2-2[102]-448/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-448/2021

12.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə

Q Ə R A R I

Açar sözlərborcun ödənilməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası,
hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov
Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə
iclas katibi Cəfərli Aminə Əliəsgər qızı

İddiaçı MMC-nin vəkilinin iştirakı ilə,

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya

işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının
2021-ci il 20 may tarixli 2-2(103)-497/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə
açıq məhkəmə iclasında baxılmışdır.

İ. İŞİN HALLARİ

1. İş materiallarında olan bir tərəfdən alıcı qismində Cavabdeh MMC (bundan sonra –

“Cavabdeh”) ilə digər tərəfdən satıcı qismində İddiaçı MMC (bundan sonra – "İddiaçı")
arasında bağlanmış 2019-cu il 27 may tarixli 3555/20 nömrəli müqaviləyə (bundan sonra –
“Alğı-satqı müqaviləsi”)

əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və

müqaviləyə əlavə edilən Qiymət Razılaşma Protokol(lar)unda adı, təsnifatı, çeşidi, markası,
ölçü vahidi və digər xüsusiyyətləri qeyd olunmuş mal-materialı alıcıya satır, alıcı isə malı
satıcıdan alır və müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiymət (haqq) ödəyir.

2. Həmin müqavilənin şərtlərinə görə:
2.1.Alıcı hər partiya üzrə satıcıdan almaq istədiyi mala dair sifariş verir. Satıcı isə alınacaq

malın adı, təsnifatı, çeşidi, markası, miqdarı, tara və qablaşdırması, eləcə də arzu olunan
təchizat müddəti və digər xüsiyyətləri barədə sifariş formasında razılığa gəlir. Alıcı tərəfindən
sifariş vərəqəsinin göndərilməsi, elektron poçt, telefon, fax və digər rabitə vasitələri ilə həyata
keçirilə bilər (1.2-ci bənd).

2.2.Satıcı alıcıdan müvafiq qaimə-faktura əsasında alınmış malın qiymətini müqavilə ilə

müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək hüququna malikdir (2.1.2-
ci bənd).

2.3.Bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və

müqaviləyə əlavə edilən qiymət razılaşma protokolları ilə müəyyən edilir (3.1-ci bənd).

2.4.Ödəniş alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır (3.2-ci

bənd).

3. İş materiallarında olan Alqı-satqı müqaviləsinə əlavə edilmiş 1 nömrəli qiymətlərin

razılaşdırılması protokoluna əsasən tərəflər ümumi dəyəri 1.073,22 manat təşkil edən 1.731
ədəd Napitok Bizon 0,25 lt (1x24), ümumi dəyəri 655,96 manat təşkil edən 1.058 ədəd
Napitok Red Bizon 0,25 lt (1x24), ümumi dəyəri 79.650 manat təşkil edən 31.860 ədəd
Amstel 0,45 lt (1x24) və ümumi dəyəri 4.851 manat təşkil edən Heineken 0,33 lt(1x24) manat
olmaqla cəmi 86.230,18 manat dəyərində malların alqı-satqısı barədə razılığa gəlmişlər.

4. Həmin Əlavənin şərtlərinə görə:
4.1.ƏDV daxil olmaqla 15.000 AZN 2020-ci il 15 fevral tarixinədək, ƏDV daxil olmaqla,

25.000 AZN 2020-ci il 30 aprel tarixinədək, ƏDV daxil olmaqla yerdə qalan 46.230,18 manat
2020-ci il 30 iyul tarixinədək ödənilməlidi (müvafiq olaraq 2.1, 2.2 və 2.3-cü bəndlər).

4.2.Qeyd edilən məbləğlər ƏDV daxil hesablanmışdır və ümumi məbləği ƏDV daxil

olmaqla 86.230,18 AZN-dən çox olan hər hansı bir ödəniş alıcıdan tələb edilə bilməz (3-cü
bənd).

4.3.Alıcı tərəfindən 86.230,18 manat məbləğinin ödənilməsi ilə alıcının satıcının

qarşısındakı bütün öhdəliklərinə xitam verilir (4-cü bənd).

4.4.Əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib

hissəsidir (6-cı bənd).

5. İş materiallarında olan EBAG seriyalı 357011 nömrəli 2020-ci il 13 fevral tarixli elektron

qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehə satılan malların miqdarı 15.000,11 manat
təşkil etmişdir.

