2-2[102]-543/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-2(102)-543/2021

07.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyası

 
 

İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin

Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 (hüquqi varisi Cavabdeh3) qarşı iş

üzrə

 
 
 

Q Ə R A R D A D

(kassasiya şikayətinin mümkünlüyü barədə)

 
 

 
 

 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 

 

Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bəhman Qəribov, iddiaçı

ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun
(bundan sonra – ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra – Cavabdeh1), Cavabdeh2

(bundan sonra – Cavabdeh2) (hüquqi varisi Cavabdeh3) qarşı – kredit müqaviləsi üzrə
yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın
açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair
kommersiya iş üzrə iddiaçı ASC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2-2(106)-143/2021 saylı qətnaməsindən verilmiş
kassasiya şikayətini nəzərdən keçirərək,
 

m ü ə y y ə n    e t d i m :

 

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 3179,08 manat

məbləğində əsas borc, 153,17 manat məbləğində faiz borcu, 529,79 manat məbləğində
cərimə borcu, 484,88 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş
vaxt üçün hesablanmış faiz borcu, cəmi 4346,92 manat məbləğində kredit borcunun və
ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv
prosesində olan ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh2 məxsus ünvan 1da
yerləşən 0,2897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 195 kv.m. ümumi, 112
kv.m. yaşayış, 83 kv.m. yardımçı sahəsindən ibarət fərdi yaşayış evi və həyətyanı tikili və
qurğular B-literində 1 mərtəbəli, 23,6 kv.m. qaraj, C- literində 1 mərtəbəli 19,7 kv.m.
hamam, D-literində 1 mərtəbəli 45,3 kv.m. anbar, E-literində 1 mərtəbəli 67,2 kv.m. tövlə,
F-literində 1 mərtəbəli tövlə 72,1 kv.m. tövlə, L-literində 1 mərtəbəli tövlə 23,4 kv.m.
sahənin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna
yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam
ödənilməsinə kifayət etmədiyi halda borcun qalan borc məbləğinin Cavabdeh1 tutularaq
ləğv prosesində olan ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət
etmişdir.

2. Cavabdeh2 2019-cu il 11 avqust tarixində ölməsi səbəbindən iddiaçı Cavabdeh3

prosessual hüquq varisliyi üzrə işə cəlb edilməsi barədə, həmçinin bu səbəbdən iddia
tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə vermiş,

Cavabdeh3 prosessual

hüquq varisliyi üzrə cavabdeh qismində işə cəlb olunmuşdur.

3. İddiaçı iddia tələbini dəqiqləşdirərək, 3179,08 manat məbləğində əsas borc, 153,17

manat məbləğində faiz borcu, 529,79 manat məbləğində cərimə borcu, 484,88 manat
məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz
borcu, cəmi 4346,92 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat
məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan ASC-yə
ödənilməsi, ipoteka qoyulmuş, ünvan 1da yerləşən 0,2897 ha torpaq sahəsində yerləşən 2
mərtəbəli, 5 otaqlı, 195 kv.m. ümumi, 112 kv.m. yaşayış, 83 kv.m. yardımçı sahəsindən
ibarət fərdi yaşayış evi və həyətyanı tikili və qurğular B-literində 1 mərtəbəli, 23,6 kv.m.
qaraj, C- literində 1 mərtəbəli 19,7 kv.m. hamam, D-literində 1 mərtəbəli 45,3 kv.m. anbar,
E-literində 1 mərtəbəli 67,2 kv.m. tövlə, F-literində 1 mərtəbəli tövlə 72,1 kv.m. tövlə, L-
literində 1 mərtəbəli tövlə 23,4 kv.m. sahənin açıq hərrac yolu ilə satılması, satışdan əldə
olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan
vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borcun qalan borc
məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan ASC-yə ödənilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli, 2-2(121)-54/2021saylı

qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilərək, 3179,08 manat
məbləğində əsas borc və 25 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq
ASC-yə ödənilməsi, tələbin (mərhum Cavabdeh2 mülkiyyətində olan) ünvan 1da yerləşən
fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1da yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti
38000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın
satılmasından əldə edilən vəsaitdən 3179,08 manat məbləğində əsas borc və 25 manat
məbləğində dövlət rüsumunun ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin
edilməməsi qət edilmişdir.

5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin

olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə
qəbul olunmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 iyul

tarixli, 2-2(106)-143/2021 saylı qətnaməsi ilə (sədrlik edən İsmayıl Əhmədov, hakimlər
Tale Kərimov və Tofiq Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun

qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi və ya işə yenidən baxılması üçün
apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Hazırda iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum

olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –

MPM) 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki
işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın
qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya
şikayəti verilə bilməz.

10. İstinad edilmiş müddəanın mənasından göründüyü kimi, kommersiya mübahisələrə

dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə
iddialarla bağlı apellyasya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış
predmeti olan bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə
minmiş hesab edilməlidir.

11. MPM-in 112.1-ci maddəsinə əsasən, iddianın qiyməti aşağıdakı qaydada müəyyən

edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə.

12. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən iddianın qiymətinə həm də iddia

ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir.

13. Hazırki halda, iddiaçı ASC Cavabdeh1la bağlanmış kredit müqaviləsi üzrə yaranmış

3179,08 manat əsas, 153,17 manat faiz, 529,79 manat məbləğində cərimə və 484,88
manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ
olmaqla, cəmi 4346,92 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll
edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və həmin kredit borc
məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etmişdir.

14. Bununla da yuxarıda qeyd olunan maddələrin tələbinə görə iddia tələbinin qiyməti

on min manatdan az olduğundan, kommersiya mübahisələr üzrə apellyasiya
məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş
iddia qiymətindən daha az məbləği təşkil etmişdir.

15. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün

hesab edilə bilməz.

16. MPM-nin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə

qərardad çıxarılır.

17. Şərh olunanları nəzərə alaraq və MPM-in 112.1.1, 404-1 və 408-cü maddələrini

rəhbər tutaraq,

q ə r a r a     a l d ı m :

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 iyul 2021-ci il

tarixli, 2-2(106)-143/21 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin
ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti
mümkün sayılmasın və onun qəbulundan imtina edilsin.