2-2[102]-441/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-441/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia tələbinə dair iş üzrə

Q Ə R A R I

Açar sözlərdəymiş ziyanın əvəzinin ödənilməsi, borcun qaytarılması

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası,
hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov

Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi
Cəfərli Aminə Əliəsgər qızı

İddiaçı İB-nin vəkilinin iştirakı ilə,

İddiaçı İB cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “dəymiş ziyanın əvəzinin

ödənilməsi, borcun qaytarılması” tələbinə dair kommersiya işi üzrə iddiaçı və Cavabdeh1 tərəfindən
Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2-2(104)-
96/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır.

İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İddiaçı İB (bundan sonra – “İB”) ilə cavabdeh 2 (bundan sonra

– “cavabdeh 2”) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı
arasında qazın alqı-satqısı barədə” 2015-ci il 26 noyabr tarixli 1964-11-15 nömrəli müqavilə
bağlanmışdır.

2. İş materiallarında olan abonentin saldosundan görünür ki, qazın istehlakına görə İB-yə olan

borcun məbləği 113.952,20 manat təşkil edir.

3. İş materiallarında olan 2019-cu il 13 may tarixli 01/01QS-13HŞ-662 nömrəli borcun

ödənilməsi barədə pretenziyadan görünür ki, istehlak olunmuş təbii qaz üzrə yaranmış borcun
ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq
edilmişdir.

4. İş mateiallarında olan Şəmkir RQİŞ-nin əməkdaşları tərəfindən fiziki şəxs Cavabdeh1

(bundan sonra – “Cavabdeh1”) Şəmkir rayonu Keçili kəndində olan istixanası ilə bağlı tərtib edilmiş
təbii qazdan istifadə qaydalarının pozulması haqqında 2019-cu il 19 fevral tarixli ******* saylı aktın
surətindən görünür ki, Cavabdeh1-in nümayəndəsinin iştirakı ilə RQİŞ-in əməkdaşları tərəfindən
Cavabdeh1-ə məxsus istixananı təbii qazla təmin edən qaz xəttinə baxış keçiriləndə qaz sayğacı
dövlət yoxlamasında olan fiziki şəxs (bundan sonra – “X1”) daşıyıcı qaz xəttindən Cavabdeh1 qaz
xəttinə plasmas boru vasitəsi ilə qeyri-qanuni birləşmə müəyyən olundu. X1-ə məxsus istixananın
qaz sayğacı 2018-ci il 26 dekabr tarixindən dövlət yoxlamasındadır. Müvəqqəti sayğac
quraşdırıldığı gündən qaz sərfiyyatını qeyd etməyib və 2019-cu il 14 fevral tarixində müvəqqəti
sayğac sökülərək Ş.Vəliyevanın xətti dəmir ötürücü ilə bərpa edilmişdir. Cavabdeh1 istixanasında
2.000.000 kkal/s, 2.000.000 kkal/s və 150.000 kkal/s gücündə üç qazan müəyyən olunsa da,
onlardan 2.000.000 kkal/s və 150.000 kkal/s gücündə olan iki qazanın qaz xəttinə qoşulu
vəziyyətdə olduğu, üçüncü qazanın isə qaz xəttinə qoşulu olmadığı aşkar edilmişdir.

5. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 2019-cu il 28 fevral tarixli tələbnamənin

surətindən görünür ki, Cavabdeh1 istixanasında sayğacdankənar qaz xətti vasitəsi ilə təbii qazdan
istifadə olunduğu müəyyən edilmiş, dəymiş ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”na uyğun
olaraq qaz işlədicilərindən iki ədəd qazanın maksimal saatlıq qaz sərfi 500 m

3

/saat, orta günlük iş

rejimi 14 saat və hesabat müddəti 55 gün, qazanın maksimal qaz sərfi 18,75 m

3

/saat, orta günlük iş

rejimi 14 saat və hesabat müddəti 55 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat
aparılaraq itirilmiş qazın 399438 m

3

/saat olduğu müəyyən edilmişdir.

