2-2[102]-419/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-419/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

İddiaçı ASC cavabdehlər “Hacı Camalxan” Kəndli

(Fermer) Təsərrüfatı, X7, X və X6

qarşı iş üzrə

 

Q Ə R A R

 

 

 
 
 
 
 
 

 
  

 
Açar sözlər: kredit borcunun, ona hesablanmış faiz və cərimə borclarının

qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim

Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu

Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Elgün Lətifovun katibliyi, iddiaçının
nümayəndəsi X8, vəkili X4, cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının
nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlunun iştirakları ilə

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 iyun tarixli

2-2(106)-116/2021 saylı qətnaməsindən cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.

İ. İŞİN HALLARİ

1.

İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında

AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə
əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 120 ay müddətinə 3.000.000 manat
məbləğində kredit verilmişdir.

2. Eyni tərəflər arasında bağlanmış AK132/2012 saylı, 2012-ci il 26 aprel tarixli

dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK130/2012 saylı, 2012-ci il 26 aprel
tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının
mülkiyyətində olan 1.200.000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins
iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir.

3. İddiaçı ASC ilə X2 arasında bağlanmış AK222/2007 saylı, 2007-ci il 12 sentyabr

tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə 2012-ci il 26 aprel tarixli razılaşmaya
əsasən, AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə X1
mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi kreditin
təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2006-cı il 18 iyul tarixdə

verilmiş MH seriyalı, ******* saylı və 2012-ci il 1 may tarixdə verilmiş MA seriyalı, *******
saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarışdan görünür ki, Bakı şəhəri, XXX küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi X1
mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı ASC ilə X7 arasında bağlanmış AK177/2009 saylı, 2009-cu il 13 oktyabr

tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə 2012-ci il 26 aprel tarixli razılaşmaya
əsasən, AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə X3
mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58b saylı fərdi yaşayış evi kreditin təminatı
olaraq ipoteka ilə yüklü edilmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2009-cu il 9 oktyabr tarixdə

verilmiş MH seriyalı, ******* saylı və 2012-ci il 1 may tarixdə verilmiş MA seriyalı, *******
saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, XXX küçəsi, 58b saylı fərdi yaşayış evi X3
mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

7. İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında

AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə
əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 600.000 manat
məbləğində kredit verilmişdir.

8. Eyni tərəflər arasında bağlanmış AK371/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli

dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK369/2012 saylı, 2012-ci il 28
sentyabr tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının
mülkiyyətində olan 400.000 manat dəyərində dövriyyə malları-200 baş inək (cins
iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir.

9. İddiaçı ASC ilə X7 arasında bağlanmış AK370/2012 saylı, 2012-ci il 17 noyabr

tarixli ipoteka müqaviləsinə əsasən AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit
müqaviləsi üzrə X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı
evin, 11 saylı mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2008-ci il 25 yanvar tarixində

verilmiş MH seriyalı, ******* saylı və 2012-ci il 26 noyabr tarixdə verilmiş RX seriyalı, *******
saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı
mənzili X3 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

11. İddiaçı ASC ilə X10 arasında bağlanmış M1-H077KK13 saylı, 2013-cü il 18 aprel

tarixli ipoteka müqaviləsinə əsasən, AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit
müqaviləsi üzrə X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi,
Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə
yüklü edilmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2012-ci il 29 dekabr tarixdə

verilmiş RX seriyalı, ******* saylı və 20 aprel 2013-cü il tarixdə verilmiş RX seriyalı, *******
saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5
küçəsində yerləşən 0,18 ha torpaq sahəsi X5 mülkiyyətindədir və kreditin təminatı olaraq
ipoteka ilə yüklü edilmişdir.

13. İddiaçı ASC cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatına borcun

ödənilməsi ilə bağlı 2020-ci il 29 yanvar tarixli bildiriş-pretenziya, cavabdeh(lər)ə “ipoteka
predmetinə tutmanın yönəldilməsi” barədə 2020-ci il 26 fevral tarixli bildiriş(lər)
göndərmişdir.

14. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə

alınmasına dair 2020-ci il 12 mart tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinə müraciət etmişdir.

15. 2020-ci il 29 iyun tarixli arayışdan görünür ki, cavabdehin AK130/2012 saylı, 2012-

ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə 1.791.511,02 manat məbləğində əsas borc,
120.774,01 manat məbləğində faiz borcu, 64.576,77 manat məbləğində cərimə, cəmi
1.976.861,80 manat məbləğində kredit borcu, AK369/2012 saylı, 2012-ci il 28 sentyabr
tarixli kredit müqaviləsi üzrə 99.964,35 manat məbləğində əsas borc, 8.063,79 manat
məbləğində faiz borcu, 247.776,66 manat məbləğində cərimə, cəmi 355.804,8 manat
məbləğində kredit borcu, ümumilikdə 2.332.666,6 manat məbləğində borcu vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

