2-2[102]-531/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-2(102)-531/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

 
 

İddiaçı “Softwind Trading LTD” şirkətinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə

 
 
 

Q Ə R A R D A D

(kassasiya şikayətinin mümkünlüyü barədə)

 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü

Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının

hakimi Bəhman Qəribov, iddiaçı “Softwind Trading LTD” şirkətinin (bundan sonra – Şirkət)
cavabdeh "xxxx" MMC-yə (bundan sonra – MMC) qarşı “borcun ödənilməsi və maliyyə
sanksiyasının tətbiq edilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən

Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2-
2(104)-07/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək,
 

m ü ə y y ə n    e t d i m : 

1. İddiaçı Şirkət cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət

edərək, 2014-cü il 20 oktyabr tarixli, 20/10 nömrəli müqavilə üzrə alınmış mala və
çatdırılmaya görə 23.878,488 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin
icrasının gecikdirilməsinə görə 228.355 avro məbləğində dəbbə pulunun, 2014-cü il 5
dekabr tarixdə bağlanmış 01-12/2014 nömrəli müqavilə üzrə 13.053,71 avro məbləğində
borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 125.308 avro
məbləğində dəbbə pulunun, ümumilikdə 390.504,2 avro məbləğində pulun cavabdehdən
tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017

saylı qətnaməsi ilə (hakim S.İsmayılova) iddia tələbi qismən təmin edilmiş, MMC-dən,
2014-cü il 20 oktyabr tarixli, 20/10 nömrəli müqavilə üzrə alınmış mala və çatdırılmaya
görə 23.878,488 avro məbləğində borcun və həmin müqavilə üzrə öhdəliyin icrasının
gecikdirilməsinə görə 11.000 avro məbləğində dəbbə pulu, 01-12/2014 nömrəli, 2014-cü il
5 dekabr tarixli müqavilə üzrə 13.053,71 avro məbləğində borcun və həmin müqavilə üzrə
öhdəliyin icrasının gecikdirilməsinə görə 6.000 avro məbləğində dəbbə pulu, cəmi
53.841,19 avro məbləğində vəsaitin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi
Bankının müəəyən etdiyi manata məzənnəsi ilə Şirkətin xeyrinə tutulması, iddia tələbinin
qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv

edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını,
cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd
edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 aprel

tarixli,

2-2(104)-31/2018

saylı

qətnaməsi

(hakimlər

İ.Şəfiyev,

A.Bayramov,

E.Xasməmmədov) ilə iddiaçı Şirkətin apellyasiyia şikayətinin təmin edilməməsi,
cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
2017-ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni
qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmaması qət edilmişdir.

5. Bu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin

yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar
qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il

8 avqust, 2-2(102)-324/2018 saylı qərarı (İ.Dadaşov, K.Bədəlov, S.Hüseynova) ilə
kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 2018-ci il 16 aprel tarixli, 2-2(104)-31/2018 saylı qətnaməsi ləğv edilərək iş
yenidən baxılması üçün apellyasiya instansiyaı məhkəməsinə göndərilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24

yanvar tarixli, 2-2(104)-22/2019 saylı qətnaməsi (hakimlər – N.Quliyev, F.Mehtiyev,
R.Muradov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya
şikayəti qismən edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 14 noyabr tarixli,
2-2(83)-335/2017 saylı qətnaməsi qismən ləğv edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24

yanvar tarixli, 2-2(104)-22/2019 saylı qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək
qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni
qərar qəbul olunmasını xahiş etmiş, cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv
edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını
xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-

2(102)-317/2019 saylı, 2019-cu il 23 iyul tarixli qərarı (hakimlər – X,Məmmədov,
A.Hüseynov, M.Əhmədova) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş,

cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə qismən ləğv edilərək həmin
hissələrdə təkrar apellyasiya baxışına göndərilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-07/2021

saylı, 2021-ci il 19 mart tarixli qətnaməsi (Ə.Məmmədov, L.Süleymanov, A.Hüseynzadə) ilə
Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-
ci il 14 noyabr tarixli, 2-2(83)-335/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə
dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda MMC apellyasiya instnasiyası məhkəməsinin sonuncu qətnaməsindən

kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının
2-2(104)-07/2021 saylı, 2021-ci il 19 mart tarixli qətnaməsinin ləğv olunması və yeni Qərar
çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum

olmuşdur ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə
edilməmiş və şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM)

407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut
edən sənəd əlavə edilir.

14. Lakin, dövlət rüsumunun ödənilməsini sübut edən sənəd cavabdehin kassasiya

şikayətinə əlavə edilməmişdir.

15. MPM-nin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə müəyyən olunmuş

qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə
kassasiya şikayəti geri qaytarılır.

16. MPM-nin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci

maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs
yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

17. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin

şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə
uyğunluğunun yenidən yoxlanılması üçün işlə birlikdə apellyasiya instansiyası
məhkəməsinə qaytarılmalıdır.

18. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci

maddələrini rəhbər tutaraq

q ə r a r a     a l d ı m :

Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 mart

tarixli, 2-2(104)-07/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya
şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin
tələblərinə (dövlət rüsumunun ödənilməsi barədə) uyğunluğunun yenidən yoxlanılması
üçün kommersiya işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.