6. İş materiallarında olan Şəmkir RQİŞ-in əməkdaşları tərəfindən Cavabdeh1 Şəmkir rayonu

Keçili kəndində yerləşən istixanasında təbii qazın alğı-satqısı üzrə yaranmış debitor borc ilə bağlı
tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh1 borc
qalığı 2019-cu il 1 yanvar tarixinə 46.043,60 manat, 2019-cu il 31 mart tarixinə isə 181.038,40
manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat

7. İB 2019-cu il 2 sentyabr tarixində Cavabdeh 2 və Cavabdeh 1 qarşı elektron qaydada iddia

ərizəsi

ilə

Gəncə

İnzibati-İqtisadi

Məhkəməsinə

müraciət

edərək,

Şəmkir

RQİİ-yə

müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat eləcə də istehlak edilmiş təbii
qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borcun, ümumilikdə
113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh2 və Cavabdeh1
tərəfindən İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən Cavabdeh1

adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə (“istixana”) sayğacdankənar əlavə xətt vasitəsilə
təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Bu fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və
Cavabdeh1-in nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 2019-cu
il 19 fevral tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sayğacdankənar əlavə xətt
vasitəsilə Cavabdeh3 tərəfindən təbii qazdan istifadə edildiyi üçün 399.438 m

3

təbii qaz sərfi, yəni

79.887,60 manat dəymiş ziyan hesablanmışdır. Həmin ünvanda istehlak edilmiş təbii qaza görə
yaranmış 108.964,80 manat borc da dəymiş ziyana əlavə edilməklə Cavabdeh1 ümumilikdə Şəmkir
RQİİ-yə 188.852,20 manat borcu yaranmışdır.

9. İddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”)

4.3, 24-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 6-cı maddələrinə,
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının
yaxşılaşdırılması tədbirləri haqqında” 2000-ci il 29 iyun tarixli 356 saylı Fərmanının 9-cu, “Əhalinin
təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 2009-cu il 29 dekabr
tarixli 207 saylı Fərmanının 3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may
tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “QİQ”) 5-ci
bəndlərinə istinad etməklə əsaslandırılmışdır.

10. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli 2-2(083)-584/2019 saylı

qətnaməsi ilə iddia təmin edilmiş, Şəmkir RQİİ-yə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən
qalan 5.066,40 manat, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə
yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30
manat dövlət rüsumunun tutularaq İB-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – K.Rzayev).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında

“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı
barədə” 2015-ci il 16 noyabr tarixli 1964-11-15 nömrəli müqavilə bağlanmış, təbii qazdan istifadəyə
görə 113.952,20 manat məbləğində borc yaranmış və bununla bağlı tərəflər arasında üzləşmə aktı
tərtib edilmişdir.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”)

385.1, 386.1, 389.1, 442-ci, MPM-in 14.2, 77.1, 80, 81, 88, 106.1, 216.1, 217, 218.1, 218.3-cü
maddələrinə istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh 1 2020-ci il 19 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək

qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini
xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2-

2(104)-96/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-
İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli e-2-2(083)-584/2020 saylı qətnaməsi ləğv edilmiş,
yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş ziyan və debitor borcun
ödənilməmiş hissəsi olaraq 63.259,28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İB-
nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən –
Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

15. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur:
15.1. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində yaranmış borcun hər iki

cavabdehdən tutulmalı olduğunu göstərmiş olsa da, qətnamənin nəticə hissəsində borcun kimdən
tutulmalı olduğunu göstərməmiş, qətnamədə isə borcun nəyə görə həm də cavabdeh2-dən
tutulmalı olduğu əsaslandırılmamışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsinin izahatından və
iş materiallarından görünür ki, təbii qaz istehlakçısı olan qeyd edilən ünvandakı istixana Cavabdeh1
məxsusdur.

