2-2[102]-462/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-462/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

İddiaçı X3 İnstitunun Cavabdeh ASC-yə qarşı iş üzrə

 
 

Q Ə R A R

 

 
 
 
 
 
 
 
 

 
 

  
 
 
 

 
 Açar sözlər: pul tələbi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi

Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu
və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə,

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart

tarixli,2-2(103)-301/2022 saylı qətnaməsindən cavabdeh-Cavabdeh ASC tərəfindən
verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır.

I. İŞİN HALLARİ

1. Cavabdeh ASC (bundan sonra – “cavabdeh”) ilə Azərbaycan X2 (bundan sonra –

“iddiaçı”) arasında 2013-cü il 7 yanvar tarixində “su təchizatı və kanalizasiya xidmətlərinə
dair” bağlanmış 071158 saylı müqaviləyə əsasən cavabdeh iddiaçını içməli və istehsalat
məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı
isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya
əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. X4 Su Cəmiyyəti Suölçmə X1 və X5 2002-ci il 11 aprel tarixli 070130 saylı aktının

surətindən görünür ki, Fotoelektronika ETİ-nin 2002-ci il 1 aprel tarixinə qalıq borcu
312.203.822 manat (62.440,76 AZN) təşkil edir.

3. AMEA Rəyasət Heyətinin 2002-ci il 3 iyun tarixli 13/1 saylı qərarından görünür ki,

iddiaçı Fizika və Fotoelektronika İnstitutlarının bazasında yaradılmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2015-ci il 16 iyun tarixli “Borcun

ödənilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, su təchizatı və kanalizasiya
xidmətlərinə görə 2015-ci il 16 iyun tarixinə olan 108.620,5 manat borcun 3 iş günü
ərzində ödənilməsi tələb edilmişdir.

5. İddiaçı və Biofizika İnstitutu (bundan sonra – “BFİ”) tərəfindən tərtib olunmuş 2017-

ci il 21 sentyabr tarixli aktda qeyd olunur ki, bu aktla iddiaçının balansında olan ünvan 1
ünvaninda 0,8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya
binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə (5 və 2 mərtəbəli binaların hər birinin
çertyoju, eləcə də əlavə tikililər göstərilən torpaq sahəsinin hər iki tərəfdən təsdiq edilmiş
çertyoju əlavə olunur) iddiaçı tərəfindən AMEA-da yeni yaradılmış BFİ-nin balansına təhvil
verildi. 2002-ci ildə AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi
nəticəsində sayğaclarda təhvil-təslim olarkən Fotoelektronika İnstitutunun binasına
cavabdeh tərəfindən 109.216,80 qəpik məbləğində borc yazılmışdır, həmin borc bugunkü
günə qədər qalır. Hal-hazırda iddiaçının Fotoelektronika binası BFİ-yə verildiyi üçün həmin
borc da ona təhvil verilsin.

6. İddiaçı tərəfindən cavabdehin Yasamal rayonu Sukanal İdarəsinə ünvanlanmış

2017-ci il 6 noyabr tarixli, 029-08/552 nömrəli məktubdan görünür ki, iddiaçının balansında
olan ünvan 3 ünvanda 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və
laboratoriya binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi
bildirilmiş və Fotoelektronika İnstitutunun binasına cavabdeh tərəfindən 109.216,80 qəpik
məbləğində yazılmış borcun BFİ-nin razılığı ilə onların hesabına köçürülməsi xahiş
edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 4 iyun tarixli 029-08/236

nömrəli məktubdan görünür ki, iddiaçının balansında olan ünvan 4 ünvanda 0.8250 ha
torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan
köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi bildirilmiş və Fotoelektronika
İnstitutunun binasına ASC tərəfindən 109.216,80 qəpik məbləğində yazılmış borcun BFİ-
nin razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2019-cu il 25 noyabr tarixli məktubda

qeyd olunur ki, iddiaçının Yasamal rayon Sukanalı İdarəsinə istifadə etdiyi içməli suya və
çirkab suyun axıdılmasına görə borcu olmamışdır. Cavabdehin Yasamal rayon Sukanal
İdarəsinin 2013-cü il 1 yanvar tarixli “Abonet haqqında məlumata dair üzləşmə aktı”nda
2002-ci il 1 yanvar tarixinə içməli suya və çirkab suyun axıdılmasına görə iddiaçının suyun
sərfiyyatına görə borcunun olmaması qeyd olunmuşdur. Eyni zamanda, yuxarıda qeyd
olunan üzləşmə aktında iddiaçının 2003-cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun
sərfiyyatına görə 107.066,62 manat borcunun yaranması qeyd edilmişdir. Buna əsas
səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli 81

nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi
edilərək, H.Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında
iddiaçı yaradılmış və Fotoelektronika İnstitutunun suyun sərfiyyatına görə cavabdehə olan
borcu əsassız olaraq iddiaçının suya olan borcu kimi hesabatda əks olunmuşdur. Borcun
ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək
olar. Azərbaycan Respublikasın Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 373.1-ci
maddəsinə əsasən, hüququn pozulmasına görə, yəni borcun ödənilməsi üçün bütün
tələblərlə bağlı məhkəməyə şikayətin verilmə müddəti 10 il müəyyən edilmişdir. Həmin
müddətdən sonra, məhkəməyə müraciət edilsə və məhkəmənin qərarı hüququ pozulmuş
hüquqi şəxsin xeyrinə olsa da belə, borclu öz borcunu qaytarmaya bilər. Bundan başqa,
Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının
dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 07 fevral tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan
Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Yeni
manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur. Eyni
zamanda, Fərmanda bütün dövlət orqanlarına və təşkilatlarına, habelə mülkiyyət
formasından asılı olmayaraq təsərrüfat subyektlərinə tapşırıq verilmişdir ki, onların
fəaliyyət sahəsinə aid olan və məbləğlə ifadə olunan müvafiq göstəricilərin 2005-ci ilin
sonunadək yeni qiymətlər miqyasına keçirilməsi üzrə zəruri tədbirlər görsünlər və 2006-cı
il yanvarın 1-dən başlayaraq bu göstəricilərin yeni miqyasda hesablanmasını və tətbiqini
təmin etsinlər. Beləliklə, suya olan borcun iddia müddəti keçdiyi üçün tərəflərin
mühasibatlığı arasında yenidən qarşılıqlı üzləşmə aktı tərtib olunaraq hesabatda əks
olunması xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 22 yanvar tarixli məktubda

qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması
xidmətlərinə dair” müqavilələrə əsasən cavabdeh tələbata uyğun lazımı miqdarda, tərkib
və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartlarının tələblərinə uyğun, içməli və
istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə
qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. İddiaçı istifadə olunan su
təchizatı və kanalizasiya xidmətlərinin həcmi sayğac göstəricilərinə, sayğac olmadıqda isə
mövcud qanunvericiliyə və normativ hüquqi aktlara əsasən hesablanmışdır. Hazırda
iddiaçının 103.888,62 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə
ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya
iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar
arasında MM-də qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə
olunmasın. Lakin tərəflər arasında istifadə olunmuş su təchizatı və tullantı sularının
axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır.
Qeyd edilənlərlə bağlı iddiaçının hesabında yaranmış borcun ödənilməsinin təmin
olunması istiqamətində müvafiq tədbirlər görülməsi xahiş edilmişdir.

10. İddiaçı ilə cavabdehin Yasamal rayonu Sukanal İdarəsi arasında tərtib edilmiş

2020-ci il 1 oktyabr tarixli 071158 nömrəli üzləşmə aktından görünür ki, cəmi borc məbləği
103.888,62 manat təşkil etmişdir.

11. 2021-ci il 1 fevral tarixli “Abonent haqqında məlumat”dan görünür ki, iddiaçının cari

tarixə qalıq borcu 98.388,62 manat təşkil edir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı 2020-ci il 9 dekabr tarixində cavabdehə qarşı iddia ərizəsi və tələbinin

həcminin azaldılması barədə ərizə ilə Bakı Komersiya Məhkəməsinə müraciət edərək,
109.216,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan “Su təchizatı

