2-2[102]-495/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № 2-2(102)-495/2022

20.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

İddiaçı Nümayəndə1 Cavabdeh MMC-yə

qarşı iş üzrə

Q Ə R A R İ

Açar sözlər: pul tələbi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim

Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu,
Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə,

iddiaçı Nümayəndə1 (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra –

“cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı qətnaməsindən cavabdeh
tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır.

İ. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 27 mart tarixində bağlanmış və müddəti

2020-ci il 31 dekabr tarixinədək olan KTTX/0419 nömrəli Xidmət müqaviləsinə (bundan
sonra – “müqavilə”) əsasən, icraçı (iddiaçı) özünə məxsus “Howo” markalı **-XV-*** dövlət
qeydiyyat nişanlı betonqarışdıran texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında
nəqliyyat xidmətlərini icra etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını ödəməyi
öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, hər bir texnika ilə aylıq xidmət
haqqı vergilər daxil 4.500 manat təşkil edir. Xidmətlərin təhvil-təslim aktı imzalanıb
möhürləndikdən sonra 7 iş günü ərzində icraçı sifarişçiyə əvvəlki ay üçün hesab-faktura
tərtib edir, sifarişçi həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir (müqavilənin
2.4-cü bəndi).

2. İddiaçının cavabdehə təqdim etdiyi 21 ədəd elektron qaiməyə əsasən, 2019-cu il

16 may – 2020-ci il 21 dekabr tarixləri arasında iddiaçı tərəfindən müqavilə üzrə
cavabdehə cəmi 119.550 manat dəyərində xidmətlər göstərilmişdir.

3. İşdə olan 12 ədəd mədaxil orderləri və ödəniş tapşırıqlarına əsasən, cavabdeh

tərəfindən iddiaçıya cəmi 103.750 manat məbləğdə pul ödənilmişdir.

4. 2020-ci il 31 avqust tarixli 17 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə həmin ilin

avqust ayı ərzində, 2020-ci il 30 sentyabr tarixli 18 nömrəli Xidmətlərin təhvil-təslimi aktı ilə
həmin ilin sentyabr ayı ərzində, 2020-ci il 31 oktyabr tarixli 19 nömrəli Xidmətlərin təhvil-
təslimi aktı ilə həmin ilin oktyabr ayı ərzində, 2020-ci il 30 noyabr tarixli 20 nömrəli
Xidmətlərin təhvil-təslimi aktı ilə həmin ilin noyabr ayı ərzində müqaviləyə əsasən, hər ay
üzrə 4.500 manat məbləğdə işlərin tam təmin edildiyi cavabdehin direktoru
M.İsgəndərovun imzası və möhürü, habelə iddiaçının imzası ilə təsdiq edilmiş, həmin
aktlara əsasən, onun tərəfindən cavabdehə ödənilməsi üçün müvafiq olaraq 2020-ci il 10
sentyabr tarixli, EBAP 829074 nömrəli; 2020-ci il 16 oktyabr tarixli, EBAR 378753 nömrəli;
2020-ci il 11 noyabr tarixli, EBAS 409975 nömrəli və 2020-ci il 21 dekabr tarixli, EBAV
184361 nömrəli elektron qaimələr təqdim edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 6 iyul tarixli pretenziya

məktubunda cavabdehə hesablanmış 15.800 manat xidmət haqqının bu məktubu aldığı
vaxtdan 3 gün müddətinə ödəmək təklif olunmuş, əks təqdirdə tam həcmdə ödənişin,
cərimənin, həmçinin nümayəndəyə çəkilən və məhkəmə xərclərinin ondan tutulması üçün
məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2021-ci il 6 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı

Kommersiya Məhkəməsinə müraciət edərək, 15.800 manat məbləğində borcun (xidmət
haqqı) və 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını
xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 31 avqust, 30 sentyabr, 31

oktyabr, 30 noyabr və 10 dekabr tarixli aktlara əsasən, Müqavilə (bax yuxarıda §§ 1-3)
əsasında icraçı tərəfindən Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa
genişləndirilməsi layihəsi çərçivəsində hər ay işlər tam təmin edilmiş və müqaviləyə
əsasən, xidmət haqqı hesablanmış, hesablanmış xidmət haqqına uyğun olaraq elektron
qaimə hər ay cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin
göstərilməsi haqqında göndərilmiş elektron qaimə fakturalar qəbul edilmişdir. Müqavilə

üzrə 15.800 manat xidmət haqqı hesablanmış, borcun ödənilməsi ilə bağlı cavabdehə
pretenziya göndərilməsinə baxmayaraq, bu günə kimi həmin borc cavabdeh tərəfindən
ödənilməmişdir.

8. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26,

60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21, 385.1,
430.1, 448.1, 449, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
(bundan sonra – “MPM”) 4.1, 26-cı maddələrinə

istinad olunmuşdur.

9. İddia ərizəsinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 noyabr tarixli e-2-2(113)-

4512/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 15.800 manat və 30
manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim –
A.Əliyeva).

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin

ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmiş,
cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və MM-in
normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı
müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə baxmayaraq,
cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin
şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə 15.800 manat
məbləğində ödənilməmiş borcu yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442-ci, MPM-in 14.2, 77.1, 119.1,

217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən 2022-ci il 18 yanvar tarixində apellyasiya şikayəti

verərək, onun ləğv edilməsini, iddia tələbinin isə təmin olunmamasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel

tarixli 2-2(103)-277/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim –
V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış

xidmət müqaviləsi mahiyyətcə podrat müqaviləsi olmuş, həmin müqaviləyə əsasən,
iddiaçının (podratçının) icra etdiyi işin əvəzi olaraq razılaşdırılmış muzdun ödənilməsi ilə
bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk
dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir
təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış
borcunu ona ödəməlidir.

16. Apellyasiya

şikayətinin

məhkəmə

iclasları

barədə

cavabdehin

məlumatlandırılmaması barədə dəlili iş materialları ilə təkzib olunur. İşin 9, 13, 17 və 47-ci
vərəqlərində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrə əsasən, məhkəmə
iclaslarının vaxtı barədə bildirişlər cavabdehin hüquqi ünvanı olan ünvan 1m olunmuşdur.
Əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan
fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.

17. Şikayətin işlərin görülməsini təsdiq edən yekun təhvil-təslim aktlarının təqdim

edilməməsi barədə dəlili də əsassız olmuşdur. 2020-ci ilin avqust-noyabr aylarında
görülmüş işlərin təhvil-təslim aktları mövcud olmuş, digər aylara dair təhvil-təslim aktlarının
təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin görülməməsi demək deyil.

18. Bu mənada, məhkəmə kollegiyası dəlilləri formal olan şikayətlə bütövlükdə

razılaşmamışdır. İddiaçı müqavilə üzrə cəmi 119.550 manat dəyərində xidmət göstərdiyini,
bunun müqabilində cavabdehin cəmi 103.750 manat məbləğdə pul ödədiyini, 15.800
manat borcunun qaldığını irəli sürmüş, cavabdeh tərəflər arasında xidmət müqaviləsinin
bağlandığını, müqavilənin qanuniliyini, iddiaçı ilə aralarında müqavilədən irəli gələn
öhdəlik hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən işlərin görüldüyünü, özünün

müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini, müqavilə üzrə iddiaçıya
borcunun yarandığını və borcunun məbləğini mübahisə etməmişdir. Cavabdehin müqavilə
üzrə iddiaçıya borcunun yaranması və həmin borcun məbləği tərəflər arasında
müqavilənin bağlanması, iddiaçının ona təqdim etdiyi və 5 gün ərzində etiraz etmədiyi
üçün qüvvəyə minən elektron qaimələr, müqavilə üzrə göstərilmiş cəmi 119.550 manat
dəyərdə xidmətlərə görə iddiaçıya ödədiyi 103.750 manat məbləğdə pul və xidmətlərin
təhvil-təslimi aktları ilə təsdiqini tapmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 448.1,

448.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0.1-ci maddələrinə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı
ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu
və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

20. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 13 aprel tarixində iddiaçı və

cavabdehə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.