15.2. Digər tərəfdən, işdə olan dəymiş ziyanın məbləğinin hesablanmasına dair aktdan

göründüyü kimi, Cavabdeh1 məxsus istixanada qanunsuz olaraq xəttə qoşulmaqla sərf edilmiş təbii
qaz itkisinin məbləği hesablananda İB-nin nəzərə aldığı 55 gündə həm də sayğac göstəriciləri
əsasında qaz sərfinin borc kimi hesablandığı nəzərə alınmamışdır.

15.3. Belə ki, Cavabdeh1 abonent saldosundan göründüyü kimi ona 2018-ci ilin dekabr ayı üçün

33.568,80 manat, 2019-cu ilin yanvar ayı üçün 30.741,20 manat, fevral ayı üçün 21.423,60 manat
borc hesablanmışdır.

15.4. QİQ-in 5.4-cü bəndində göstərilir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu

Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının
olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə
hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

15.5. Cavabdeh1 tərəfindən istixanada istifadə edilən qaz istehlak edən qızdırıcı qazanların

maksimal qaz sərfıyyatı məlum olduğuna görə, istehlakçıya həm sayğac göstəricisi, həm də akt
əsasında borcun hesablanması istehlakçını artıq xərclərə məruz qoyacaqdır ki, bu da son nəticədə
onun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Odur ki, Cavabdeh1 istixanasındakı sayğacın
2018-ci ilin dekabr ayının 5 gününün orta göstəricisinə görə hesablanan 5.414,32 (33568,80:31)
manat, 2019-cu ilin yanvar ayı üçün sayğacın göstəricisinə görə olan 30.741,20 manat və 2019-cu
ilin fevral ayının 19 günün orta göstəricisinə görə hesablanan 14.537,4 (21423,60:28) manat,
ümumilikdə 50.692,92 manat İB tərəfindən tələb olunan cəmi 113.952,20 manat borcdan çıxılaraq
qalan 63.259,28 manat ziyan və debitor borc kimi Cavabdeh1 İB-nin xeyrinə alınmalıdır.

15.6. Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə

borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, nəticədə onun sayğac üzrə 63.259,28 manat
borcu yaranmış, edilən xəbərdarlığa baxmayaraq həmin borcu ödəməmişdir.

16. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 448.2, 567-ci, MPM-in 77.1-ci maddələrinə, “Qaz

təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, QİQ-in
5.4-cü bəndinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh1 2021-ci il 2 fevral tarixində həmin qətnamədən kassasiya şikayəti verərək

qətnamənin ləğv edilməsini və işin müvafiq göstərişlərlə apellyasiya məhkəməsinə göndərilməsi
barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. İB 2021-ci il 18 mart tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin

ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri

a) cavabdehin kassasiya şikayətinin dəlilləri

19. Qaz üzrə dəymiş ziyanın hansı müddətdə hesablanması, neçə gün qazdan qanunsuz

istifadə etməyi, hansı əsasla və hansı müddət üçün ziyan hesablanması aydınlaşdırılmadan
qətnamə çıxarılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iş üzrə sübut kimi

məhkəməyə təqdim edilmiş 2019-cu il 19 fevral tarixli ******* nömrəli akt üzrə hesablanmış
79,887,60 manat ziyanın silinməsi üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia tələbi vardır.