və kanalizasiya xidmətlərinə dair” müqavilə əsasında sudan istifadə olunur. Cavabdeh ilə
Yasamal rayon Sukanal İdarəsinin 2013-cü il 1 yanvar tarixli abonent haqqında məlumata
dair üzləşmə aktında 2003-cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun sərfiyyatına görə
107.066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər
Akademiyasında struktur dəyişikliyi edilərək, H.Abdullayev adına Fizika İnstitutu və
Fotoelektronika İnstitutu bazasında iddiaçı yaradılmışdır. Eyni zamanda, 2002-ci ildə
AMEA-nın Fizika və Fotoelektronika İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda
təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına cavabdeh tərəfindən
109.216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq cavabdehdən 2017-ci il
6 noyabr, 2019-cu il 4 iyun tarixlərində həmin borcun BFİ-nin hesabına köçürülməsi xahiş
olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra 2019-cu il 25 noyabr tarixində
cavabdehin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün,
silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur.
Cavabdehin 2020-ci il 22 yanvar tarixli 01/2/01-5-/2/553 saylı cavab məktubunda qeyd
olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o
halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında MM-də qeyd olunan
müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Cavabdeh
ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun
silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14
dekabr tarixli 825 saylı sərəncamını icra etməkdən yayınmışdır. İşin faktiki hallarından
məlum olur ki, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tərəflər
arasında borca görə yaranmış mübahisələrlə bağlı müraciətlər olunmuş və cavabdeh
borcun tam ödənilməsini tələb etmişdir.

14.

İddia

tələbi

MM-in

550,

551.2.1-ci

maddələrinə

istinad

edilməklə

əsaslandırılmışdır.

15. İddia tələbinə qarşı cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2(113)-673/2021

saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya hesablanmış
98.388,62 manat məbləğində borcun iddiaçının hesabından silinməsi, iddianın qalan
hissədə təmin olunmaması, iddiaçıdan 30 manat dövlət rüsumunun tutularaq, dövlət
gəlirlərinə alınması qət edilmişdir (hakim Z.Axundova).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki

qanunvericiliyə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı
ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 2021-ci il 1 feval tarixli
«Abonent haqqında məlumat»dan müəyyən olunur ki, iddiaçının içməli suya görə 2002-cü
il 1 yanvar tarixinə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8.342 manat
göstərildiyi halda, 2003-cü il 1 yanvar tarixinə qalıq borcu 76.838,66 manat olaraq qeyd
olunmuşdur. 2004-cü il 1 yanvar tarixinə 103.556,46 manat, 2005-ci il 1 yanvar tarixinə
103.820,51 manat, 2006-cı il 1 yanvar tarixinə 111.230,09 manat, 2007-ci il 1 yanvar
tarixinə 106.292,71 manat, 2008-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2009-cu il 1
yanvar tarixinə 106.292,71 manat, 2010-cu il 1 yanvar tarixinə 106.292,71 manat, 2011-ci
il 1 yanvar tarixinə 106.292,71 manat, 2012-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2013-
cü il 1 yanvar tarixinə 108.587,71 manat, 2014-cü il 1 yanvar tarixinə 108.588,3 manat,
2015-ci il 1 yanvar tarixinə 108.620,8 manat, 2016-cı il 1 yanvar tarixinə 108.620,8 manat,
2017-ci il 1 yanvar tarixinə 106.782,8 manat, 2018-ci il 1 yanvar tarixinə 106.930,97
manat, 2019-cu il 1 yanvar tarixinə 107.066,62 manat, 2020-ci il 1 yanvar tarixinə
103.888,62 manat, 2021-ci il 1 yanvar tarixinə 98.388,62 manat təşkil edir.

18.İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər

etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25.480
manat məbləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmiş, 2016-cı ildə 26.614,59
manat məbləğində istifadə etmiş və 28.452,59 manat məbləğdə ödəniş etmiş, 2017-ci ildə
35.946,17 manat məbləğində istifadə etmiş və 35.800 manat məbləğdə ödəniş etmiş,

2018-ci ildə 37.103,65 manat məbləğində istifadə etmiş və 36.968 manat məbləğdə
ödəniş etmiş, 2019-cu ildə 33.822 manat məbləğində istifadə etmiş və 37.000 manat
məbləğdə ödəniş etmişdir, 2020-ci ildə 31.500 manat məbləğində istifadə etmiş və 37.000
manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də eyni vəziyyət olmuşdur.

19. İddiaçı illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmiş və

hazırda qalıq borcu təşkil edən 98.388,62 manat məbləğində qalıq borc iddiaçının 2015-ci
ildən əvvəlki illərə aid olan borcdur. İddiaçı 103.888,62 manat məbləğində borcun
silinməsini xahiş etsə də, 2021-ci ilin yanvar ayına 98.388,62 manat məbləğində qalıq
borcun olması müəyyən edilmişdir.

20. Məhkəmə qeyd olunanlara əsasən hazırki mübahisəyə gəldiyi nəticəsini MM-in

550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün saymışdır.

21. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv

olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş
edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust

tarixli 2-2(103)-766/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilmiş,
iddia tələbi cavabdeh tərəfindən iddiaçıya hesablanmış 98.388,62 manat məbləğində
borcun iddiaçının hesabından silinməsi hissəsində təmin edilməmişdir (hakimlər
V.Baxışova (sədrlik edən və məruzəçi), İ.Kərimli və V.Məmmədov).

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi

nəticə ilə razılaşmamış və apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək
göstərmişdir ki, iddiaçı 2015-ci ildən sonra əvvəlki illərin borcları üzrə ödənişlər etdiyindən
müddətin axımı kəsilmişdir. Apellyasiya qaydasında baxılarkən iddiaçının abonent
saldosundakı məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının 2016-cı ildə su və
kanalizasiya xidmətindən istifadəyə görə 26.614,59 manat borcu yaranmış, iddiaçı isə
həmin il üçün 28.452,59 manat ödəniş həyata keçirmişdir. O cümlədən 2019-cu ildə
33.822 manat borcu yarandığı halda 37.000 manat, 2020-ci ildə 31.500 manat borcu
yarandığı halda 37.000 manat ödəniş həyata keçirmişdir.

24.Göstərilənlərə əsasən, 2015-ci ildən sonra iddiaçı tərəfindən əvvəlki illərin qalıq

borcları üzrə ödənişlər edildiyi üçün, tələbetmə müddətinin axımı kəsildiyindən 98.388,62
manat məbləğində borcun tələbetmə hüququnun keçməsi əsası ilə silinməsinə dair iddia
tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halı
nəzərə almadığından qətnamə mübahisələndirilən hissədə ləğv edilməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 553.1.1-ci maddəsinə

istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv

edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş
edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il

12 yanvar tarixli, 2-2(102)7/2022 saylı qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən
təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin kassasiya
şikayətinə münasibətdə ləğv edilmişdir (hakimlər B.Məmmədli (sədrlik edən və məruzəçi),
İ.Dadaşov, B.Qəribov).

28. Kassasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına MM-in 551.2,

551.2.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
tələbləri pozulmuşdur. Belə ki, 2006-cı ildən sonra 5 il müddətində iddiaçı tərəfindən,

əvvəlki illər üzrə ona hesablanmış qalıq borcla bağlı heç bir ödəmə olmadığından,
cavabdehin həmin borc öhdəliyindən irəli gələn tələbi 2012-ci ildə öz qüvvəsini itirmişdir.
İddiaçı tərəfindən 2007-2011-ci illərdə artıq ödəmələr aparılmadığından, əvvəlki illər üzrə
qalıq borc öhdəliyi ilə bağlı cavabdehin tələb hüququnun axımında MM-in 553.1 və
553.1.1-ci maddələrində nəzərdə tutulmuş kəsintilər (mükəlləfiyyətli şəxsin, tələbi ixtiyarlı
şəxsə hissə-hissə ödənişlərlə icra etməsi) olmamışdır. Bu baxımdan, 2015-ci ildən sonra
(2016, 2019 və 2020-ci illərdə) iddiaçı tərəfindən cavabdehin tələb etdiyindən artıq
ödənişlər aparması hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.

29. Məhkəmə öz qətnaməsini MM-in 550, 551.2, 551.2.1, 553.1, 553.1.1,

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 10-1, 10-
1.3, 10-1.5, 88, 217.1, 386, 418.1, 418.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart

tarixli 2-2(103)-301/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya
şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən
təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik
edən və məruzəçi) E.Mehdiyev və X.Sarıyev).

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia

tələblərinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir.
Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya
edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə
haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il
keçdikdən sonra qüvvəsini itirir.