6. İş materiallarında olan EBAG seriyalı 357016 nömrəli 2020-ci il 13 fevral tarixli elektron

qaimədən görünür ki, iddiaçı tərəfindən Cavabdehə satılan malların miqdarı 25.000 manat
təşkil etmişdir.

7. İş materiallarında olan EBAG seriyalı 357013 nömrəli 2020-ci il 13 fevral tarixli elektron

qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdehə satılan miqdarı 46.230 manat təşkil
etmişdir.

8. İş materiallarında olan İddiaçı tərəfindən 2020-ci il 29 aprel tarixində Cavabdehə

ünvanlanmış pretenziya məktubundda Alqı-satqı müqaviləsi çərçivəsində tərəflər arasında
bağlanmış 01 nömrəli əlavəyə görə Cavabdehə ümumi dəyəri 86.230,18 manat dəyərində
mallar verilməsinə baxmayaraq, malların dəyərinin ödənilmədiyi bildirilmiş, borcun ödənilməsi
tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. İş materiallarında olan iddiaçının baş mühasibi X1 (bundan sonra – “X1”) ilə AS-nin

direktoru X2 (bundan sonra – “X2”) iştirakı ilə 2020-ci il 3 iyun tarixində tərtib edilmiş Alğı-
satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktından görünür ki, cari adı BOS olan Cavabdehin
həmin tarixə ödənilməmiş borc məbləği 86.230,18 manat təşkil edir. Tərəflər razılaşmışlar ki,
qeyd edilən məbləğ yekundur və bu məbləğə hər hansı bir yolla cərimə faizlərinin tətbiq
edilməsi yolverilməzdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 2020-ci il 10 sentyabr tarixində AS-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya

Məhkəməsinə müraciət edərək İddiaçıya məxsus 86.230,18 manat məbləğində pul
vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 86.260,18 manat olan pul
məbləğinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə

düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 86.230,18 manat məbləğində olan müxtəlif
çeşidli məhsulları İddiaçıdan alaraq onların dəyərini ödəməmişdir. Alqı-satqı müqaviləsinə 1
saylı Əlavə ilə tərtib edilmiş 2019-cu il 27 may tarixli “qiymətlərin razılaşdırılması protokolu”na
əsasən Cavabdeh borclu olduğu pul məbləğinin 15.000 manat hissəsini 15.02.2020-ci il 15
fevral, 25.000 manat hissəsini 30 aprel tarixinədək, qalan 46.230,18 manat hissəsini isə 30
iyul tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh nə müqavilə, nə də protokol
üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmiş, bu günədək heç bir ödəniş

həyata keçirməmişdir. Cavabdehə dəfələrlə yazılı müraciət olunsa da, Cavabdeh İddiaçıya
olan borcunu qaytarmaq niyyətində deyil.

12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”)

385.1, 386.1, 389.1, 390.1, 430.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567, 598.1, 598.2,
598.3, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –
“MPM”) 26.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 mart tarixli 2-2(113)-215/2021 saylı

qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehdən 86.230,18 manat borc məbləği və 30
manat dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi qət edilmişdir (hakim – İ.Əhmədov).

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki,

Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi Alğı-satqı
müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya Alğı-
satqı müqaviləsi və MM-nin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli
sürmək hüququ vermişdir. Aqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş 1
nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən İddiaçı tərəfindən Cavabdehə ümumi
dəyəri 86.230,18 manat təşkil edən mallar satılmışdır. İddiaçı öhdəliyini icra edərək malları
Cavabdehə təhvil verməsinə baxmayaraq, Cavabdeh tərəfindən ümumiyyətlə heç bir ödəniş
həyata keçirilməmişdir. Belə ki, İddiaçının baş mühasibi ilə Cavabdehin direktorunun iştirakı
ilə 2020-ci il 3 iyun tarixdə tərtib edilmiş Alğı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşmə aktına
əsasən hər iki tərəfin nümayəndəsi Cavabdehin ödənilməmiş borc məbləğinin 86.230,18
manat təşkil etməsi faktını təsdiqləmişdir.

15. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 398.1, 399.1, 567, 598.1, 598.2,

600.1, 600.4-cü, MPM-in 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən 2021-ci il 1 aprel tarixində apellyasiya şikayəti

verərək qətnamənin ləğv olunmasını və ödənilməli olan bocların yenidən hesablanması və
yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 2-

2(103)-497/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya
Məhkəməsinin 2021-ci il 2 mart tarixli e-2-2(113)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

18. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur:
18.1. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən görünür ki, Alqı-satqı

müqaviləsinə həmin müqaviləyə 1 saylı Əlavə üzrə “Qiymətlərin razılaşdırılması protokolu”na
əsasən İddiaçı tərəfindən 2020-ci il 13 fevral tarixli EBAG seriyalı, 357011 saylı e-qaimə üzrə
15.000,11 manat; 357016 saylı e-qaimə üzrə 25.000 manat; ******* saylı e-qaimə üzrə 46.230
manat - cəmi 86.230,18 manat dəyərində mallar göndərildiyi və onları qəbul etdiyi
mübahisələndirilmir.

18.2. İş materiallarına əsasən isə Cavabdehin həmin müqavilə öhdəliyinə əməl etdiyi

müəyyən olunmur. Onun apellyasiya şikayətindən isə göründüyü kimi, dolayısı ilə, futbol üzrə
Avropa çempionatı görüşlərinin keçirilməsində yaranmış problemlər, habelə, pandemiya ilə
əlaqədar əmələ gəlmiş maliyyə problemlər üzündən, həmin malların dəyərinin ödənilmədiyi
etiraf olunur.

18.3. Lakin “Qiymətlərin razılaşdırılması protokolu”nun qeyd olunan şərtlərindən

göründüyü kimi, Cavabdeh üç hissədə İddiaçı-ya olan cəmi 86.230,18 manat məbləğində
borcunu 2020-ci il 30 iyul tarixinədək ödəyib başa çatdırılmalı olduğu halda, bu öhdəliyini
yeinə yetirməmişdir.

18.4. Digər tərəfdən, işdən görünür ki, Cavabdeh, birincisi, İddiaçı tərəfindən mallara

dair ona gödərilmiş e-qaimələrə hər hansı bir etirazını da bildirməmiş, ikinci bir tərəfdən,
qarşılıqlı üzləşmə aktı ilə İddiaçı-ya 86.230,18 manat məbləğində kreditor borcu olduğunu
qəbul etmişdir.

18.5. Cavabdeh İddiaçıya olan 86.230,18 manat borcu barədə 2020-ci il 3 iyun tarixində

imzalayıb təsdiq etdiyi qarşılıqlı üzləşmə aktını aktı onun özünün sərbəst iradə ifadəsidir.

18.6. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya

şikayətinin işin birinci instansiya məhkəməsi tərəfindən işin ətraflı araşıdırılmadığını
mübahisələndirən, habelə bank hesabına həbs qoyulması və borcun ƏDV daxil
hesablanması, pandemiya ilə əlaqədar məhkəməyə gələ bilmədiyini vurğulayan dəlillərini
formal xarakterli dəlillər kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından
hesab edir ki, onun həmin dəlilləri, faktlar nöqteyi nəzərindlən mahiyyəti üzrə düzgün olan
qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 351.3, 441, 567, 600.1,

882.1, 882.5-ci, MPM-in 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən 2021-ci il 27 iyul tarixində kassasiya şikayəti verərək

qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə
göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh 2021-ci il 19 fevral tarixinə təyin edilmiş məhkəmə iclasında səhhətində

yaranmış problemə görə iştirak edə bilməmiş və bu barədə məhkəməyə müvafiq bildiriş
göndərmişdir. Məhkəmə isə, növbəti iclası yalnız 11 gün sonraya yəni, 2021-ci il 2 mart
tarixinə təxirə salmışdır. Bu fakt ilə əlaqədar bildiririk ki, cavabdehin səhhətində yaranmış
problemdə Covid-19 virusunun əlamətləri olmasına görə ən azı 14 gün müddətində evdən
çıxmamış və ev şəraitində müalicə almışdır. Buna görə də 2021-ci il 2 mart tarixində olan
məhkəmə iclasında iştirak edə bilməmişdir. Cavabdehin işlə bağlı açıqlamaları və ya ən
azından yazılı izahatı məhkəmənin işinin ədalətli həlli üçün vacibdir. Tərəflər arasında
müxtəlif danışıq və razılaşmalar olmasına baxmayaraq İddiaçı yalnız özünün xeyrinə olan
açıqlamalar verərək, məhkəmənin məsələni ətraflı araşdırmasına mane olmuşdur.