21. Bundan başqa, Cavabdeh1-in etibarnamə üzrə nümayəndəsi onun məlumatı olmadan

Şəmkir rayonu Keçili kənd sakini Ş.Vəliyevanın adına olan qonşu istixanadan 3-4 gün qaz almışdır.
Bu 2019-cu ilin fevral ayının 14-də baş vermiş və həmin ayın 19-da İB-nin əməkdaşları qanunsuz
qoşulmasını aşkar edərək qeyd edilən ziyan aktını tərtib etmişlər. Lakin ziyan hesablanarkan 55
təqvim günü nəzərə alınmışdır. Bu da onunla əsaslandınlır ki, X1-in adına olan sayğac 2018-ci il 26
dekabr tarixində açılmış və guya cavabdeh2 də həmin tarixdən qaz xəttinə qoşulmuşdur. Bu
yanaşma doğru deyildir. Çünki qonşu istixananın sahibi X1-in həyat yoldaşı dəfələrlə istixanalarına
qaz gəlmədiyini, başqa yanacaq növündən istifadə etmək məcburiyyəində qalmaları barədə rəsmi
və qeyri-rəsmi müraciətlər etmiş, İB-nin əməkdaşları da X1-in adına olan qonşu istixananın
sayğacını çıxararaq qaz xəttini birbaşa boru ilə birləşdirmiş, bu haqda akt da tərtib etmişlər.
cavabdeh2-nin qonşu istixanadan qaz götürməsi də yalnız bundan sonra baş vermişdir.

22. Kassator kassasiya şikayətini MPM-in 14.1, 372.1, 392.2-ci maddələrinə, QİQ-in 5.4-cü

bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 1993-cü il 19
aprel tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun
“Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 9
fevral tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 22 dekabr
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) İddiaçının kassasiya şikayətinin dəlilləri

23. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh3 məxsus

istixanada qanunsuz olaraq xəttə qoşulmaqla sərf edilmiş təbii qaz itkisinin məbləğinin
hesablanması zamanı İB-nin nəzərə aldığı 55 gündə həm də sayğac göstəriciləri əsasında qaz

sərfini Cavabdeh3 borc kimi əsaslandırmış, sayğacın göstəricilərinə görə hesablanan ümumilikdə
50.692,92 manat pul məbləğinin 113.952,20 manat borcdan çıxılaraq 63.259,28 manat ziyan və
debitor borcun alıınması barədə səhv qənaətə gəlmişdir. Belə ki, məhkəmə akt əsasında hesabat
aparılarkən orta günlük qaz sərfiyyatının tərəfimizdən 14 saat qəbul edilməsini nəzərə almamışdır,
itirilmiş qazın hesabatı aparılarkən sayğacın 55 gündə qeydə aldığı qaz sərfi nəzərə alınmaqla
itirilmiş qaza görə hesabatda orta günlük qaz sərfinin 14 saat nəzərə alınmışdır. Qeyd oluunduğu
dövrdə qaz sayğacı üzərində qaz sərfiyyatı olmadığı təqdirdə hesabat orta günlük qaz sərfi 20 saat
müddətində aparılmalı idi. Bundan əlavə, qeyd olunan borc məbləği İB ilə Cavabdeh1 arasında
imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə öz təsdiqini tapmışdır. Həmin
üzləşdirmə aktı borcun etirafı ilə bağlı mücərrəd müqavilə xarakteri daşıyır, tərəflərin iradə ifadəsini
özündə əks etdirir. Gəncə Apellyasiya Məhkəməsi üzləşdirmə aktını təsdiq edilməsini borcun etirafı
kimi qiymətləndirməmişdir.

24. Kassator kassasiya şikayətini MPM-in 9.1, 9.2, 9.3-cü maddələrinə, Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti
üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 6 oktyabr tarixli
qərarının

Azərbaycan

Respublikasının

Konstitusiyasına

qanunlarına

uyğunluğunun

yoxlanılmasına dair” 2012-ci il 5 oktyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən İB-nin vəkili kassasiya şikayətini müdafiə etdiklərini,

şikayətin tam əsaslı olduğunu, cavabdehin kassasiya şikayəti ilə razı olmadıqlarını bildirdi. Ona
görə də öz şikayətlərinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin
edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

27. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq

məhkəmə iclasında iştirak edən olmadı.

İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin

təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya
şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət
mümkün hesab edilmişdir.

29. İB və Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə

mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam
olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya

instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini
yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə
alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən
edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi
qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən

hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və
i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını
tələb etmək hüququ vardır.

...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə

tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ
gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

...”

“Maddə 389. Müqavilə anlayışı
389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı

haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi

(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin
məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
...
448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik)

üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa
görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

...”

