təşkil etməsi
və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə

münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək
istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə
qaydasında tələb etmək hüququ yaranmışdır (bax yuxarıda §33-37).

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin

edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən işin
müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

59. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında” Fərmanında öhdəliklərin icrası üçün hər hansı möhlət verilməsi
nəzərdə tutulmamış,

banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit

müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının
restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış
faizlərin silinməsini və məhkəmədəolan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş
fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə
edilmişdir (Fərmanının 6-cı bəndi).

60. Baxılan iş üzrə tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə borcların

sözügedən Fərmanın təsiri altına düşməsi işin mübahisələndirilməyən halıdır.

61. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh2 qeyd olunan Fərmanın tələbləri

qaydasında kredit borcunun restrukturizasiya olunması təklif olunmuşdur. Lakin
Cavabdeh2 tərəfindən kredit borcunun restruktrizasiya edilməsi məqsədilə ləğv
prosesində olan Banka və ya Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsi və
tərəflər arasında yeni müqavilənin bağlanması işin materiallarından müəyyən edilmir.

62. Apellyasiya instansiyası məhkəməsinin işdə olan hansı sübutlara əsasən iddiaçı

tərəfindən göndərilmiş ofertanın (müqavilə bağlamaq təklifinin) cavabdeh borclu tərəfindən
aksept edilməklə, tərəflər arasında yeni müqavilə münasibətlərinin yarandığı qənaətinə
gəlindiyi müəyyən deyildir. İşin materiallarına tərəflər arasında yeni müqavilənin
bağlanmasına dair hər hansı sübut əlavə edilməmişdir.

63. Nəzərə alınmalıdır ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin

qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları
qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların
müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı
qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
(MPM-nin 217.3, 218.1-ci maddələri).

64. Məhkəmə kollegiyası tələb olunan borc üzrə iddia müddətinin ötürülməsi ilə bağlı

cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 27 mart ********** saylı
“Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində
manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz
və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi
Qaydası”nın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası
məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu
2019-cu ilin dekabrın 31-də başa çatır.

65. İşin materiallarından görünür ki, iddiaçının Biləsuvar filialı ilə Cavabdeh2 arasında

bağlınmış 2013-cü il 11 aprel tarixli, 3455 saylı kredit müqaviləsi üç il müddətinə
bağlanmış, 2016-cı ilin 11 aprel tarixinə müqavilə müddəti bitmişdir. Hesabdan çıxarış
məlumatlarına əsasən

həmin müqavilə üzrə sonuncu ödənişlər 2015-ci ilin 14 iyul

tarixində olmuşdur.

66. Göründüyü kimi, iddiaçı mübahisəli borcun restrukturizasiyası məqsədilə

cavabdehə müraciət zamanı, artıq həmin borcun tələb edilməsi üçün iddia müddətinin
2019-cu ilin 1 aprel tarixində bitməsini nəzərə almamışdır. Hazırkı tələblə bağlı iddia
ərizəsi birinci instansiya məhkəməsinə 2020-ci il 11 iyun tarixində təqdim edilmiş, bununla
da iddiaçı tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş, müqavilə tələbləri üzrə üç illik
iddia müddəti ötürülmüşdür. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin
tətbiqi haqqında ərizə verərək tələbin rədd olunmasını xahiş etmişdir.

67. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo

Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə
müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial
cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən
sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən
azad edir.

68. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan

Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 
03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki
dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların
iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni
maraqlarının  müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi
daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət
məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların
toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və
üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki
mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz
hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

69. Beləliklə, məhkəmə kollegiyası sözügedən kredit müqaviləsi üzrə sonuncu

ödənişlərin 2015-ci ilin 14 yul tarixində aparıldığını, müqavilə müddətinin 2016-cı il 11
aprel tarixində bitməsini və həmin müqavilə üzrə məhkəmədə borcun tutulması tələbinin
2020-ci il 11 iyun tarixində irəli sürülməsini nəzərə alaraq hesab edir ki, hazırki iddia üzrə
iddia müddəti

öturuldüyündən və cavabdeh iddia müddətinin tətbiqinə dair birinci

instansiya məhkəməsinə ərizə verdiyindən, iddia mübahisələndirilən hissədə-əsas borcun
tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi hissəsində təmin ediməməlidir. Bu
zaman məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, əsas tələb üzrə iddia müddəti
keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti
keçir (MM-in 376-cı maddəsi).

70. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia

tələbinə qiymət verilərkən, MM-in 375-ci maddəsinin tələbləri pozulmuş, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr
tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmamışdır.

71. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası

məhkəməsi tərəfindən mübahisələndirilən hissədə məhkəmə aktı qəbul edilərkən maddi
hüquq normaları pozulduğundan və işin yenidən araşdırılması üçün həmin məhkəməyə
göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə iddianın qismən
təmin edilməsi hissəsində ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia həmin hissədə də
iddia təmin edilməməli, kassasiya şikayəti təmin edilməlidir.

72. MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə

kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin olunsun.
Şirvan  Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel

tarixli 2-2(106)-90/2021 nömrəli qətnaməsi mübahisələndirilən - “iddia qismən təmin
edilərək, Cavabdeh2 7503 (yeddi min beş yüz üç manat) manat pulun alnaraq iddiaçıya
ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Biləsuvar
şəhəri, Həzi Aslanov küçəsində yerləşən 67 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan
0,17 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin
borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan likvid satış qiyməti
85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilsin.

Yeni qərar qəbul edilərək, iddia həmin hissədə də təmin edilməsin.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən:

K.N.Abiyeva

Hakimlər:

İ.A.Dadaşov

B.F.Qəribov