İşin materialları ilə tanış olmaq üçün müraciət forması
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!
1. Nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.
2. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü daxil olan müraciətlər növbəti iş günündən gec olmayaraq qeydiyyata alınır.
3. Müraciətiniz seçdiyiniz gün və saatda icra ediləcəkdir.
4. Müraciətinizin seçdiyiniz gün və saatda icra edilməsi mümkün olmadıqda Sizə məlumat veriləcəkdir.
5. İş materialı ilə tanış olmağa aşağıdakı sənədlər təqdim edilməklə icazə verilir:
- cinayət məhkəmə icraatı üzrə bəraət almış, məhkum edilmiş və zərər çəkmiş şəxslər, mülki icraat üzrə tərəflər, üçüncü və maraqlı şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi, hərbi bilet, qulluq vəsiqəsi və s.);
- işdə iştirak edən müdafiəçilər (vəkillər) üçün xidməti vəsiqə və vəkillər qurumunun orderi;
- işdə iştirak edən digər şəxslər və onların nümayəndələri üçün səlahiyyətlərinə dair etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlər;
- dövlət ittihamçısı və qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər səlahiyyətli şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədlər və xidməti vəsiqə.
Aşağıdakı formanı doldurun. Diqqətli olmağınız xahiş olunur!
(* - vacib sahələr)