16. 2020-ci il 19 iyun tarixində İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdehlər

“Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı, X7, X2 və X6 (bundan sonra mətndə
cavabdehlər) qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə, daha sonra isə
“iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012
saylı müqavilə üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat
məbləğində faiz borcu, 64.576,77 manat məbləğində cərimə, cəmi 1.976.861,80 manat
məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99.964,35 manat
məbləğində əsas borc, 8.063,79 manat məbləğində faiz borcu, 247.776,66 manat
məbləğində cərimə, cəmi 355.804,8 manat məbləğində kredit borcunun, ümumilikdə
2.332.666,6 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat məbləğində dövlət
rüsumunun və ekspertiza xərcinin müqabilində 2000 manat vəsaitin cavabdeh “Hacı
Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən
vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, 2012-ci il 26
aprel tarixli kredit müqaviləsi üzrə X3 mülkiyyətində olan Bakı şəhəri, XXX (Məmməd Araz)
küçəsi, 58b saylı fərdi yaşayış evi; X1 mülkiyyətində olan Bakı şəhəri, XXX (Məmməd
Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatının mülkiyyətində olan 1.200.000 manat dəyərində dövriyyə mallarına - 600 baş
inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit
müqaviləsi üzrə X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı
evin, 11 saylı mənzili; X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi,
Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatının mülkiyyətində olan 400.000 manat dəyərində dövriyyə mallarına - 200 baş
inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə
mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh “Hacı Camalxan”

Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan
əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən
ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq
hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan”

Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 saylı, 2012-ci il 26 aprel
tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə
3.000.000 manat məbləğində, AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit
müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 600.000
manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləs(lər)inin təminatı olaraq,
AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə X3 mülkiyyətində olan
Bakı şəhəri, XXX (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; X1 mülkiyyətində
olan Bakı şəhəri, XXX (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi;
“Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1.200.000 manat
dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar); AK369/2012 saylı,
2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə X3 mülkiyyətində olan Bakı şəhəri,
Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; X5 mülkiyyətində olan Bakı
şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq
sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400.000
manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) iddiaçının
xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi
vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, bunun heç bir
nəticəsi olmamışdır.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin

(bundan sonra mətndə MM) 269.7, 295, 306.4, 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2,
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddələrinə istinad
etmişdir.

19. Cavabdehlər tərəfindən iddia tələblərinə qarşı etiraz təqdim edilməmişdir.
20. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-818/20 saylı 2020-ci il 21 iyul tarixli

qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası və daşınmaz əmlakların
qiymətləndiriməsi təyin edilmişdir.

21. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4449 saylı, 2020-ci il 16 dekabr tarixli

rəyinə əsasən İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı
arasında bağlanmış AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsinə
əsasən 2020-ci il 29 iyun tarixə əsas borcu üzrə 1.791.511,02 manat, faiz borcu üzrə
179.959,2 manat; AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə
2019-cu il 27 sentyabr tarixə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat
məbləğində faiz borcu; AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi
üzrə 2020-ci il 29 iyun tarixə 99.964,35 manat məbləğində əsas borc, 8.125,66 manat
məbləğində faiz borcunun olması müəyyən olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza
xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 350 manat
məbləğində təşkil edir.

22. Məhkəmənin 2020-ci il 21 iyul tarixli qərardadına əsasən daşınmaz əmlakların

bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-
nin əmlakların dəyərinin müəyyən etmək üçün 266/BOB/20 saylı, 267/BOB/20 saylı,
268/BOB/20 saylı, 269/BOB/20 saylı, 2020-ci il 6 noyabr tarixli qiymətləndirmə hesabatları
(rəyləri) ilə X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5
küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 500.000 manat məbləğində; X3
mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı
mənzilinin likvid dəyəri 170.000 manat məbləğində; X3 mülkiyyətində olan Bakı şəhəri,
XXX küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 850.000 manat məbləğində; X1
mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid
dəyəri 1.020.000 manat məbləğində olması müəyyən olunmuşdur. 2020-ci il 19 noyabr

tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 2000 manat
məbləğində pul vəsaiti ödənilmişdir.

23. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 9 fevral tarixli, e-2-2(121)-44/2021

saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli
kredit müqaviləsi üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat
məbləğində faiz borcu, 6.400 manat məbləğində cərimə, cəmi 1.918.685,03 manat
məbləğində kredit borcunun “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq
iddiaçıya ödənilməsi, AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə
tələbin X3 mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58b saylı fərdi yaşayış evi; X1
mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı
Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1.200.000 manat dəyərində
dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, X3
mülkiyyətində olan Bakı şəhəri, XXX küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış
qiyməti 850.000 manat məbləğində olmaqla; X1 mülkiyyətində olan Bakı şəhəri, XXX
küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 1.020.000 manat
məbləğində olmaqla açıq hərracdan satılması, “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatının mülkiyyətində olan 1.200.000 manat dəyərində dövriyyə malları-600 baş
inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlakların və
dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 1.918.685,03 manat məbləğində
kredit borcunun iddiaçıya ödənilməsi, AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit
müqaviləsi üzrə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat məbləğində faiz
borcu, 24.000 manat məbləğində cərimə, cəmi 127.558,29 manat məbləğində kredit
borcunun “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq iddiaçıya ödənilməsi,
AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə tələbin X3
mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı
mənzili; X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5
küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatının mülkiyyətində olan 400.000 manat dəyərində dövriyyə mallarına - 200 baş
inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi
rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin ilkin satış qiyməti 170.000 manat
məbləğində olmaqla; X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi,
Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin ilkin satış qiyməti 500.000 manat
məbləğində olmaqla açıq hərracdan satılması, “Hacı Camalxan” Kəndli (Fermer)
Təsərrüfatının mülkiyyətində olan 400.000 manat dəyərində dövriyyə malları - 200 baş
inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılması, həmin daşınmaz əmlakların və
dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 127.558,29 manat məbləğində
kredit borcunun iddiaçıya ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə
keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 25
manat məbləğində dövlət rüsumunun “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından
alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir
(hakim Namidar Misirzadə).

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh

kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni
zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına
dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan
kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri
ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb
etməkdə haqlıdır.

25. Məhkəmə hesab etmişdir ki, cavabdehdən əsas borcun və ona hesablanmış

faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da,
həcminə görə tam əsaslı deyildir. Ona görə ki, məhkəmə-mühasibatlıq ekspertizasının
9/4447 saylı, 2020-ci il 18 noyabr tarixli rəyindən görünür ki, AK130/2012 saylı, 2012-ci il
26 aprel tarixli kredit müqaviləsinə əsasən 2020-ci il 29 iyun tarixə əsas borcu üzrə

1.791.511,02 manat, faiz borcu üzrə 179.959,2 manat; AK369/2012 saylı, 2012-ci il 28
sentyabr tarixli kredit müqaviləsi üzrə 2019-cu il 27 sentyabr tarixə 99964,35 manat
məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 saylı, 2012-ci il
28 sentyabr tarixli kredit müqaviləsi üzrə 2020-ci il 29 iyun tarixə 99.964,35 manat
məbləğində əsas borc, 8.125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur.

26. Ekspert rəyini mötəbər sübut kimi qəbul edən məhkəmə belə qənaətə gəlmişdir ki,

iddia qismən təmin edilərək, cavabdehdən AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli
kredit müqaviləsi üzrə 1.791.511,02 manat məbləğində əsas borc, 120.774,01 manat
məbləğində faiz borcu; AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi
üzrə 99.964,35 manat məbləğində əsas borc, 3.593,94 manat məbləğində (müqavilə
müddətinə) faiz borcu tutulmalıdır.

27. Belə ki, tərəflər arasında bağlanmış AK369/2012 saylı, 2012-ci il 28 sentyabr tarixli

kredit müqaviləsinin müddəti 2019-cu il 27 sentyabr tarixinə kimi müəyyənləşdirilmişdir.
Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı
üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında
bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan,
kreditin qaytarılma müddəti 2019-cu il 27 sentyabr tarixədək müəyyənləşdirilmişdir.
Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı
hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti 2019-cu il 27 sentyabr
tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən, iddiaçı müqavilənin qüvvədə olma
müddəti ərzində yəni, 2019-cu il 27 sentyabr tarixinə kimi faizləri tələb etmək hüququna
malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir.
Lakin iddiaçı borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə zərərin ödənilməsini
tələb edə bilər. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra
hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən
təmin edilmiş, 2019-cu il 27 sentyabr tarixinə kimi əsas borca hesablanmış 3.593,94
manat məbləğində faiz borcu cavabdehdən tutulmuşdur.

28. İddianın cərimə borcunun ödənilməsi tələbinə münasibətdə məhkəmə iddia

ərizəsində göstərilən AK130/2012 saylı, 2012-ci il 26 aprel tarixli kredit müqaviləsi üzrə
cərimənin 64.576,77 manat məbləğində deyil, 6.400 manat məbləğində, AK369/2012
saylı, 2012-ci il 28 sentyabr tarixli kredit müqaviləsi üzrə cərimənin 247.776,66 məbləğində
deyil, 24.000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli hesab
etmişdir.

29. Məhkəmə Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə istinadla

göstərmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu
iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra
etmədiyindən, tələbin girov qoyulmuş dövriyyədəki mallara yönəldilməsinə dair hissəsi də
əsaslıdır. hesab edilmişdir.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka

ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün
cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, tələbin ipoteka qoyulmuş daşınmaz
əmlak(lar)a yönəldilməlidir. İddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz
əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış
yolu ilə realizə edilməlidir.

31. İpoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma

olmadığından, ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə qiymətləndiricinin
hesabat(lar)ı əsasında təyin etməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan
satılması və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcunun
ödənilməsi qərara alınmışdır.

32. İddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli

olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası
mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması”na dair hissəsi
qətnamənin icrası zamanı həll edilən məsələ olduğundan əsassız hesab edilmişdir.

33. İddianın “daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın

dəyərinin cavabdehdən tutulması”na dair hissəsi qismən əsaslı hesab edilmişdir.
Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli
olduğundan, iddiaçı tərəfindən daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş
tədqiqatın dəyəri olan 2000 manat ödənildiyindən, iddia isə qismən təmin edildiyindən,
2000 manat qiymətləndirmə xərcinin 1500 manatı cavabdehə, 500 manatı isə iddiaçıya aid
edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinin 1500 manatı
cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 295, 297, 306.1, 317.1,

319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanunun 33, 39.3.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun
45.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə
ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01
saylı, 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra mətndə MPM) 107, 119.1-ci maddələrinə istinad etməklə
əsaslandırmışdır.

35. Həmin qətnamədən cavabdeh “Hacı Camalxan” X9 apellyasiya şikayəti verərək

onun qismən ləğv edilməsi, iddia tələbinin əsas və faiz borcu hissəsində iddia ərizəsinin
ilkin məzmununda göstərilən həddə təmin edilməsi və iddia tələbinin cəriməyə aid hissədə
isə təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 iyun

tarixli, 2-2(106)-116/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Tofiq
Heydərov, hakimlər Tale Kərimov və İsmayıl Əhmədov).

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində

qeyd olunmuş əsaslara və hüquq normalarına istinad edərək hesab etmişdir ki, məhkəmə
qanuni və əsaslı nəticəyə gəlmişdir.

38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki,

cavabdehin birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi
qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa
yönəldiyindən və apellyasiya icraatının mahiyyətinə zidd olduğundan təmin edilə bilməz.

39. Bundan əlavə, apellyasiya şikayətinin iddia tələbinin artırılması barədə ərizənin

hüquqi əsaslarının araşdırılmadan qəbul edilməsinin qanunsuz olması və tələbin verilmiş
ilkin iddia həcmində təmin edilməsi dəlili Azərbaycan Respublikası MPM-in 53-cü
maddəsinə görə əsassız hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in

295, 297, 306.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2, “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, “İcra haqqında” Azərbaycan
Respublikası Qanunun 45.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən
edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və
Kommersiya kollegiyalarının 01 saylı, 2020-ci il 20 iyul tarixli qərardadına və Azərbaycan
Respublikası MPM-in 14.2, 88, 53, 217.1, 217.4, 372.1, 372.2-ci maddələrinə istinad
etməklə əsaslandırmışdır.

41. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 11 iyun tarixində tərəflərə

göndərilmişdir.

42. Həmin qətnamədən cavabdeh “Hacı Camalxan” X9 2021-ci il 22 iyun tarixində

kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya
instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

I.

KASSASİYA

ŞİKAYƏTİNİN

ONA

QARŞİ

ETİRAZİN

DƏLİLLƏRİ,

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəliləri

43. Apellyasiya icraatı zamanı prosessual hüquq normalarının kobud pozuntusuna yol

verilmiş, “Hacı Camalxan” KFT-nin məhkəmə iclasında iştirakı təmin edilməmiş, verilmiş
vəsatətlərin təmin edilməməsi ilə tərəflərin çəkişmə və bərabərlik hüququ pozulmuşdur.
Hazırkı iş üzrə olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “qət etdi”
hissəsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi bu qətnamə ilə Şirvan
Kommersiya Məhkəməsinin digər bir iş üzrə olan, yəni 2021-ci il 29 yanvar tarixli, e-2-
2(121)23/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət emişdir. Yalnız bu
hal sözügedən qətnamənin kassasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Qətnamədə göstərilmişdir ki, məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə

onlara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun
səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Halbuki, 2021-ci il 1 iyun
tarixinə təyin olunan məhkəmə kollegiyasının ilk iclasına rəsmi, yazılı vəsatət göndərilərək
ipoteka predmetinə daxil olan əmlakların qiymətləndirilməsi məqsədilə məhkəmə-
əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur.

45. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini aldıqdan sonra

əmlakların qiymətləndirilməsi ilə tanış ola bilmişdir. Məbləğlər arasında kəskin fərq
olduğundan, apellyasiya məhkəməsi tərəfindən təkrar qiymətləndirmə təyin olunması üçün
vəsatət verilmişdir. Sözügedən vəsatətdə göstərilən xüsusatların əsaslarının təsdiqi kimi
"xxxx" MMC-nin qiymətləndirmə barədə rəyləri əlavə olunmuşdur. Rəylərin əlavə edilməsi
ilə vəsatətdə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş,
onların iştirakı olmadan keçirilmiş qiymətləndirmə nəticəsində təyin edilən qiymətlər
əmlakların real bazar dəyərini əks etdirmir.