“Maddə 567. Alğı-satqı müqaviləsi
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə

əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə
götürür.”

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

...”

“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut

etməlidir.

...”

“Maddə 80. Sübutların aid edilməsi
Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,

onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Maddə 81. Sübutların mümkünlüyü
Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə

təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları
106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar

barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və
qiymətləndirilməlidir.

...”

“Maddə 216. Qətnamənin çıxarılması və elan edilməsi

 

216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə

formasında çıxarılır.

...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi

hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına
uyğun çıxarılmalıdır. 

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı

münasibətinə uyğun əsaslandırılmalıdır.

217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş

sübutlarla əsaslandırır.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə

kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı
hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və
iddianın təmin olunub-olunmadığını müəyyən edir.

...
218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin

hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”

“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının

ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır.

 

418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları

pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

...”

33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 13.Qazın paylanması və satılması

...
Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə

əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir
(göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz
paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz
paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

...”

34. QİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“...

5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə

tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində
qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac
çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı

istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətində tam ödənilməlidir.

...”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə

araşdıraraq, iddia tərəfinin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının kassasiya şikayətində
göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsasdır, cavabdehin
kassasiya şikayətinin dəlilləri isə əsassızdır.

36. Məhkəmə kollegiyası cavabdeh kassatorun dəlillərini (bax yuxarıda §§ 19-21) aşağıdakı

səbəblərdən əsassız hesab edir.

37. Eyni dəlillər apellyasiya baxışında da müzakirə predmeti olmuşdur. Lakin Cavabdeh3

istinad etdiyi hallar işin materialları ilə öz təsdiqini tapmır.

38. Halbuki MPM-in 77.1-ci maddəsinin (bax yuxarıda § 32) tələblərinə uyğun olaraq həmin

hallarla bağlı sübutetmə vəzifəsi məhz bu halların mövcudluğunu iddia edən Cavabdeh3 üzərinə
düşürdü.

39. Cavabdeh3 isə həmin vəzifəni yerinə yetirə bilməmiş, öz mövqeyini əsaslandıran

sübutları məhkəməyə təqdim etməmişdir.

40. Eyni zamanda, cavabdeh kassator kassasiya şikayətində də apellyasiya baxışında

bildirdiklərindən əlavə hər hansı yeni tutarlı dəlil gətirə bilməmişdir.

41. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh kassatorun dəlilləri

apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Bununla belə, məhkəmə kollegiyası iddianı qismən təmin edərkən apellyasiya

instansiyası məhkəməsinin yalnış qənaətə gəlməsinə dair iddiaçı kassatorun dəlilləri (bax yuxarıda
§ 23) ilə aşağıdakı səbəblərdən nəticə etibarilə razılaşır.

43. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən bir tərəfdən QİQ-in

5.4-cü bəndinə istinad etmiş, digər tərəfdən isə qeyd etmişdir ki, cavabdeh tərəfindən istixanada
istifadə edilən qaz istehlak edən qızdırıcı qazanların maksimal qaz sərfiyyatı məlum olduğuna görə
istehlakçıya həm sayğac göstəricisi, həm də akt əsasında borcun hesablanması istehlakçını artıq
xərclərə məruz qoyacaqdır ki, bu da son nəticədə onun hüquqlarının pozulmasına gətirib
çıxaracaqdır.

44. Əvvəla, QİQ-in 5.4-cü bəndinə (bax yuxarıda § 34) gəldikdə, həmin bənd qaz sayğacları

qaz paylayıcısı tərəfindən müvafiq hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı
müddət ərzində qazın verilməsinin dayandırılmadığını və istifadə edilmiş qazın dəyəri üzrə
hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmasını
müəyyən edir.

