e-2-2[102]-690/2022 qərar mətni

PDF

Azərbaycan Respublikası adından

QƏRAR

Bakı şəhəri

İş № e-2-2(102)-690/2022

21.09.2022

ALİ MƏHKƏMƏ

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Ali Məhkəməsinin

Kommersiya, Mülki və İnzibati Kollegiyası

İddiaçı

Cavabdehnə

qarşı iş üzrə

Q Ə R A R

Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi

Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, Mülki Kollegiyasının hakimi Hüseynov
Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından
ibarət tərkibdə,

İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya

Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-1561/2022 saylı qərardadından
cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır.

İ. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 mart tarixində Cavabdehnə

(bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə
müraciət edərək, öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə məbləğinin 10 faizi
miqdarında – 453.790 manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə
ödənilmiş 233.361 manat məbləğində kirayə haqqının və 480.000 manat məbləğində
əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100.000 manat məbləğində mənəvi zərərin,
ümumilikdə 1.267.151 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya
ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh aidiyyətin dəyişdirilməsi barədə vəsatətlə Bakı Kommersiya

Məhkəməsinə 2022-ci il 1 sentyabr tarixində müraciət edərək, işin aidiyyəti üzrə Bakı
şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aidiyyət qaydası

pozulmuşdur. Belə

ki, iddiaçı

tərəfindən

verilmiş iddia

ərizəsinə

kommersiya

məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh ünvan 1 ünvanında
qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə
göndərilməlidir.

4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-

1561/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir (hakim – Z.Axundova).

5. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi,

mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, məhkəmə
belə nəticəyə gəlir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan hazırkı
mübahisəyə hazırkı məhkəmədə baxılmalı və aidiyyətin dəyişdirilməsi barədə cavabdehin
nümayəndəsi tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ali Məhkəməsi

Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən
edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir
ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 12,
13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra
– “MPM”) 24.2, 26.1, 26.2, 31.1, 32.1, 32.2, 32.4 və 32.5-ci maddələrinə istinad etməklə
əsaslandırmışdır.

7. Cavabdeh həmin qərardaddan 2022-ci il 9 sentyabr tarixində şikayət verərək,

Bakı Kommersiya Məhkəməsinə 2022-ci il 1 sentyabr tarixli qərardadının ləğv olunması,
işin aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 sentyabr tarixli e-2-2(113)-

1561/2022 saylı qərardadı ilə cavabdeh şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə
Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Z.Axundova).

ŞİKAYƏTİN DƏLİLLƏRİ

a) Şikayətin dəlilləri

9. MPM-in 24.1, 26.1, 32.7-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən

verilmiş iddia ərizəsinə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə
baxılmalıdır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan mülki iş aidiyyəti üzrə
Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Qanunverici məhkəmə aidiyyətini müəyyən
edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən

edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Hazırkı tələbə
məhkəmə aidiyyəti üzrə yerli məhkəmədə baxılmalıdır. Sadalanan xüsusatlardan və
istinad edilən hüquq normalarından göründüyü kimi, məhkəmənin qərardadında
göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən məhkəmənin
gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və
bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.

İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda

aşağıdakı müddəalar nəzərdə tutulur:

“Maddə 1. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi

əmlak

istifadəsindən,

malların

istehsalından

(və

ya)

satışından,

işlər

görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən
gəlir) götürülməsi olan fəaliyyətdir.”

11. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və

yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə
bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında aşağıdakılar nəzərdə
tutulmuşdur:

“11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində

kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in
istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq
mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə
aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi,
qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm
mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin
həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən
yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti
ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə
ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki
şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq
subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil,
şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə
baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin

kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə
qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas
tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki
qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən,
yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı
olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli
gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı

biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq
fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər
aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-
ayrılıqda

həyata

keçirdiyi

zaman

yarana

bilən

mübahisələrə

əşya-hüquqi

münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi,
habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq

subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə
isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında

aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti
24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində

mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada
həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və
azadlıqları müdafiə və təmin edir.