46. Apellyasiya instansiyası məhkəməsinin vəsatətlə bağlı hüquqi mövqeyi ona görə

əsassızdır ki, qətnamədə “Hacı-Camalxan” Kəndli (Fermer) Təsərrüfatı iddiaçı kimi qeyd
olunsa da, hazırkı iş üzrə iddiaçı deyil, cavabdehdir. Bundan başqa, iddiaçının hər hansı
hüququndan istifadə etməməsi müəssisənin qeyd olunan vəsatətlə apellyasiya
instansiyası məhkəməsinə müraciət etməsini istisna etmir.

47. Tərəflərindən birinci instansiya məhkəməsinə ünvanlanmış 2021-ci il 8 fevral tarixli

müraciətdə verilən vəsatətə onların iştirakı olmadan baxılması xahiş olunsa da, məhkəmə
həmin vəsatəti təmin etməmiş, işə cavabdehin iştirakı olmadan baxaraq 2021-ci il 9 fevral
tarixdə iş üzrə qətnamə qəbul etmişdir.

48. Bundan başqa, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, 9/4449 saylı, 2020-ci il

16 dekabr tarixli ekspertiza rəyi, "xxxx" MMC-nin 2020-ci il 6 noyabr tarixli, 266/BOB/20
saylı və 267/BOB/20 saylı, 268/BOB/20 saylı və 269/BOB/20 saylı qiymətləndirmə
hesabatları

(rəylərinin)

onlara

təqdim

edilməmiş

bu

sənədlərin

məhkəmə

araşdırmasında iştirakları təmin olunmamışdır.

49. Habelə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eləcə də ekspertiza rəyinin

məzmunundan görünür ki, iddia olunan kredit məbləğinin həcmi ilk iddia tələbinin
məzmununda göstərilən iddia məbləğinin həcmindən kəskin şəkildə fərqlənir. Belə ki,
iddiaçı iddia ərizəsində onun xeyrinə ümumilikdə 1.067.850,50 manat məbləğində pulun
tutulmasını xahiş etsə də, sonradan bu məbləğin ümumilikdə 2.332.666,6 manat olduğunu
iddia etmiş birinci instansiya məhkəməsi isə iddia məbləğini ümumilikdə 1.918.685,03
manat məbləğində təmin etmişdir. 2021-ci il 8 fevral tarixində, yəni növbəti məhkəmə
iclasının təyin edildiyi tarixdən bir gün əvvəl iddiaçının tələb olunan borc məbləğinin əsas
borc, faiz borcu və cərimə borcu hissəsində məhkəmə-mühasbatlıq ekspertiasının təyin
olunması üçün birinci instansiya məhkəməsinə müraciət etməkdə haqlı olsalar da, lakin
işə tələm-tələsik baxan birinci instansiya məhkəməsi onların iştirakını təmin etmədən işə
baxmaqla kobud səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci
instansiya məhkəməsinin səhvlərini təkrarlayaraq məhkəmə kollegiyasının ilk iclasında

qətnamə qəbul etmişdir.

50. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının

MPM-nin müddəalarının tələblərini yanlış təfsir etmiş, qətnamədə ifadə edilmiş hüquqi
mövqeyə görə vəsatət və ona əlavə olunmuş auditor hesabatları (rəyləri) yeni sübut kimi
dəyərləndirilməklə, qanunazidd nəticəyə gəlmişdir.

51. Apellyasiya məhkəmə iş üzrə tutmanın yönəlməsi tələb olunan əmlakların (ipoteka

predmeti) qiymətləndirilməsinə dair cavabdeh tərəfindən verilmiş vəsatəti təmin
etməməklə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka
predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali
Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul Qərardadının analoji
işlərə baxılması zamanı ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi
məqsədilə məhkəmələrin ardıcıllıqla hansı prosessual hərəkətləri etməli olduğuna dair
göstərişlərini nəzərə almamışdır.

52. Qeyd olunmuş dəlillərin yekununda kassator hesab etmişdir ki, iş üzrə həm tələb

olunan borc məbləğinin obyektiv, əsaslı müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq
ekspertizanın keçirilməsinə dair, həm də ipoteka predmetinin (əmlakların) yenidən
qiymətləndirilməsinə dair vəsatətlərin təmin edilmədən qəbul olunmuş qətnamə
cavabdehin mənafeyinə toxunmaqla, prosessual qanunvericiliyin tələblərinin kobudcasına
pozulmasıdır, nəticədə qəbul olunmuş məhkəmə aktı qanunilik, əsaslılıq və ədalətlilik
meyarlarına cavab vermədiyindən, qətnamə ləğv edilməli və apellyasiya instansiyasında
yol verilmiş səhvlərin aradan qaldırılması üçün təkrar apellyasiya baxışına qaytarılmalıdır.

53. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün “İpoteka haqqında” Azərbaycan

Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin
müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və
Kommersiya kollegiyalarının 01 saylı, 2020-ci il 20 iyul tarixli qərardadına və Azərbaycan
Respublikası MPM-in 372.2, 372.6-cı maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Cavabdeh “Hacı Camalxan” KFT kassasiya şikayətində apellyasiya məhkəməsinin

prosessual hüquq normalarını pozaraq onu məhkəmə iclasında iştirak etmək imkanından
məhrum etdiyini, eyni zamanda verilmiş vəsatətləri təmin etməməklə tərəflərin çəkişmə və
bərabərlik hüququnu pozduğunu qeyd etmişdir. Halbuki, cavabdeh, məhkəməyə ipoteka
predmetlərinin qiymətləndirilməsinə dair hesabatları (cavabdehin öz təşəbbüsü ilə
keçirilmiş qiymətləndirmə hesabatlarını) göndərərək, təkrar əmtəəşünaslıq ekspertizasının
keçirilməsini xahiş etmişdir. Bu da sübut edir ki, cavabdehin 2021-ci il 1 iyun tarixinə təyin
edilmiş məhkəmə iclası barədə məlumatı olmuşdur. Həmçinin, qətnamədə cavabdeh "Hacı
Camalxan" KFT-nin ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı
olmadan baxılmasını xahiş etdiyi qeyd olunmuşdur.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindəki “qət etdi” hissəsində

qətnamənin tarixi və nömrəsi texniki olaraq səhv qeyd olunmuşdur. Kassasiya instansiyası
məhkəməsi tərəfindən bu səbəblə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin
ləğv edilməsi MPM-də nəzərdə tutulmamışdır.

56. Cavabdeh

apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC tərəfindən

hazırlanmış ipoteka predmetlərinin bazar dəyərini əks etdirən hesabatları təqdim etmiş və
həmin

hesabatlara

əsasən

əmlakların

qiymətləndirilməsi

məqsədilə

məhkəmə-

əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət ünvanlamışdır. 2021-ci il 1
iyun tarixində keçirilən məhkəmə iclasında, həmin hesabatların tədqiqi zamanı müəyyən
olunmuşdur ki, hesabat "Qiymətləndirmə fəaliyyəti" haqqında Azərbaycan Respublikasının
Qanununun tələblərinə riayət edilmədən hazırlanmışdır. Belə ki, həmin hesabatlar 2 və ya
3 səhifədən ibarət olmaqla, orada qiymətləndirmənin hansı mütəxəssis tərəfindən
keçirilməsi göstərilməmiş, həmin mütəxəssisin bu sahədə olan təcrübəsini təsdiq edən hər
hansı sənəd əlavə olunmamış, həmçinin əmlakların bazar dəyərinin hansı mənbələrə
istinadən əldə olunaraq müəyyən edilməsinə dair heç bir məlumat qeyd edilməmişdir.

Əmlakın qiymətləndirilməsində iştirak edən mütəxəssis, qiymətləndirmə sahəsində ali və
ya orta ixtisas təhsili və ya müəyyən edilmiş qaydada əmlakın qiymətləndirilməsi
sahəsində əlavə təhsil və ixtisas kursu keçməsini təsdiq edən sertifikata malik olmalıdır.

57. Bundan başqa, qətnamədə də qeyd edildiyi kimi, Azərbaycan Respublikasının

MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda
qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan
asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehin
nümayəndəsi birinci instansiya məhkəməsinə 2021-ci il 8 fevral tarixində elektron qaydada
müraciət ünvanlayaraq, iddiaçının onlara qarşı tələb olunan borc məbləğinin əsas borc,
faiz borcu və cərimə borcu hissəsində məhkəmə-mühasibatlıq ekspertizası təyin
olunmasını xahiş etmiş, lakin ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən
verdiyi rəyi mübahisələndirməmişdir. Bu da onu göstərir ki, cavabdeh yalnız borc məbləği
ilə razılaşmamış, ipoteka predmetlərinin bazar dəyərinə münasibətdə heç bir mübahisəsi
olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş mülki iş üzrə
həm məhkəmə mühasibatlıq, həm də əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə dair
məhkəmə qərardadından cavabdehin məlumatı olmuş, cavabdeh əmlakları mütəxəssisə
təqdim edərək (qiymətləndirmə aktında olan fotoşəkillər), qiymətləndirilməsində iştirak
etmişdir.

