2-2[102]-533/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-2(102)-533/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

İddiaçı Publik Hüquqi şəxsin Cavabdeh MMC-yə qarşı iş üzrə

Q Ə R A R D A D I

Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi

Məmmədli Bəhram Məmməd oğlu, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya

Kollegiyasının 2021-ci il 25 may tarixli 2-2(106)-65/2021 saylı qətnaməsindən cavabdeh

MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi

I. İŞİN HALLARİ

1.

İddiaçı Fondu” Publik Hüquqi şəxs (bundan sonra – “Fond”) 2019-cu il 25 fevral

tarixində Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh

MMC-dən (bundan sonra – “MMC”) 582.298,77 manat əsas kredit borcunun, 8.365,12 manat

faiz və 156.361,55 manat cərimə borcu olmaqla, cəmi 747.025,44 manat vəsaitin, eləcə də

ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Fondun hesabına ödənilməsi barədə

qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 aprel tarixli 2-2(086)-194/2019

saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – S.Həsənov).

3.

MMC 2020-ci il 13 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək

 qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş

etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4.

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may

tarixli 2-2(106)-65/2021 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş,

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 aprel tarixli 2-2(086)-194/2019 saylı

qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Heydərov,

hakimlər – T.Kərimov və İ.Əhmədov).

5.

Həmin qətnamə 2021-ci il 4 iyun tarixində tərəflərə məktubla göndərilmişdir.

6.

MMC 2021-ci il 6 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş,

qətnamənin ləğv edərək Fondun iddiasını 156.361,55 manat cərimə borcunun tutulması

hissəsində dəyişdirərək, cərimə borcunun 120 gün müddət üçün hesablanmaqla ödənilməsi

barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”)

2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasının müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı

müddətlərdə verilə bilər:

405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay

müddətində;

...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması

408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:

...

408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və

buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

...

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

...”

“Maddə 411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad 

Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası

məhkəməsinin hakimi qərardad çıxardır.”

İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8.

Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

9.

İş materiallarından (i/v 238) görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin

Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli 2-2(106)-65/2021 saylı qətnaməsinin

surəti 2021-ci il 4 iyun tarixli məktubla MMC-nin ünvanına göndərilmişdir.

10.

Kassasiya şikayəti isə Şirvan Apellyasiya Məhkəməsinə çatdırılmaq üçün 2021-ci il

6 sentyabr tarixində (i/v 249), yəni qətnamə göndəriləndən 3 ay 2 gün sonra poçta təqdim

olunmuşdur.

11.

İş materiallarında qətnamənin MMC tərəfindən alınması barədə hər hansı qəbz və

ya digər sənəd mövcud deyil. Odur ki, qətnamənin MMC-ya rəsmi qaydada hansı tarixdə

təqdim edilməsi işin materiallarından görünmür.

12.

Beləliklə, iş materiallarından kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci

maddəsində (bax yuxarıda § 7) nəzərdə tutulmuş 2 aylıq müddətin ötürüldüyü görünür. Lakin

iş materiallarında müvafiq sənədlər olmadığından, hazırkı iş üzrə kassasiya şikayətinin

verilməsi müddətinin ötürülüb-otürülməməsini dəqiq müəyyən etmək mümkün olmur.

13.

Bundan başqa, MMC ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət də

verməmişdir. Eyni zamanda, iş materiallarında Şirvan Apellyasiya Məhkəməsinin müvafiq

qərardadı olmadığından həmin məhkəmənin bu məsələyə dair mövqeyi də aydın deyildir.

14.

Belə olan halda Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının

2021-ci il 25 may tarixli 2-2(106)-65/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin

MPM-nn 411-ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq icraata qəbul edilməsi və bu

şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

15.

Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 405, 408 və

411 maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli

2-2(106)-65/2021 saylı qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya

şikayəti, MPM-in 405 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən

yoxlanılması üçün kommersiya işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.