22. Qeyd olunmalı əsas məsələlərdən biri borcun məbləği ilə əlaqədardır. Belə ki, borc

məbləği, 86,230.18 manat kimi qeyd edilmiş və bu məbləğdə cavabdehin bank hesabına
həbs qoyulmuşdur. Halbuki iddia olunan məbləğin 18% hissəsi ƏDV ödənişidir və bu
məbləğin ödənişi Cavabdehin bank hesabından tutula bilməz. İddia təmin olunduğu təqdirdə
bu məbləğ, Cavabdehin ƏDV depozit hesabından ödənilməlidir.

23. İşin ədalətli həlli üçün vacib və mütləq araşdırılmalı olan məsələ isə, tərəflər

arasındakı çəkişmənin hansı səbəbdən yaranması və məhkəməyə müraciət olunmasıdır.
Tərəflər bundan əvvəl qarşılıqlı şəkildə uzunmüddətli biznes əlaqələrində olmuşlar. 2019-cu
ildə Bakı şəhərində keçirilmiş Avropa Liqasının final görüşündə (Çelsi-Arsenal komandaları
arasında baş tutmuşdur) müxtəlif qida vasitələrinin satışı üçün tərəflər arasında 200.000
manat məbləğində məhsulların alınması üçün razılaşma əldə olunmuş və həmin məhsullar
Cavabdehə təqdim olunmuşdur. Lakin məhsulların bir çoxu müxtəlif səbəblərdən (qüsur,

uyğunsuzluq və s.) satılmamış, təhvil-təslim aktlarında ciddi problemlər olmuş, ödəniş
sənədləri düzgün tərtib olunmamış, qaimələr vaxtında göndərilməmişdir. Məhkəmə
sənədlərindən də göründüyü kimi, 2019-cu ilin may ayında keçirilmiş qarşılaşma və satılmış
mallar üçün 2020-ci ilin fevral ayında qaimələr göndərilmişdir. Bunun səbəbi isə İddiaçı-nın iş
proseduruna məsuliyyətsiz yanaşması və qiymətləri əsassız qaldırması olmuşdur. Məsələnin
həlli üçün tərəflər uzunmüddətli danışıqlar aparmış və məhsulların bir çoxu geri
qaytarılmışdır. Tərəflər Azərbaycanda 2020-ci ildə keçirilməsi planlanan Futbol üzrə Avropa
Çempionatının görüşlərində də birgə iştirak edəcəkləri üçün, aralarında olan maliyyə
problemlərinin həmin dövrdə qarşılıqlı şəkildə həllinə ümid etmişdirlər. Lakin pandemiya
səbəbindən bu görüşlər təxirə salınmış və İddiaçı qaimələri yalnız 2020-ci il 13 fevral
tarixində (bütün qaimələri eyni vaxtda) göndərmiş, sonra məhkəməyə müraciət etmişdir.
Bundan əlavə, İddiaçı məhkəmədə düzgün və işə aid olmayan məlumatlar vermişdir. Misal
üçün Cavabdehin cari adı BOS kimi qeyd olunmuşdur. Bildiririk ki, bu yanaşma düzgün
deyildir, çünki əvvəllər də İddiaçı dəfələrlə BOS-a göndərdiyi məhsulları Cavabdehin adına
qeyd etmiş, lakin qarşılıqlı danışıqlar nəticəsində bu məsələlər həll olmuşdur. Təhvil verilmiş
malların dəqiq siyahısının olmaması faktı da bir daha caha ətraflı araşdırılmasını vacib edir.

24. Kassasiya şikayəti MPM-nin 386, 405, 417.1.3, 418.1, 418.2-ci maddələrinə istinad

etməklə əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili kassasiya şikayətini qəbul

etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər. Ona görə də şikayətin təmin
edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş
etdi.

27. Cavabdeh tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə

baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı.

İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya

şikayəti

vaxtında,

yəni

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur.
Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Cavabdeh

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsini

bütövlükdə

mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı
tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün
tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin
faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası
məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların
yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

31. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti
...
351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq

edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

...”

“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə

müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,
xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə
borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə

tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin
əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

...”

“Maddə 398. Qiymət
398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə

ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar,
dərəcələr və s.) tətbiq edilir.

Maddə 399. Müqavilənin qüvvəsi
399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
...”

“Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası

441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər

tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata

keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata
keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz
öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin
əvəzinin ödənilməsini tələb edə bilər.