58. İş üzrə təyin edilmiş ekspertizaların yekun rəyləri daxil olduqdan sonra, birinci

instansiya məhkəməsi 2021-ci il 12 yanvar tarixli qərardadı ilə məhkəmə iclasını 2021-ci il
9 fevral tarixinə, saat 10:00-a təyin etmişdir. Cavabdeh bu müddət ərzində ekspertizaların
yekun rəyləri ilə tanış ola və öz qeydlərini apara bilərdi. Lakin cavabdehin nümayəndəsi
A.Camalov 2021-ci il 9 fevral tarixində "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə
ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və məhkəmə mühasibatlıq
ekspertizasının keçirilməsi xahiş edərək, özünü sanki birinci instasiya məhkəməsi
tərəfindən təyin olunmuş ekspertizalardan məlumatı olmamış kimi göstərmişdir.
Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün
kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.

59. Şikayətçi hesab edir ki, məhkəmə ilk növbədə ipoteka predmetinin ilkin satış

qiymətinə münasibətdə tərəflərin öz aralarında hər hansı bir razılığın olub-olmamasını
araşdırmalıdır. Lakin cavabdeh nəzərə almamışdır ki, belə bir razılıq məhkəmə iclasında
ifadə olunmalıdır. Cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq,
heç bir məhkəmə prosesində iştirak etmədiyindən, bu cür əsaslandırma etməsinin hüquqi
əsası yoxdur. Belə olan halda, məhkəmə haqlı olaraq əmlakın likvid dəyərinin müəyyən
edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edərək, maddi-prosessual qanunları
gözləmişdir.

60. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu zaman,

cavabdehdən yalnız gecikən əsas və faiz borcu tələb olunmuş, daha sonra iddia tələbi
artırılaraq, kredit üzrə borc tam şəkildə tələb edilmişdir. Azərbaycan Respublikasının
MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə
kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya
azaltmağa haqlıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

61. Cavabdeh «Hacı Camalxan» KFT-nın nümayəndəsi məhkəmə iclasında vəkilsiz

iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı
dinlənilməmişdir.

62. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək,

şikayətin təmin olunmamasını xahiş etmişlər.

63. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına

baxmayaraq digər cavabehlər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlərə
göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə
qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü

maddəsi). Bu səbəbdən, məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan
baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II.

KASSASİYA

ŞİKAYƏTİNİN

MÜMKÜNLÜYÜ,

KASSASİYA

BAXİŞİNİN

HƏDLƏRİ

64. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə
uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

65.

İş

üzrə

cavabdeh

apellyasiya

məhkəməsinin

qətnaməsini

bütövlükdə

mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və
əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

66. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa

da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını
düzgün

tətbiq

edib-etməməsini

yoxlayarkən

hüquqi

məsələlərin

düzgün

qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad
olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki
hallarına

istinad

etməsi

faktiki halların

yoxlanılması

araşdırılması

kimi

qiymətləndirilməməlidir.

III.TƏTBİQ EDİLƏN HÜQUQ

67. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar

nəzərdə tutulmuşdur:

“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları
 
Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş

əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra
etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”

“Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması)
 
Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın

yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda
istənilən üsulla satıla bilər.”

“Maddə 306. Dövriyyədəki malların girovu
 
306.1. Dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda

saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal,
materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını
dəyişdirmək hüququ verilir

...”

“Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi
 
317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya

lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə
bilər.

317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun

olaraq həyata keçirilir.”

“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri
 

319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi

öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş
obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş
öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz
əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma
etibarsızdır.

...”

“Maddə 385. Öhdəlik anlayışı
 
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə

müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər
göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan
vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər

birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən
sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya
bilər.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
 
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra

edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya
öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa
düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
 
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə

borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu
qayda qüvvədə olmur.

443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun

müəyyənləşdirilir.”

“Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları

 
460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması,

zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər
üsullarla təmin edilə bilər.

460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas

öhdəliyin etibarsızlığına səbəb olmur.

460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin

etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.”

“Maddə 462. Dəbbə pulu anlayışı
 
462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra

edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda
borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu
hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.
Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə
borclu deyildir.

...”
 
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması
 
Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu

azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də

bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının
azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsi
 
739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər

əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi
öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni
keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı
öhdəsinə götürür.

739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit

müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan
şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları
gözləməlidirlər.” 

 

68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi

müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur:

“... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə

sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə
bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə
alınmalıdır.

... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən

cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və
ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə
sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə
alınmasını tələb edir.

... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu

(penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna
yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-
hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq
münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq
münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq
münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni
tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən
edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu
Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət
göstərə bilərlər.

...”

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
 
...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və

onlardan istifadə etməlidir.

...”

Maddə 53. İddianın dəyişdirilməsi
 
İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın

əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya
azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini
dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki,
bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu

hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin
ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

 

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir
sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

...”

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri
 
372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə

olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi

tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və
tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan
səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi

tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.”

İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə

razılaşmır və aşağıdakı qaydada hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab
edir.

71. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddia tələbinin

dəqiqləşdirilməsi barədə ərizə, iş üzrə verilmiş ekspert rəyi, əmlakların qiymətləndirmə
hesabatları (rəyləri) cavabdehə təqdim edilməmiş və bununla da, həmin sənədlərin
məhkəmədə araşdırılmasında iştirakları təmin olunmamışdır. Cavabdeh tərəf birinci
instansiya məhkəməsinin qətnaməsini aldıqdan sonra əmlakların qiymətləndirilməsi ilə
tanış ola bilmişdir. Məbləğlər arasında kəskin fərq olduğundan, apellyasiya məhkəməsi
tərəfindən təkrar qiymətləndirmə təyin olunması üçün vəsatət verilmişdir. Məhkəmə həmin
vəsatəti qiymətləndirərkən MPM-nin 372-ci maddəsinin tələblərinə əməl etməmişdir.

72. Cavabdehin kassasiya şikayətinin dəlilləri işin materialları ilə birgə araşdırılaraq

müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci
instansiya məhkəməsinə ilk ərizə

2020-ci il 03 iyul tarixində elektron qaydada deyil

(elektron işə belə ərizə əlavə edilməmişdir), kağız daşıyıcıda təqdim edilmişdir. Halbuki,
MPM-nin 10-1.3-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə
icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə
məhkəmə sənədlərinin məhkəməyə və proses iştiakçılarına çatdırılması «Elektron
məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

73. İşin, o cümlədən elektron işin materiallarından aydın olur ki, məhkəmə

mühasibatlıq ekspertizasının 2020-ci il 16 dekabr tarixli rəyi birinci instansiya
məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması
barədə 2021-ci il 11 yanvar tarixli növbəti ərizə verilmiş, həmin ərizə 2021-ci il 13 yanvar
tarixində elektron qaydada təhvil alınmış, 2021-ci il 09 fevral tarixli məhkəmə iclasında

isə yekun məhkəmə aktı çıxarılmışdır. Lakin işdən həmin ekspert rəyinin və əmlakların
qiymətləndirilməsinə dair hesabatların işdə iştirak edən şəxslərə təqdim olunması və ya
elektron işə əlavə edilməsi müəyyən edilmir.

74. Prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər öz tələblərini

əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat
verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin (MPM-
nin 9.2-ci maddəsi). Həmçinin işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi
haqqında məlumat əldə etməyə haqlıdır (MPM-nin 99.1-ci maddəsi).

75. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini əsaslı hesab edərək

qeyd

edir

ki,

birinci

instansiya

məhkəməsi

tərəfindən

məhkəmə-mühasibatlıq

ekspertizasının rəyi və əmlakların qiymətləndirilməsi barədə hesabatlar cavabdehlərə
təqdim olunmadan və həmin sübutlara qarşı cavabdehlərin müdafiələrini təşkil etmələri
üçün lazımi şərait yaradılmadan yekun məhkəmə aktı çıxarılmaqla MPM-nin 9.2, 99.1-ci
maddələrinin tələbləri pozulmuşdur.

76. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya instansiyası

məhkəməsinə vəsatət verilərək əmlakların qiymətləndirilməsi ilə birinci instansiya
məhkəməsinin qətnaməsini aldıqdan sonra tanış olmaları səbəbindən, tələbin yönəldiyi
əmlakların yenidən qiymətləndirilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin
edilməsi xahiş edilmişdir.

77. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin vəsatətinə və

apellyasiya şikayətinin dəlillərinə

qiymət verilərkən, qeyd olunan prosessual hüquq

normalarının pozulması nəzərə alınmamış, bununla da həmin məhkəmə tərəfindən də
MPM-nin 372-ci maddəsinin tələbləri pozulmuşdur.

78. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə

kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə
olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar
təqdim etməyi tərəflərə təklif edə bilər. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini
müzakirə edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv
tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların
prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin
nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə
kömək göstərir.

79. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin

Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə
dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında
göstərilmişdir

ki,

«….mülki

məhkəmə

icraatında

çəkişmə

prinsipinin

inkişafına

baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün
hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad
olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr
çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı
tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı
halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq
onlarla müzakirə etməlidir».

80. Məhkəmənin həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə

lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan
sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən
məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı
olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti
üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli
Qərarları
).

81. Məhkəmə kollegiyası qeyd edilənləri və Konstitusiya Məhkəməsi Plenumunun

istinad olunan hüquqi mövqeyləri nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya
baxışı zamanı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə əməl
edilməklə, işdə iştiak edən şəxslərin dəlillərinə mülki prosessual qanunvericiliyin
tələblərinə müvafiq olaraq qiymət verilməlidir.

82. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə

gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq
normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

83. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin olunsun.
Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 1 iyun

tarixli, 2-2(106)-116/2021 saylı qətnaməsi ləğv edilsin.

İş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən

K.N.Abiyeva

Hakimlər

B.F.Qəribov

B.M.Məmmədli