2-2[102]-478/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-478/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

 

İddiaçı X1in cavabdeh X2

qarşı iş üzrə

 
 

Q Ə R A R İ

 
 

 
 
 
 
 
 
 
 

 

 

  

Açar sözlər: siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli

Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev
İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

İddiaçı X1in cavabdeh X2 qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması”na

dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart
tarixli 2-2(103)-223/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə
yazılı icraat qaydasında baxılmışdır.

I.

İŞİN HALLARİ

1. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 2000-ci il 11 avqust tarixli

756 nömrəli sərəncamından görünür ki, Sahil qəsəbəsi sakini olan X2 (bundan sonra –
“cavabdeh”) kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində mağaza
tikintisinə icazə verilmişdir.

2. 2021-ci il 23 aprel tarixli **********5 saylı “Vergi ödəyicisinin əmlakının siyahıya

alınması haqqında” qərarından görünür ki, X1 (bundan sonra – “iddiaçı”) vergi borclarını
Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra – “VM”) ilə müəyyən edilmiş
müddətdə ödəmədiyi üçün, cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır.

3. 2021-ci il 27 aprel tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul

saxlanmaya verilməsi haqqında” protokoldan və ona əlavə olunmuş protokoldan görünür ki,
Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov ünvanında yerləşən “Mədinə
Lahmacun” adlı icarə obyekti siyahıya alınmışdır. Siyahıya alınmış obyektin məbləği iddiaçı
tərəfindən 34.000 manat məbləğində dəyərləndirilmişdir.

4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 30 aprel tarixli **********413200

saylı pretenziya məktubundan görünür ki, cavabdehin 34.000 manat məbləğində əmlakı
siyahıya alınmışdır. Borcu dövlət büdcəsinə 30 gün müddətində ödənilmədikdə siyahıya
alınmış əmlakların atılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və işin

hallarına (bax yuxarıda § 1-4) istinad edərək, cavabdehin 2021-ci il 26 aprel tarixinə qeyd
olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra –“DSMF”)
ödənilməmiş 6.105,93 manat məbləğdə borcun ödənilməsini təmin edilməsi məqsədi ilə
34.000 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması
barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının VM-in 1.4, 89.1,

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3, 26.1-
ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 oktyabr tarixli e-2-2(113)-4305/2021

saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – E.Əliyev).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərracda satılması nəzərdə tutulan

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov ünvanında yerləşən qeyri-
yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş və müvafiq çıxarış
verilməmişdir.

10. İxtisaslaşdırılmış açıq hərracda yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri

Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrində
qeydiyyata alınmış daşınmaz əmlaklar satıla bilər. Belə ki, siyahıya alınmış və mülkiyyət
hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə
mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan

sonra – “MM”) 139.2, 139.3, 139.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı 2021-ci il 13 dekabr tarixində apellyasiya şikayəti verərək, həmin

qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul
olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli

2-2(103)-223/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya
məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov,
hakimlər – V.Məmmədov və V.Baxışova).

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakın hərracda satışı -

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt
qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində
mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata keçirir. Vergi orqanının
sifarişinə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq
zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq
sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu
təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırkı işdə qeyd olunan sənədlər
mövcud deyildir.

15. İddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Qaradağ

rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov ünvanında yerləşən qeyri-yaşayış sahəsinin
ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyri-yaşayış
sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyri yaşayış
sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi
üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı
tərəfindən yalnız Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 2000-ci il 11 avqust
tarixli 756 nömrəli sərəncamı təqdim edilmişdir ki, həmin sərəncamla da yalnız Sahil
qəsəbəsi sakini X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində mağaza tikintisinə
icazə verilmişdir.

16. Göründüyü kimi, həmin sərəncam yuxarıda qeyd olunan halları təsdiq edən sənəd

deyildir. Bundan əlavə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, siyahıya
alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə,
alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş
tutmayacaq.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni VM-in 89.1, 89.7, 90.1, 90.3.1,

90.3.2, 90.3.3, 90.3.3.6, 90.3.3.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 11 mart tarixində iddiaçı tərəfin

elektron kabinetində yerləşdirilmiş, 2022-ci il 26 mart tarixində cavabdehə təqdim edilmişldir.

19. İddiaçı 2022-ci il 22 aprel tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin

ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Kasasiya şikayətinin dəlilləri

20. VM-in 98.1, 89.4, 90.3.3-cü, “İcra haqqında” Qanunun 68-ci, “Daşınmaz əmlakın

dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, MM-in 135.4-cü, MPM-in 4.1-ci maddələri üzrə -
Göstərilən maddi hüquq normaları məhkəmə tərəfindən nəzərə alınmayaraq, əsassız olaraq
iddia tələbi rədd edilmişdir. Məhkəmə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin
daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyini qeyd etsə də, cavabdeh
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanında həmin qeyri-yaşayış sahəsini
qeydiyyatdan keçirmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 2000-ci il
11 avqust tarixli 756 nömrəli sərəncamından görünür ki, Sahil qəsəbəsi sakini cavabdehə

kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində mağaza tikintisinə icazə
verilmişdir. Qeyd olunanlardan aydın olur ki, mağazanın altındakı torpaq sahəsi də
cavabdehin istifadəsinə verilmişdir. VM-in 90.3.3.7-ci maddəsinə əsasən hərracın keçirilməsi
üçün tələb olunan sənədlərdən biri də həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə
hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin
surətidir. Vergi orqanı tərəfindən də həmin sənəd iş materiallarına əlavə edilmişdir. Yəni,
ərizəmizin rədd edilməsi və hərracın baş tutmaması üçün hər hansı bir əsas yoxdur.

b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kasasiya

şikayəti

vaxtında,

yəni

apellyasiya

instansiyası

məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci
maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur.
Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı

icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır
(MPM-in 403 və 416-cı maddələri).

24. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün
tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin
faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası
məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların
yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar

nəzərdə tutulur:

“Maddə 89. Əmlakın siyahıya alınması
89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə

yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə
yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş
maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya
alına bilər.

...
89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən

həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan
göstərilməlidir.

...”

“Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası
90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində

vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə
sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin
olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri
5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması
haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

...

90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı

əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək
qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.

90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən

etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata keçirir.

90.3.3. Vergi orqanının sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:
...
90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq

olaraq zəruri olan sənədlərin surəti;

90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən

istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq
edən sənədlərin surəti;

...”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti
 ...
24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə

aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti
və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq
olaraq müəyyən edilir.

...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə

(kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında
kommersiya məhkəmələri baxır.

...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və

kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası
məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsini yoxlayır.

416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü

maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara
yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 

...

417.1.3.

apellyasiya

instansiyası

məhkəməsinin

qətnamə

ya

qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən
baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

...”

“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya

qərardadının ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq

olunmaması

, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə

təcrübəsinin vahidliyinin pozulması

 apellyasiya instansiyası məhkəməsinin qətnamə

və qərardadının ləğv edilməsi üçün əsasdır.

...
418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı

şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:

...

418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi

üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti
üzrə baxmışsa.”

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti

2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati

mübahisələrə dair işlər üzrə məhkəmə icraatı 

inzibati məhkəmələr və inzibati

kollegiyalar

 tərəfindən həyata keçirilir.

2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
...
2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati

orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi)
nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair
iddialara;

...

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq

müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
...
2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid

olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul
edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi
nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

...”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 20) iş

materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı
Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli 2-2(103)-
223/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə
qaytarılmalıdır.

30. İşin hallarının və qanunvericiliyin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hazırkı

mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hesablanmış
vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə
alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə verg ödəyicisinin siyahıya alınmış
əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması ilə bağlıdır.

31. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına

əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının
hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə
əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi
orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir.
VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə
məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı)
səlahiyyətlərinə və VM-in müvafiq müddəalarına istinad etmişdir.

32. Mübahisə iddiaçının inzibati orqan olaraq inzibati icraat çərçivəsində həyata

keçirdiyi fəaliyyətlə bağlıdır.

33. Belə ki, VM-in 89.1 və 89.7-ci maddələrindən (bax yuxarıda § 25) aydın olur ki,

istənilən vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında vergi orqanın qərarı

“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi (bax yuxarıda § 28) anlamında inzibati
aktdır. Çünki: 1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2. ümumi (publik) hüquq
sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (hesablanmış vergilər üzrə
borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını) həll etmək məqsədilə qəbul
edilmişdir; 3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr
(sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti
ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə
və sair) yaratmışdır; 4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiridir.

34. Bundan başqa, nə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, nə mübahisənin

predmeti, nə də ki, hüquq münasibətlərinin xarakteri, MPM-in 24.2 və 26.1-ci maddələrinin
(bax yuxarıda § 26) tələbləri baxımından hazırkı mübahisəni sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi hesab etməyə və işə
kommersiya məhkəməsində baxmağa imkan verir.

35. Bu səbəblərdən də VM-in 90.1-ci maddəsində (bax yuxarıda § 25) müəyyən

edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış hazırkı iddiaya İnzibati Prosessual
Məcəllənin 2.1 və 2.2.7-ci maddələrinə (bax yuxarıda § 27) uyğun olaraq, inzibati
mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı
qaydasında baxılmalıdır.

36. Qeyd olunanlara, habelə son dövrlərdə formalaşmış məhkəmə təcrübəsinə

əsasən, eləcə də MPM-in 418.4, 418.4.10-cu maddələrinə (bax yuxarıda § 26) istinad edərək
məhkəmə kollegiyası belə qənaətə gəlir ki, MPM-in 261.0, 261.0.1-ci maddələrinə (bax
yuxarıda § 26) uyğun olaraq, hazırkı iş üzrə icraata xitam verilməsi imkanının hüquq
baxımdan dəyərləndirilməsinə ehtiyac yaranmışdır.

37. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni

apellyasiya baxışında məhkəmə bununla bağlı mövqeyini əsaslandırmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

QƏRARA ALİR:

İddiaçı X1in kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli 2-

2(103)-223/2022 saylı qətnaməsi ləğv edilsin.

İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.