21. Cavabdeh həmin qətnamədən 2022-ci il 2 iyun tarixində kassasiya şikayəti

verərək, onun tamamilə ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a) Kassasiya şikayətinin dəlilləri

22. MPM-in 6.1.9, 88-ci maddələri üzrə - Cavabdehin məhkəmədə iştirakı təmin

edilməmiş, hər iki instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmaqla
cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Cavabdehin faktiki ünvanı
apellyasiya şikayətində qeyd olunmuş, lakin məhkəmə bildirişi cavabdehin ünvanına
gəlməmişdir. Cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas
elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə
çıxarılmalı olan faktlar müəyyən edilməmişdir.

23. MPM-in 9.1-9.3, 217.1 və 217.3-cü maddələri, İnsan Hüquqları üzrə Avropa

Məhkəməsinin “Deleourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli və “X1rşı” iş
üzrə 1984-cü il 26 oktyabr tarixli qərarları, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali
Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının
Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına
dair” 2007-ci il 31 may tarixli qərarı üzrə - Məhkəmə cavabdehin iştirakı olmadan işə
birtərəfli baxmış, işin bütün hallarını araşdırmamışdır. Məhkəmə tərəflər arasında
bağlanılmış müqavilənin 2.2.5.1-ci bəndlərinin tələblərinə məhəl qoymamış, buna düzgün
qiymət verməmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, tərəflər hər biri xidmət göstərən
hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın
faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və
İcraçı ilə Sifarişçi arasında bu Müqavilənin tələblərinə əsasən, hesablaşmaların aparılması
üçün əsas sənəd hesab edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən, işlərin təhvil verilməsi
hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq
edilən yekun təhvil-təslim aktına əsasən həyata keçirilir. Apellyasiya məhkəməsi əsassız
olaraq işdə olan 2020-ci ilin avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim
aktlarının mövcudluğunu əsas götürərək, digər aylara dair təhvil-təslim aktlarının təqdim
edilməməsini həmin aylarda işlərin görülməməsi demək olmadığı qənaətinə gəlmişdir.
Məhkəmə təhvil-təslim aktları olmadığı halda elektron qaimənin olmasını əsas götürməklə
işlərin görülməsi qənaətinə gəlməklə səhvə yol verir. Apellyasiya instansiyası elektron
qaimələr üzrə 119.550 manat dəyərində xidmətlərin göstərildiyinə görə cavabdeh
tərəfindən iddiaçıya 103.750 manat məbləğində pulun ödənildiyini əsas götürərək
cavabdehin iddiaçıya 15.800 manat məbləğində borcunun qaldığı qənaətinə gəlmişdir.

Halbuki iddiaçı 15.800 manat məbləğində işlərin görülməsinə dair əsas sübut olan təhvil-
təslim aktlarını məhkəməyə təqdim etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin

qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci
maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə
uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün,

hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq
yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da

apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün
tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün
işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya
instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki
halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 427. Öhdəliyin icrası müddəti
...
427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü

nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu
cür dövr ərzində istənilən an icra edilməlidir.

...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra

edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və
ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)
başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,

borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün
cavabdehdir.

448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya

hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud
ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

...”

“Maddə 752. Podrat müqaviləsi
752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra

etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

...”

“Maddə 753. Muzd barəsində razılaşma
753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin

şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə
hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı
müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş
muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan
bütün işləri ödənilmiş sayılır.

...”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89

nömrəli Qərarı ilə təsdiq edilmiş, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın
tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (müvafiq müddəasında aşağıdakılar nəzərdə
tutulmuşdur:

“3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi
...
3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5
(beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim
edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin
proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-
fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
...”

30. Azərbaycan

Respublikasının

Mülki

Prosessual

Məcəlləsinin

müvafiq

müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
 ...
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan

istifadə etməlidir.

...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

sübut etməlidir.

...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin

sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir
sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

...”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
...
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı

münasibətinə uyğun əsaslandırılmalıdır.