45. Halbuki iş materiallarından və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən

görünür ki, QİQ-in 5.4-cü bəndində nəzərdə tutulmuş hal (Cavabdeh1 obyektindəki qaz sayğacının
İB-nin əməkdaşları tərəfindən çıxarılması və ya götürülməsi) ümumiyyətlə hazırkı işdə yoxdur. Belə
ki, dəyimiş ziyan üzrə borc məbləğinin hesablanmasına əsas Cavabdeh1-in istixanasında
quraşdırılmış qaz sayğacının İB-nin əməkdaşları tərəfindən çıxarılması və ya götürülməsi deyil,
Cavabdeh3 istixanasının qonşu Ş.Vəliyevanın istixanasına gələn qaz xəttinə qanunsuz qoşulması
olmuşdur.

46. Cavabdeh3 istixanasına adi qaydada (sayğacın göstəricilərində qeydə alınmaqla) qazın

verilməsi isə həmin qanunsuzluq faktı aşkar olunduqdan sonra da kəsilməmiş, davam etdtirilmiş,
istehlakçı verilən qazdan istifadə etmişdir.

47. Ona görə də həcmi qaz sayğacında qeydə alınmaqla faktiki verilmiş və istehlak olunmuş

qazın sayğıc göstəricilərinə əsasən hesablanmış dəyəri istehlakçı Cavabdeh3 tərəfindən
qanunvericiliyinə tələblərinə uyğun olaraq tam həcmdə ödənilməlidir.

48. İstehlakçıya həm sayğac göstəricisi, həm də akt əsasında borcun hesablanmasının

istehlakçını artıq xərclərə məruz qoyacağına dair məhkəmənin nəticəsinə gəldikdə isə, məhkəmə
bununla bağlı hər hansı hüquqi normaya istinad etməmiş, subyektiv mülahizə əsasında yalnış
nəticəyə gəlmişdir.

49. Çünki QİQ-də məhkəmənin həmin nəticəsinin əsaslana biləcəyi, yəni akt əsasında

hesablanan borcun sayğac əsasında hesablanan borcu istisna etməsinə dair hər hansı göstəriş,
müddəa nəzərdə tutulmamışdır.

50. Əksinə, QİQ-in 5.5-ci bəndinə (bax yuxarıda § 34) görə, qaz paylayıcısının istehlakçıya

verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı tam ödənilməlidir.

51. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi

hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan normanı tətbiq etmiş, tətbiq edilməli
normanı isə tətbiq etməmişdir. Ona görə də həmin qətnamə MPM-in 418.1 və 418.2-ci maddələrinə
(bax yuxarıda § 32) uyğun olaraq ləğv edilməlidir.

52. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əlavə araşdırma aparılmasına

lüzum yoxdur. Belə ki, İB tərəfindən sayğac göstəriciləri üzrə hesablanmış borcun əsassızlığı
(qanunvericiliyin tələblərinə zidd olaraq hesablanması) apellyasiya məhkəməsi tərəfindən müəyyən
edilməmişdir.

53. Sayğac göstəriciləri üzrə hesablanmış borcun silinməsinin Cavabdeh1 tərəfindən

məhkəmə qaydasında və ya digər qaydada mübahisələndirilməsi işin materiallarından görünmür.
Həmçinin cavabdeh kassator öz şikayətində də həmin borcu ümumiyyətlə mübahisələndirməmişdir.

54. Bu o anlama gəlir ki, Cavabdeh1 İB tərəfindən onu sayğac göstəriciləri üzrə hesablanmış

borcun həcmi ilə bağlı hər hansı etirazı yoxdur.

55. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış materiallar,

apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar əlavə araşdırma aparmadan
iddianın əsaslığı ilə bağlı nəticəyə gəlməyə tam əsas verir.

56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin.

İddiaçı İB-nin kassasiya şikayəti təmin edilsin.

Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2-

2(104)-96/20 saylı qətnaməsi ləğv edilsin.

Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni

qərar qəbul edilsin. İddia tələbi təmin edilsin.

Şəmkir RQİİ-yə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat, eləcə

də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat

debitor borc, ümumilikdə 113.952,20 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumu

cavabdeh tərəfindən İddiaçı1 müvafiq bank hesabına ödənilsin.