441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata

keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra
bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.

441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata

keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz
öhdəliyini icra etməlidir.

441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar

müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə

əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi
öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi
598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və

öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə
təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə

tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

...”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi
600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət

sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi
müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə
tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş
müddətdə həyata keçirməlidir.

...
600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan

müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və
ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

...”

“Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə
882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf

edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında
mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə
və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma
üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması
üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

...
882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf

olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

32. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

...”

“Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə

iştirak edən şəxslərə aid edilir.

...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan

maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq
normalarına uyğun çıxarılmalıdır. 

217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı

münasibətinə uyğun əsaslandırılmalıdır.

217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq

olunmuş sübutlarla əsaslandırır.”

“Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün

əsaslar

...
385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və

əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə
ləğv edilə bilməz.”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 21-23) işin

materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək hesab edir ki, həmin
dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

34. Cavabdeh tərəfin birinci instansiya məhkəməsində işə baxılarkən iştirakının təmin

olunmamasına gəldikdə, qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsinin
iclasının vaxtı və yeri barəsində məlumat lazımi qaydada Cavabdehə çatdırılması işin
materiallarından görünür.

35. Lakin apellyasiya instansiya məhkəməsinin iclasının protokolundan o da görünür ki,

Cavabdehin nümayəndəsi həmin məhkəmə iclsına gəlməmiş və bununla bağlı üzrlü səbəblər
barədə məhkəməyə heç bir məlumat verməmişdir.

36. Əgər Cavabdeh həqiqətən də məhkəmə iclasında iştirakını vacib hesab edirdisə,

onun ən azından, apellyasiya instansiyası məhkəməsinin iclasında iştirakı mütləq təmin
olunmalı idi.

37. Bundan başqa, Cavabdeh məhkəmə icraatının bütün mərhələlərində öz mövqeyini

əsaslandırmaq üçün məhkəməyə ümumiyyətlə hər hansı tutarlı sənəd təqdim etməmişdir.
Halbuki bunun üçün Cavabdehin kifayət qədər vaxtı və imkanları olmuşdur.

38. Belə ki, Cavabdeh zəruri hesab etdiyi sənədləri məhkəməyə poçtla göndərə bilərdi.

Buna baxmayaraq belə sənədlər işin materialları ilə müəyyən olunmur.

39. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir

ki, Cavabdehin məhkəmə tərəfindən işin ətraflı araşıdırılmadığını mübahisələndirən, habelə
bank hesabına həbs qoyulması və borcun ƏDV daxil hesablanması, pandemiya ilə əlaqədar
məhkəməyə

gələ

bilmədiyini

vurğulayan

dəlilləri

formal

xarakterli

dəlillər

kimi

qiymətləndirilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini

tamamilə haqlı və ədalətli hesab edir.

41. Belə ki, kassatorun bütün dəlilləri eynilə apellyasiya şikayətində də bildirilmiş, lakin

yuxarıda qeyd olunduğu kimi, Cavabdeh öz mövqeyinin əsaslı olduğunu təsdiq edən heç bir
tutarlı sənədi, dəlili işə baxan məhkəmələrə təqdim etməmişdir.

42. Həmçinin kassasiya şikayətində də əvvəl deyilənlərdən fərqli olan hər hansı tutarlı

dəlil gətirilməmişdir.

43. Halbuki MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 32) uyğun olaraq, Cavabdehin

öz mövqeyinin əsaslılığını sübutetmə vəzifəsi elə AS-nin üzərinə düşürdü. Cavabdeh isə bu
vəzifəni yerinə yetirə bilməmişdir.

44. Bundan fərqli olaraq İddiaçı öz iddiasının əsaslı olduğunu təsdiq edən sənədləri

məhkəməyə təqdim etmişdir. Bu tələblərin əsaslılığını təkzib edən hallar isə işə baxan
məhkəmələr tərəfindən müəyyən olunmamışdır, eləcə də işin materiallarından da görünmür.

45. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki,

kassatorun gətirdiyi dəlillər yalnız formal xarakterlidir, ümumi sözlərlə ifadə olunmuşdur,
İddiaçı-nın məhkəməyə təqdim etdiyi mötəbər sənədlərlə təkzib edilir, buna görə də
apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 may tarixli 2-

2(103)-497/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.