...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

 

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və

kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü

maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol
verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud

Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali

Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”
2022-ci il 20 aprel tarixli qərarında müəyyən edilmişdir ki:

“...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya

mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim
olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər
bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı
münasibətlərində

yaranmış

praktika,

işgüzar

adətlər,

öhdəliklərin

icrasının

rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər
sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə

araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya
Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli 2-2(103)-277/2022 saylı
qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

33. Cavabdehin hər iki instansiya məhkəməsində iştirakının təmin edilməməsinə dair

dəlilləri (bax yuxarıda § 22) məhkəmə kollegiyası aşağıdakı səbəblərdən əsassız hesab
edir.

34. İşin

apellyasiya

instansiyası

məhkəməsi

tərəfindən

müəyyən

olunmuş

hallarından görünür ki, işin 9, 13, 17 və 47-ci vərəqlərində olan poçt göndərişinin verilməsi
haqqında xəbərnamələrə əsasən məhkəmə iclaslarının vaxtı barədə bildirişlər cavabdehin
hüquqi ünvanı ünvan 2.

35. Buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir

ki, əgər cavabdehin faktiki fəaliyyət göstərdiyi ünvan ilə rəsmi qeydiyyata alındığı ünvan
fərqlidirsə, bundan irəli gələn məsuliyyət də məhz ona aiddir.

36. Kassator apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində qeyd etdiyi

həmin halları və bununla əlaqədar gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə bu

hissədə razılaşaraq belə qənaətə gəlir ki, kassatorun dəlilləri birinci instansiya
məhkəməsinə münasibətdə tamamilə əsassızdır.

38. Eyni zamanda, apellyasiya instansiyasındakı icraata münasibətdə də kassasiya

şikayəti ilə razılaşmaq mümkün deyildir.

39. Belə ki, AVİS üzərindən göndərilən məlumata dair Çıxarış sənədindən görünür ki,

apellyasiya instansiyası məhkəməsinin iclası barədə ilk dəfə elektron qaydada imzalanmış
bildiriş cavabdehə 2022-ci il 3 fevral tarixində göndərilmiş və 7 fevral tarixində oxunmuş,
həmçinin cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir
(i/v 115, 116, 123).

40. AVİS üzərindən göndərilən məlumata dair digər Çıxarış sənədindən görünür ki,

apellyasiya instansiyası məhkəməsinin növbəti iclası barədə elektron qaydada imzalanmış
bildiriş cavabdehə 2022-ci il 4 mart tarixində göndərilmiş və 5 mart tarixində oxunmuş,
həmçinin cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir
(i/v 128, 130, 141).

41. Bundan başqa, iş materiallarında apellyasiya instansiyası məhkəməsinin son

iclası barədə də elektron qaydada imzalanmış bildiriş mövcuddur və həmin iclas barədə
də cavabdehin işdə olan mobil telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmişdir (i/v 145,
149).

42. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,

apellyasiya instansiyası məhkəməsi cavabdehin iştirakının təmin edilməsi məqsədilə onu
məhkəmə iclaslarının vaxtı və yeri barədə MPM-in 135.5 və 135.8-ci maddələri (bax
yuxarıda § 30) ilə nəzərdə tutulmuş qaydada məlumatlandırmış, bununla bağlı hər hansı
prosessual pozuntuya yol verməmişdir.

43. Bununla belə, məhkəmə kollegiyası iş üzrə nəticəyə gələrkən məhkəmənin

müqavilə müddəalarını nəzərə almaması, 15.800 manat məbləğində işlərin görülməsinə
dair əsas sübut olan xidmətlərin təhvil-təslim aktlarının məhkəməyə təqdim edilməməsinə
düzgün qiymət verməməsinə dair kassatorun dəlilləri (bax yuxarıda § 23) ilə razılaşır.

44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, işdə olan 2020-ci ilin

avqust-noyabr aylarında görülmüş işlərin təhvil-təslim aktları mövcuddur, digər aylara dair
təhvil-təslim aktlarının təqdim edilməməsi isə özlüyündə həmin aylarda işlərin
görülməməsi demək deyil.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə

aşağıdakı səbəblərdən razılaşmır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud

Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-
ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 31) görə,
lazımi

qaydada

tərtib

olunaraq

göndərilmiş

ləğv

olunmamış

ya

mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim
olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir
halda

iddianın

əsasını

təşkil

edən

müqavilənin

şərtləri,

tərəflərin

qarşılıqlı

münasibətlərində

yaranmış

praktika,

işgüzar

adətlər,

öhdəliklərin

icrasının

rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla
əlaqəli şəkildə qiymətləndirilməlidir.

47. İş materiallarında olan ödəniş tapşırığı sənədlərindən (i/v 30-33) görünür ki,

cavabdeh iddiaçıya xidmətlərin təhvil-təslim aktlarının əhatə etdiyi 2020-ci ilin avqust-
oktyabr ayları ərzində ayrı-ayrılıqda müvafiq olaraq 20.000, 4.500, 10.000 manat, dekabr
ayı ərzində isə 15.000 manat, beləliklə, həmin dövr ərzində ümumilikdə 49.500 manat
vəsait ödəmişdir.

48. Belə olan halda iddia ərizəsində tələb edilən 15.800 manat məbləğdə borcun

hansı dövr və hansı təhvil-təslim aktları üzrə yaranması aydın olmur.

49. Halbuki həmin xüsusat hazırkı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb

edir.

50. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, işlərin təhvil verilməsi

Yekun Təhvil-Təslim Aktına əsasən həyata keçirilir.

51. Göründüyü kimi, sözügedən aktların tərtib olunması müqavilənin imperativ

xarakterli müddəasıdır və tərəflərarası işgüzar münasibətlərdə, ən azından, 2020-ci ilin
dörd ay üzrə belə aktların tərtib olunması təcrübəsi formalaşmışdır. Bu da hər iki tərəfin
həmin müqavilə müddəasının formal olaraq kağız üzərində qalmamasına, reallaşmasına
önəm verdiklərini göstərir.

52. Buna baxmayaraq 2020-ci ilin avqust-noyabr ayları istisna olmaqla, iddiaçının,

tərəflərin əməkdaşlıq etdikləri digər dövrlər üzrə tərtib olunmuş belə təhvil-təslim aktlarını
məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.

53. Eyni zamanda, tərəflər arasında işgüzar əməkdaşlığın mübahisəsiz dövrləri

(mübahisəsiz ödənişlər) üzrə təhvil-təslim aktları tərtib olunmadan cavabdeh tərəfindən
iddiaçıya pul vəsaitinin ödənilib-ödənilməməsinə də apellyasiya instansiyası məhkəməsi
tərəfindən qiymət verilməmişdir.

54. Halbuki sözügedən halın aydınlaşdırılması tərəflər arasındakı formalaşmış

işgüzar təcrübənin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

55. Odur ki, hazırkı vəziyyətdə iddiaçının tələb etdiyi borcun həqiqətən də yaranıb-

yaranmaması, yaranmışdırsa, bunun hüquqi əsasları, o cümlədən məhz hansı xidmətlərin
təhvil-təslim akt(lar)ı əsasında yaranması, ümumiyyətlə tərəflərin əməkdaşlıq etdikləri
qalan dövrlər üzrə də belə aktların tərtib edilib-edilməməsi, eləcə də təhvil-təslim aktları
tərtib edilmədən cavabdehin iddiaçıya pul vəsaiti ödəyib-ödəməməsi, bir sözlə, tərəflərin
qarşılıqlı münasibətlərində yaranmış praktikanın, işgüzar adətlərin xarakteri qətnamədən
tam aydın olmur.

56. Bu da Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyi

nəzərə alınmaqla, iş üzrə birmənalı nəticəyə gəlməyə imkan vermir.

57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir

ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 30)
tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə
MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 30) zidd olaraq əsassız qətnamə qəbul
etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

58. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan

qaldırmalı, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyini
nəzərə almaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq,

məhkəmə kollegiyası

QƏRARA ALİR:

Cavabdeh kassasiya şikayəti təmin edilsin.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 aprel tarixli

2-2(103)-277/2022 saylı qətnaməsi ləğv edilsin.

İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Qərar qəbul edildiyi andan qüvvəyə minir.