2-2[102]-546/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRARDAD

Bakı şəhəri

İş № 2-2(102)-546/2021

08.10.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya Kollegiyasının

İddiaçının cavabdeh 1 və cavabdeh 2-yə qarşı iş üzrə

Q Ə R A R D A D İ

Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi

Məmmədli Bəhram Məmməd oğlu, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya

Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsindən ilkin iddia

üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək

müəyyən etdi

I. İŞİN HALLARİ

1.

İddiaçı (bundan sonra – “iddiaçı”) 2019-cu il 2 avqust tarixində Sabirabad Rayon

Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh 1-dən (bundan sonra – “MMC”) və

cavabdeh2-dən ona dəymiş zərərin əvəzi olaraq, ümumilikdə 25.081 manat pul vəsaitinin və

30 manat məbləğində ödədiyi dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə

qətnamə qəbul edilməsini xahiş etmişdir.

2.

MMC 2019-cu il 9 oktyabr tarixində Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə

müraciət edərək, iddiaçı 2.117,52 manat əsas borcun, 3.621,50 manat cərimə məbləğinin,

cəmi 5.739,02 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat pul vəsaitinin

MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3.

Sabirabad Rayon Məhkəməsinin 2019-cu il 23 avqust tarixli 2(056)-1350/2019 saylı

qərardadı ilə iddiaçının iddia tələbinə dair iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon

Məhkəməsinə göndərilmişdir.

4.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli 2(005)-

4385/2019 saylı qərardadı ilə Cavabdeh1 iddia tələbinə dair 2(005)-4385/2019 saylı iş və

MMC-nin iddiasına dair 2(056)-1705/2019 saylı işlə birlikdə baxılması üçün bir icraatda

birləşdirilərək, Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5.

Sabirabad Rayon Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli 2(056)-1705/2019 saylı

qətnaməsi ilə iddiaçının, həmçinin MMC-nin iddia tələblərinin rədd edilməsi qət edilmişdir

(hakim – N.Bağırov).

6.

Hacıyev 2020-ci il 30 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti

verərək qətnamənin qismən ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi barədə

qətnamə qəbul edilməsini xahiş etmişdir.

7.

Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 9 iyul tarixli 2(106)-

1471/2020 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən

təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli 2(056)-1705/2019

saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya

Məhkəməsinə göndərilmişdir (sədrlik edən – Z.Zeynalov, hakimlər – M.Həsənov və

İ.Əsədov).

8.

Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)-64/2021 saylı

qətnaməsi ilə Cavabdeh1 iddiasının rədd edilməsi; MMC-nin iddiasının qismən təmin

edilərək, Cavabdeh1 2.117,52 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə

olmaqla, cəmi 2.147,52 manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun

alınaraq MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9.

İddiaçı 2021-ci il 2 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək

qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi, MMC-nin iddia tələbinin rədd

edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10.

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun

tarixli 2-2(106)-109/2021 saylı qətnaməsi ilə iddiaçı apellyasiya şikayəti qismən təmin

edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)-64/2021 saylı

qətnaməsi ləğv edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək, MMC və onun “MKT-

Sabirabad” filialından 5.404 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə

təmin edilməməsi; MMC-nin iddiasının rədd edilməsi qət edilmişdir (sədrlik edən –

İ.Əhmədov, hakimlər – T.Heydərov və T.Kərimov).

11.

Həmin qətnamə 2021-ci il 2 iyul tarixində tərəflərə məktubla göndərilmişdir.

12.

MMC 2021-ci il 31 avqust tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş,

qətnamənin - iddiaçıya (ilk iddia üzrə cavabdeh) aid olan hissədə ləğv olunmasını,

Cavabdeh1 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13.

Cavabdeh1 2021-ci il 17 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti

vermiş, qətnamənin qismən - “iddiaçının iddiası qalan hissədə təmin edilməsin” hissəsində

ləğv edərək,iddiaçının iddia tələbinin tam təmin edilməsi və qətnamənin qalan hissədə isə

dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

14.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”)

2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyasının müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı

müddətlərdə verilə bilər:

405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay

müddətində;

...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması

408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:

...

408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və

buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

...

408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

...”

“Maddə 411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad 

Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası

məhkəməsinin hakimi qərardad çıxardır.”

İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

15.

Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

16.

İş materiallarından (İİ cild, i/v 42) görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin

Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsinin

surəti 2021-ci il 2 iyul tarixli məktubla tərəflərin ünvanına göndərilmişdir.

17.

iddiaçının kassasiya şikayəti isə Şirvan Apellyasiya Məhkəməsinə 2021-ci il

17

sentyabr tarixində (İİ cild, i/v 61), yəni qətnamə göndəriləndən 2 ay 15 gün sonra daxil

olmuşdur.

18.

Həmçinin işdə olan kassasiya şikayətinin üzərində (İİ cild, i/v 63) və şikayətin

verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə (İİ cild, i/v 65)

2021-ci il 17 sentyabr tarixi qeyd edilmişdir.

19.

Bu o anlama gəlir ki, kassasiya şikayətinin 2021-ci il 17 sentyabr tarixindən tez

məhkəməyə təqdim olunması istənilən halda qeyri-mümkün idi.

20.

İş materiallarında qətnamənin iddiaçı tərəfindən alınması barədə hər hansı qəbz və

ya digər sənəd mövcud olmadığı üçün, qətnamənin iddiaçıya rəsmi qaydada hansı tarixdə

təqdim edilməsi iş materiallarından görünmür.

21.

Beləliklə, iş materiallarından kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci

maddəsində (bax yuxarıda § 14) nəzərdə tutulmuş 2 aylıq müddətin ötürüldüyü görünür.

Lakin iş materiallarında müvafiq sənədlər olmadığından, hazırkı iş üzrə kassasiya şikayətinin

verilməsi müddətinin ötürülüb-otürülməməsini dəqiq müəyyən etmək mümkün olmur.

22.

Bundan başqa, X ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət də

verməmişdir. Eyni zamanda, iş materiallarında Şirvan Apellyasiya Məhkəməsinin müvafiq

qərardadı olmadığından həmin məhkəmənin bu məsələyə dair mövqeyi də aydın deyildir.

23.

Belə olan halda Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının

2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş

kassasiya şikayətinin MPM-nn 411-ci maddəsinə (bax yuxarıda § 14) uyğun olaraq icraata

qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

24.

Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 405, 408 və

411 maddələrini rəhbər tutaraq

QƏRARA ALDİM:

Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli

2-2(106)-109/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı

tərəfindən verilmiş

kassasiya şikayəti, MPM-in 405 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən

yoxlanılması üçün kommersiya işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.