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti

işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq
münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən
edilir.

...”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan

mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr
baxır.

...”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti
26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə

(kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında
kommersiya məhkəmələri baxır.

26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş

işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci
fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən
digər işlərə də baxırlar.”

“Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi
...
32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə

tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə
dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş
onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya
instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən
həll edilir.”

“Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi
...
35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi

şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin
ünvanının olduğu yerə görə verilir.

...”

İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

13. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi

hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1
sentyabr tarixli e-2-2(113)-1561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, işə
həmin məhkəmədə baxılmalıdır.

14. Kommersiya

məhkəmələrinin

baxmalı

olduğu

mübahisələr

sahibkarlıq

fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr işdə
iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin

xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommersiya
məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv
tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti
ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. Birinci amil üzrə qeyd olunmalıdır ki, iş materiallarına əsasən hazırki iş üzrə

iddiaçı və cavabdeh hüquqi şəxslərdir.

16. Tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin

xarakterinə gəldikdə isə, qarışıq məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı
mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədardır.

17. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında sahibkarlıq

fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər mövcud olmuş və iddiaçı cavabdehin
podrat müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi səbəbilə zərərin ödənilməsi
tələbi barədə iddia ilə çıxış etmişdir.

18. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə podrat müqaviləsi üzrə

öhdəliklərin gecikdirilməsindən irəli gəlmişdir. Belə olan halda, tərəflər arasında yaranmış
mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar, mübahisənin predmeti
isə pulun tələb edilməsindən ibarət olmaqla sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından
iqtisadi xarakterli mübahisədir.

19. Bununla da, MPM-in 24.2 və 26.1-ci maddələrinin tələblərinə (bax yuxarıda § 13)

və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud
kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı
mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının
xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında ifadə olunmuş
hüquqi mövqelərə (bax yuxarıda § 12) uyğun olaraq, hazırkı mübahisənin tərəflərinin,
predmetinin və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar olduğu və kommersiya məhkəməsində baxılmalı olduğu müəyyən
edilir.

20. Aidiyyətin cavabdehin ünvanı üzrə müəyyən edilməli olmasına, ona görə də

mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmasına dair dəlilə
gəldikdə isə, qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə
razılaşır və əlavə olaraq qeyd edir ki, iş üzrə aidiyyət qaydaları tətbiq edilərkən ilk olaraq
mübahisənin məhkəmə aidiyyəti, yalnız bundan sonra ərazi aidiyyəti müəyyən edilməlidir.
Belə ki, qanunvericilik işə kommersiya məhkəməsində baxılmağı zəruri etdiyi halda, ona
ümumi məhkəmədə baxılmağı qanunsuz hesab edir.

21. Bu səbəbdən, hazırkı işə məhkəmə aidiyyəti baxımından, yuxarıda qeyd edildiyi

kimi,

kommersiya

məhkəməsində,

ərazi

aidiyyəti

üzrə

isə

Bakı

Kommersiya

Məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 35.2-ci maddəsinə (bax yuxarıda § 13)
əsasən,

iddia hüquqi şəxs olan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə

verilməlidir

. Bu səbəbdən, cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olmasına görə işə

Bakı Kommersiya Məhkəməsində baxılması davam etdirilməlidir.

22. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir

ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanunvericiliyin tələblərinə riayət
edilməklə düzgün nəticəyə gəlmiş, birinci instansiyası məhkəməsinin qərardadının ləğv
edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Şikayətin dəlilləri əsassız
olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr
tarixli, e-2-2(113)-1561/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı
mübahisə kommersiya mübahisəsi olduğundan bu mübahisəyə mahiyyəti üzrə baxılması
üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 403-1.6, 403-1.7, 403-1.8

və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Cavabdeh şikayəti təmin edilməsin.
Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(113)-1561/2022

saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

İş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin.