MXMT[102]-26/2021 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № MXMT(102)-26/2021

02.11.2021

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati Kollegiyasının

Ərizəçi1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş

üzrə

Q Ə R A R İ

Açar sözlər: iddianın uğurluluq ehtimalının hərtərəfli araşdırılmaması.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov

Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və
Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə,

İddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi
İdarəsinə qarşı (Cavabdeh üçüncü şəxs olmaqla) “Cavabdeh mülkiyyətində olan torpaq
sahəsinin üzərinə həbs qoyulması və torpaq sahəsi ilə bağlı istənilən növ

özgəninkiləşdirilmənin aparılmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında ƏMDX DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh
qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə bağlı iş üzrə Bakı
Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-25/2021 nömrəli, 30 iyun
2021-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə
əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı
qəbul etdi.

İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı

İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarına
əsasən X1 adına xxxx 3/129 ünvanda 0.073135 ha torpaq sahəsinə dair daşınmaz
əmlakın dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın, Ərizəçi1 mülkiyyətində
olan xxxx 118 ünvanda 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilməsindən
ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması, cavabdeh tərəfindən X1 adına ilkin
olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış, hal-hazırda X1 mülkiyyətində olan
xxxx 3/129 ünvanda 0.073135 ha torpaq sahəsinin, Ərizəçi1 mülkiyyətində olan xxxx 118
ünvanda 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi ilə bağlı daşınmaz əmlakın
dövlət reyestrində aparılmış qeydiyyat və Ərizəçi1 mülkiyyətindəki torpaq sahəsinin
naturada yerinin dəyişdirilməsi ilə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi,
etibarsızlıqla bağlı bütün hüquqi nəticələrin reyestrdə qeydə alınması vəzifəsinin
cavabdehə tapşırılması, Ərizəçi1 mülkiyyətində olan xxxx 118 ünvanda 0.06 ha torpaq
sahəsinin 13.10.2011-ci il tarixli AA035122 nömrəli plan-ölçüsünə əsasən sərhədlərinin və
döngə koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə tapşırılmasını xahiş etmişdir.

2. İddiаçı iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək

müvəqqəti xarakterli müdafiə tədbiri qismində Cavabdeh mülkiyyətində olan Bakı şəhəri
Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/129 ünvanda 0.073135 ha. torpaq sahəsinin
(06.01.2015-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat, seriya RX ******* nömrəli
çıxarış) üzərinə həbs qoyulması və torpaq sahəsi ilə bağlı istənilən növ özgəninkiləşdirilmə
aparılmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX
DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh qadağan edilməsi
barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a)birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli MXMT(112)-47/2021 saylı

qərardadı ilə (hakim Miminat Hacıbəyova) ərizənin qismən təmin edilməsi, iddiaçının iddia
tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək müvəqqəti xarakterli
müdafiə tədbiri qismində Cavabdeh mülkiyyətində olan xxxx 3/129 ünvanda 0.073135 ha.
torpaq sahəsi (06.01.2015-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat, seriya RX
******* nömrəli çıxarış) ilə bağlı istənilən növ özgəninkiləşdirilmə aparılmasının cavabdeh
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 1 saylı Bakı
Ərazi İdarəsinə və üçüncü şəxs Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə
təmin edilməməsi qərara alınmışdır.

4. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən

göründüyü kimi, eyni torpaq sahəsi həm iddiaçının, həm 3-cü şəxsin adına dövlət
qeydiyyatına alınmışdır. Tərəflərin arasında olan mübahisə həll edilənədək müvəqqəti
xarakterli müdafiə tədbiri görülməli, iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni
qüvvəyə minənədək müvəqqəti xarakterli müdafiə tədbiri qismində xxxx 3/129 ünvanda
0.073135 ha. torpaq sahəsinin (06.01.2015-ci il tarixli, **********46 reyestr, **********
qeydiyyat, seriya RX ******* nömrəli çıxarış) üzərinə həbs qoyulmalı və torpaq sahəsi ilə

bağlı istənilən növ özgəninkiləşdirilmənin aparılması cavabdehə və üçüncü şəxs
Cavabdeh qadağan edilməlidir.

5. Bakı İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli MXMT(112)-47/2021 saylı

qərardadından iddiaçı və 3-cü şəxs apellyasiya şikayəti vermişdir.

b)apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-25/2021

nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Hüseyn, hakimlər: S.Bektaşi
və A.Nuriyeva) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30
mart 2021-ci il tarixli MXMT(112)-47/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi

mövqeyi ilə razılaşmışdır.

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-25/2021

nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadından üçüncü şəxs kassasiya şikayəti vermişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ

İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Kassasiya şikayətinin dəlilləri:
9. Kassasiya şikayətində qeyd edilir ki, işə baxan məhkəmələr nəzərə almamışdır ki,

hazırkı mübahisə predmeti üzrə iddiaçının tərəf olduğu eyni xarakterli inzibati iş artıq bir
dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış, həmin iş üzrə qanuni qüvvəyə
minmiş məhkəmə qərarı mövcud olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarı ilə müəyyən edilmişdir ki, üçüncü
şəxsə məxsus torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Məhz bu səbəbdən iddiaçı 2
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı
qərarından verdiyi apellyasiya şikayətini geri götürmüşdür. Lakin iddiaçı 8 il sonra yenidən
üçüncü şəxsə məxsus torpaq sahəsinə iddia etməyə başlamış, hazırkı işlə yanaşı, 2 saylı
Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarı
ilə başa çatmış məhkəmə icraatının yeni açılmış hallar ilə bağlı təzələnməsi ilə əlaqədar
ərizə vermiş, lakin ərizəsi təmin edilməmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış

məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar.
Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi
mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda
iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin
mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların

təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin
düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə
araşdırmağa borcludur.

Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci

cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə
və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər
təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə
məhkəməyə ərizə ilə müraciət edə bilər.

Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin

üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud
müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda
məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.

Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın

böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti
əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə
bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli
maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə
həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad
qəbul edə bilər

Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın

qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır:

43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının

qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə
çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;

43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması

ehtimalının müəyyən edilməsi.

Maddə 58.7.  Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra

qiymətləndirilir.

Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız

apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu

gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündənhəmçinin bu Məcəllənin
131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində
müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi

göstərilməlidir.

Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq,

mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın
davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv
etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə
göndərməyə haqlıdır.

Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada

əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab
edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərardadı ərizənin təmin edilmiş hissəsində

mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və
əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən

işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən

apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən
irəli gəlir.

16. İPM-nin 40-43-cü maddələrinin tələblərinə əsasən, inzibati məhkəmə icraatı

qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin
tətbiq edilməsi üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: iddianın böyük ehtimalla
uğurlu olacağı barədə məhkəmənin qənaəti; mövcud vəziyyətin dəyişəcəyi təqdirdə
ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün
olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri
olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması
ehtimalının müəyyən edilməsi.

17. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin əsaslılığını

qeyd edilən şərtlər baxımından yoxlamalı və məsələnin həlli zamanı qiymətləndirməni işin
faktiki və hüquqi hallarının ilkin araşdırılmasına əsasən aparmalıdır. Araşdırmanın həcmi
yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən
edilməsi ilə məhdudlaşmalıdır. Araşdırma həcminin məhdud olması icraatın təcili
xarakterindən irəli gəlir. İddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki,
obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin
gümanları üstünlük təşkil etmiş olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa
belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin
tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir.

18. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd

gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək
vəziyyətin yaranmasının və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına
mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdan ibarətdir.

19. Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə

razılaşmayaraq qeyd edir ki, hazırkı işdə məhkəmə tərəfindən yuxarıda sadalanan tələblərə
əməl edilməmiş, iddianın uğurluluq ehtimalı hərtərəfli qiymətləndirilməmiş, eyni zamanda ilkin
təcili tənzimləməni zəruri edən və tənzimləyici normanın dispozisiya şərtlərinə uyğun gələn
hallar

müəyyən

edilərək

müvəqqəti

xarakterli

müdafiə

tədbirinin

tətbiqi

tam

əsaslandırılmamışdır.

20. Belə ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin

11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarı ilə Bakı şəhəri, Xəzər (Əzizbəyov)
rayonu XDS İK-nın 12.06.1990-cı il tarixli 9 saylı qərarı ilə X2 (mərhumə) ayrılmış Bakı
şəhəri, Mərdəkan qəsəbəsi, 3/129 ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinə mülkiyyət
hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində

qeydiyyata alınması və bu barədə,

reyestrdən çıxarışın verilməsi vəzifəsi DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin üzərinə
qoyulmuşdur.

21. Göründüyü kimi, X2 məxsus torpaq sahəsinə dair çıxarış 2 saylı Bakı İnzibati-

İqtisadi Məhkəməsinin 11.06.2013-cü il tarixli

2in(82)-727/2013 saylı qərarının icrası

qaydasında verilmişdir.

22. Hazırkı iş üzrə də iddiaçı məhz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin

11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarına əsasən X1 adına xxxx 3/129 ünvanda
0.073135 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və
verilmiş çıxarışın, Ərizəçi1 mülkiyyətində olan xxxx 118 ünvanda 0.06 ha torpaq sahəsi
üzərində mülkiyyət hüququ verilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz
sayılması, cavabdeh tərəfindən X1 adına ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində
aparılmış, hal-hazırda X1 mülkiyyətində olan xxxx 3/129 ünvanda 0.073135

ha torpaq

sahəsinin, Ərizəçi1 mülkiyyətində olan xxxx 118 ünvanda 0.06 ha torpaq sahəsi ilə üst-üstə
düşən hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və Ərizəçi1
mülkiyyətindəki torpaq sahəsinin naturada yerinin dəyişdirilməsi ilə bağlı aparılmış qeydlərin
etibarsız hesab edilməsi, etibarsızlıqla bağlı bütün hüquqi nəticələrin reyestrdə qeydə
alınması vəzifəsinin cavabdehə tapşırılması, Ərizəçi1 mülkiyyətində olan xxxx 118 ünvanda
0.06 ha torpaq sahəsinin 13.10.2011-ci il tarixli AA035122 nömrəli plan-ölçüsünə əsasən

sərhədlərinin və döngə koordinatlarının bərpa edilməsi vəzifəsinin cavabdehə tapşırılmasını
xahiş edir.

23. Belə olan halda, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət

verilməsi zamanı iddianın uğurluluq ehtimalı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
11.06.2013-cü il tarixli 2in(82)-727/2013 saylı qərarında müəyyən edilmiş hallar, həmçinin
həmin qərarın icrasının mübahisələndirilib-mübahisələndirilməməsi məsələsi, iddiaçının
hazırkı iş üzrə hüquqi marağı və çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırıb-
qaldırmadığı baxımından dəyərləndirilməli idi. Lakin apellyasiya məhkəməsi iddianın
uğurluluq ehtimalını hərtərəfli araşdırmadan, yalnız Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı
Bakı Ərazi İdarəsi tərəfindən “BHM və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış 03.09.2020-
ci il tarixli, **********47 nömrəli və 09.02.2021-ci il tarixli, **********57 nömrəli məktublarına
istinad etməklə ərizəni təmin etmişdir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin qismən təmin

edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması
barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarına
əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün həmin
məhkəməyə göndərilməlidir.

25. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı

qərarında əks olunmuş hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.

26. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Kassasiya şikayəti qismən təmin edilsin.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-25/2021 nömrəli,

30 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin.

İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Qərar qətidir.