32. Hazırki işdə də qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri

mövcuddur. Belə ki, xx.xx.2021-ci il tarixli Abonent haqqında məlumatdan müəyyən olunur
ki, iddiaçının içməli su görə xx.xx.2002-cü il tarixə qalıq borcu 0,00 manat, 2002-ci ildə
sudan istifadə haqqı 8342 manat göstərildiyi halda, xx.xx.2003-cü il tarixə qalıq borcu
76838,66 manat olaraq qeyd olunmuşdur. Abonent haqqında məlumatdan həmçinin
görünür ki, iddiaçının içməli su və çirkab sularına görə xx.xx.2004-cü il tarixə qalıq borcu
103556,46 manat, xx.xx.2005-ci il tarixə qalıq borcu 103820,51 manat, xx.xx.2006-cı il
tarixə qalıq borcu 111230,09 manat, xx.xx.2007-ci il tarixə qalıq borcu 106292,71 manat,
xx.xx.2008- ci il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2009-cu il tarixə qalıq borcu
106292,71 manat, xx.xx.2010-cu il tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2011-ci il
tarixə qalıq borcu 106292,71 manat, xx.xx.2012-ci il tarixə qalıq borcu 106292,71 manat,
xx.xx.2013- cü il tarixə qalıq borcu 108587,71 manat, xx.xx.2014-cü il tarixə qalıq borcu
108588,3 manat, xx.xx.2015-ci il tarixə qalıq borcu 108620,8 manat, xx.xx.2016-cı il tarixə
qalıq borcu 108620,8 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 106782,8 manat,
xx.xx.2018-ci il tarixə qalıq borcu 106930,97 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu
107066,62 manat, xx.xx.2020-ci il tarixə qalıq borcu 103888,62 manat, xx.xx.2021-ci il
tarixə qalıq borcu 98388,62 manat təşkil edir. Eyni zamanda iddiaçı su təchizatı və
kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su
təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25480 manat məbləğində istifadə
etmiş və həmin məbləğdə ödəniş etmiş, 2016-cı ildə 26614,59 manat məbləğində istifadə
etmiş və 28452,59 manat məbləğdə ödəniş etmiş, 2017-ci ildə 35946,17 manat
məbləğində istifadə etmiş və 35800 manat məbləğdə ödəniş etmiş, 2018-ci ildə 37103,65
manat məbləğində istifadə etmiş və 36968 manat məbləğdə ödəniş etmiş, 2019-cu ildə
33822 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmiş, 2020-ci
ildə 31500 manat məbləğində istifadə etmiş və 37000 manat məbləğdə ödəniş etmişdir.
2015-ci ildən əvvəlki illərdə də oxşar vəziyyət olmuşdur.

33.

Həmin

məhkəmə

yuxarıda

göstərilənlərə

kassasiya

instansiyası

məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarında ifadə olunmuş hüquqi
mövqeyə istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı illər üzrə su təchizatı və

kanalizasiya xidmətlərinin dəyərini ödəmiş və hazırda qalıq borcu təşkil edən 98388,62
manat məbləğində borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid olan borcdur. Odur ki,
iddiaçı MM-nin 550 və 551.2.1-ci maddələrinə əsasən həmin məbləğdə borcun silinməsini
tələb etməkdə haqlıdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi,

iddia tələbinin təmin edilməməsi, ödənilmiş 196,95 manat məbləğində dövlət rüsumunun
iddiaçıdan cavabdehin xeyrinə tutulması xahiş edilmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Kassasiya şikayətinin dəlilləri

35. MM-in 551.2.1, 553.1.1-ci maddələrinin tələbləri pozulmuşdur- Mübahisə olunan

məbləğ su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borc
məbləğidir. 2019-cu il 23 aprel tarixdə tərəflər arasında 071158 nömrəli üzləşmə aktı
imzalanmışdır. Aktın məzmunundan da göründüyü kimi iddiaçı tərəf borcunun olmasını
təsdiq etmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən 2006-cı il ərzində göstərilmiş 7.798.62
manat xidmətin qarşılığında 12.736 manat, 2019-ci il ərzində göstərilmiş 33.822 manat
xidmətin qarşılığında 37.000 manat, 2020-ci il ərzində göstərilmiş 31.500 manat xidmətin
qarşılığında 37.000 manat xidmət haqları ödəmişdir. Yəni, iddiaçı tərəfindən 2006-ci il üzrə
göstərilmiş xidmətdən 4.937.88 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 3.178
manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 5.500 manat artıq ödəmələr həyata
keçirilmişdir. Mülki qanunvericiliyə əsasən hisə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı
üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır.
Göründüyü kimi iddiaçı tərəfindən 2006, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi,
həmçinin üzləşmə aktının imzalanması borcun etiraf edilməsini göstərən hərəkətlər
olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir. Lakin məhkəmə bu fakta öz
qətnaməsində hüquqi qiymət verməmişdir.

36. MPM-in 77.1, 88, 175.1-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəf öz

tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə
sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə
bu fakta düzgün qiymət verməmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında
məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, üzləşmə aktı sübut qismində
məhkəməyə

təqdim

edilmişdir.

Məhkəməyə

təqdim

edilən

sübutlar

düzgün

qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb
olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38.

Kassasiya

şikayəti

vaxtında,

yəni

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə
uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. MPM-in 403 və 416-cı maddələri tələblərinə əsasən hazırkı icraat çərçivəsində

məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın qismən təmin edilməsi hissəsində
yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa

da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını
düzgün

tətbiq

edib-etməməsini

yoxlayarkən

hüquqi

məsələlərin

düzgün

qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad

olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki
hallarına

istinad

etməsi

faktiki halların

yoxlanılması

araşdırılması

kimi

qiymətləndirilməməlidir.

III.

TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

müvafiq

müddəalarında

aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 550. Tələblər üçün müddət
 
Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək

hüququna müddətin keçməsinə görə xitam verilə bilər.”

“Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər
...

551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər

haqqında tələblər.

...”

“Maddə 553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi

553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir:
553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər

ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə.

...”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında
aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
 ...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və

onlardan istifadə etməlidir.

...”

“Maddə 76. Sübutlar
 
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll

etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını
məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən
olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

...”
 
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi

halları sübut etməlidir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra

həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi
yoxdur.”

...”

IV.Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən

nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya
şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin
416.1-ci maddəsi)

44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını

müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə
düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə
riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin
fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”.
Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən
olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən
münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla
tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli
Qərarı
).

45.Cavabdehin kassasiya şikayətinin § 37-də göstərilən, MM-in 551.2.1, 553.1.1-ci

maddələrinin tələblərinin pozulması ilə bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən
2006, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi, həmçinin 2019-cu il 23 aprel
tarixində üzləşmə aktının imzalanması borcun etiraf edilməsini göstərən hərəkətlər
olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir.

46. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri

hesab edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbinin maddi hüquqi əsasını
MM-in 550, 551.2.-ci maddələri (bax yuxarıda §43) təşkil edir. Apellyasiya instansiyası
məhkəməsi mübahisəli işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq
normalarının tələbləri baxımından qiymət verərək, həmin normaların dispozisiya şərtlərinin
mövcud olması qənaətinə gəlmişdir.

47. Müvafiq ödənişlər aparılmaqla müddətinin axımının kəsilməsinə gəldikdə, mülki

qanunvericiliyin tələblərinə görə müddətin axımı icra müddətinin çatması ilə başlanır. Eyni
zamanda mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər
ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir (MM-nin
552.1 və 553.1.1-ci maddələri). Maddələrin məzmunundan göründüyü kimi, müddətin
axımının kəsilməsi onu nəzərdə tutur ki, müddət hesablanmağa başlamış, müddətin axımı
davam edir və müddət hələ bitməmişdir, müddətin axımının kəsilməsinə əsas verən
hərəkətlər müddətin axımının davam etdiyi dövrdə baş verməlidir. Müddət bitdikdən sonra
müddətinin axımı dayandığından həmin vaxtdan sonra edilmiş hərəkətlər müddətinin
axımının kəsilməsinə əsas verə bilməz.

48. Baxılan iş üzrə cavabdehin qeyd etdiyi kimi, 2006, 2019, 2020-ci illərdə iddiaçı

tərəfindən artıq ödənişlər aparılmışdır. Belə olan halda, 2006-cı ildən sonra (qanunla
müəyyən edilmiş 5 il keçdikdən sonra), iddiaçının 2019, 2020-ci illərdə apardığı artıq
ödənişlər, eləcə də 2019-cu ildə üzləşmə aktının tərtib edilməsi MM-nin 551-ci maddəsi ilə
müəyyən edilmiş müddətin axımının kəsilməsinə əsas olmamışdır.

49.Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin

maddi hüquq normalarının pozulmasına görə dəlillərini əsassız hesab edir.

50. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına

dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və

ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu
pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin
(MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı
apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan
məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki
prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət
verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §33-35).

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə

gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq
münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin
ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi
dəyişdirilmədən

saxlanmalı,

kassasiya

şikayəti

isə

əsassız

olduğundan

təmin

edilməməlidir.

52. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Kassasiya şikayəti təmin edilməsin.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart

tarixli, 2-2(103)-301/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Sədrlik edən:

K.N.Abiyeva

Hakimlər:

V.T.Həsənov

İ.K.Xəlilov